• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
Salam! Mən Elvin Agayevəm. Azərbaycan Vikipediyasında müxtəlif mövzularda məqalələrin yaradılması, inkişaf etdirilməsi və Azərbaycan dilində keyfiyyətli məlumatların artırılması ilə maraqlanıram. Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşam. Ali təhsilimi Türkiyədə, Erciyes Universitetində Sənaye mühəndisliyi ixtisası üzrə almışam.Peşə fəaliyyətim əsasən informasiya texnologiyaları və SAP sistemləri ilə bağlıdır. Hazırda Azərsun Holdingdə İT sahəsində fəaliyyət göstərirəm və SAP PP və QM istiqamətləri üzrə şöbə rəhbəri kimi çalışıram. Bundan əvvəl hərbi xidmət zamanı zabit kimi fəaliyyət göstərmişəm. Bu təcrübə idarəetmə, məsuliyyət, intizam və komanda işi baxımından peşəkar fəaliyyətimə də təsir göstərib. Vikipediyada yeni məqalələr yaratmaqla yanaşı, mövcud məqalələrin genişləndirilməsi, mənbələrin əlavə edilməsi, məlumatların strukturlaşdırılması və Azərbaycan dilində məzmunun zənginləşdirilməsi ilə maraqlanıram. “Məlumat paylaşdıqca dəyər qazanır.”

Yazıçının bütün məqalələri