- Wikisun
Yapon böcəyi (Popillia japonica) -"Skarabein" böcək növü. Təbii düşmənlərinin mövcudluğu səbəbindən Yapon böcəyi öz vətəni olan Yaponiyada zərərverici sayılmır, lakin Şimali Amerika və bəzi Avropa bölgələrində təxminən 300 bitki növünə zərər verən ciddi bir zərərvericidir. Bu bitkilərə gül kolları, üzüm, kannalar, qarağac və başqa bir çox bitki növü aiddir. Yetişkin böcəklər bitkilərə yarpaqların arasındakı hissəni yeyərək (yarpağın damarları arasındakı hissələri yeyir) və bəzən bitkinin meyvələri ilə qidalanaraq zərər verir. Yerin altındakı lavralar isə otların köklərini yeyir. İngilis entomoloqu Edvard Nyuman 1841-ci ildə Yapon böcəyini (Popillia japonica) təsnif etmişdir. Xüsusiyyətləri Yetişkin Yapon böcəklərinin uzunluğu 15 mm, eni 10 mm olub, parlaq mis rəngində gövdəyə və yaşıl başa sahibdir. Hər iki tərəfdən qanad örtükləri altından ağ ləkələr müşahidə olunur. Erkəklər dişilərdən bir qədər kiçikdir. Larvalar ağ rəngdədir və bükülmüş mövqelərdə yerləşir. Yetkin larvanın uzunluğu təxminən 2,5 sm olur. "Popillia japonica" Yaponiyaya məxsusdur, lakin Şimali Amerika və Avropada invaziv bir növ olaraq yayılmışdır. Yapon böcəyi larva dövründə yerin altındakı bitki köklərini yeyir. Yetkin böcəklər isə bitkilərin yarpaqları və gövdələri ilə qidalanır. Yapon böcəyi yumurtalarını tək və ya kiçik qruplar halında torpaq səthinə yaxın yerlərə qoyur. Təxminən iki həftə ərzində yumurtalar çıxır və lavralar incə köklər və digər üzvi materiallarla qidalanır. Lavralar böyüdükcə, c şəkilli qruplar olur və daha kobud kökləri yeyir, bu zaman otlaq sahələrində kütləvi məhv olma baş verir. Lavralar torpaqda kiçik hücrələrdə qışlayır, yazda torpaq temperaturu artdıqda yenidən çıxırlar. Hibernasiya pozulduqdan sonra 4-6 həftə ərzində larvalar pupaya keçir. Böcəklərin həyatının çox hissəsi larva mərhələsində keçir, yalnız 30-45 gününü yetkin mərhələdə keçirirlər. Yetişkinlər torpaq üzərində yarpaqların hissələri ilə qidalanır, feromonlar istifadə edərək digər böcəkləri cəlb edir və bitkilərə zərər verir. Yetişkin bir dişi həyatında 40-60 yumurta qoymağı bacarır. Yapon böcəyi həyat dövrü boyunca bir il yaşasa da, onun şimal bölgələrində və yüksək dağlıq ərazilərdə inkişafı iki il çəkə bilər. Tarixi Böcəklərin ABŞ-da ilk dəfə qeydə alınan görülməsi 1916-cı ildə "New Jersey", "Riverton" yaxınlığındakı bir bağçada olmuşdur. Böcək larvalarının 1912-ci ildən əvvəl iris soğanları ilə birlikdə ABŞ-a gətirildiyi düşünülür. 2015-ci il tarixinə qədər, yalnız ABŞ-ın 9 qərb ştatı Yapon böcəyi ilə tanış olmamışdı. Bu böcəklər 1940-cı illərdən etibarən ABŞ-ın qərb sahilindəki hava limanlarında aşkar edilmişdir. 2020-ci ildə Vaşinqton ştatında üç ədəd tapıldı, amma 2021-ci ilin iyun ayının sonlarından 3 sentyabr tarixinə qədər yalnız "Grandview"-də 20,000-dən çox böcək aşkar edilmişdir. Kanadada ilk Yapon böcəyi 1939-cu ildə Yeni Şotlandiyanın Yarmout bölgəsinə turistlər tərəfindən "Maine"dən gəmi ilə gətirilmişdir. Həmin il ərzində əlavə üç yetkin böcək Yarmout və Cənubi Kvebekdəki Laçolle bölgələrində tapıldı. Yapon böcəyi 1970-ci illərdə Azor adalarında tapılmışdır. 2014-cü ildə, Avropa qitəsində ilk populyasiya İtaliyanın Milan yaxınlığında aşkar edilmişdir. 2017-ci ildə zərərverici İsveçrənin Tikino bölgəsində aşkar edilib. 2023-cü ildə isə İsveçrənin Zürix şəhəri yaxınlığındakı Kloten bölgəsində Alp Dağlarının şimalında ilk dəfə Yapon böcəyi populyasiyası aşkar edilmişdir. Zərərverici təbiətləri səbəbindən, Yapon böcəklərini hədəf alan xüsusi tələlər icad edilmişdir. Bu tələlərə çiçək qoxusu, feromon tökülərək cəlb edilir daha sonra böcəklər toplanıb məhv edilir. Lakin, "Kentukki Universiteti" və "Şərqi İllinoys Universiteti"ndə aparılan araşdırmalar göstərir ki, tələlərə cəlb olunan böcəklər tez-tez tələyə düşmür, əksinə, yaxınlıqdakı bitkilərə qonur və uçuş yolunda daha çox zərər verirlər. Lavra mərhələsində Yapon böcəyi çəmənliklərdə və digər otlu ərazilərdə yaşayır və burada otların köklərini yeyir. Bu mərhələdə, "süd küpəsi xəstəliyi" adlanan ölümcül xəstəliyə yoluxma halları çox olur. Bu xəstəlik "Paenibacillus popilliae" adlı bir bakteriya tərəfindən yaranır. Alimlər bu xəstəliyi süni şəkildə yayaraq larvaların məhvini sürətləndirməyi bacarmışlar.
https://en.wikipedia.org/wiki/Japanese_beetle
https://a-z-animals.com/animals/japanese-beetle/
https://hort.extension.wisc.edu/articles/japanese-beetle/
https://www.invasivespeciesinfo.gov/terrestrial/invertebrates/japanese-beetle
https://academic.oup.com/jipm/article/10/1/9/5454734
https://www.elitetreecare.com/library/tree-pests/japanese-beetles/
https://www.koppert.com.tr/bitki-zararlilari/kinkanatli-boecekler/japon-boecegi/
https://agr.wa.gov/departments/insects-pests-and-weeds/insects/japanese-beetle
https://mdc.mo.gov/discover-nature/field-guide/japanese-beetle
https://www.invasivespeciescentre.ca/invasive-species/meet-the-species/invasive-insects/japanese-beetle/
https://turfmasterslawncare.com/blog/the-menace-of-japanese-beetles2
https://johnsonopstreecare.com/blog/the-japanese-beetle/
Tarix : 22 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.