• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
6
6
1

Wikisun

“Wikisun” layihəsi “Azərsun Holdinq” tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihəsidir. Bu layihənin əsas məqsədi dünyanın ən böyük ensiklopedik məqalələr platforması olan “Wikipedia”da Azərbaycan dilində məzmunların artırılması və bununla doğma dilimizin inkişafına töhfə verməkdir. Layihə Azərbaycan dilində məzmun yarada biləcək şəxslərin müxtəlif sahələrdən məqalələr yazmalarına təşviq xarakteri daşıyır. Sayta əlavə olunan məqalələr müəyyən olunmuş kriteriyalar ilə qiymətləndirilir və ən yaxşı məqalələr həftənin və ayın qalibi adına layiq görülür. Bununla da istifadəçilər layihədə məqalə yazmaqla hədiyyə qazanmaq şansı əldə edir, həmçinin internetdə Azərbaycan dilində hazırlanmış ensiklopedik məqalə sayının artmasına dəstək vermiş olurlar. Layihədə iştirak üçün ətraflı məlumatla istifadəçi qaydalarından tanış olmaq mümkündür. “Wikisun” layihəsi Mediabalans və Capitalist şirkətlərinin dəstəyilə həyata keçirilir.