• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
vudvard-qartali

Vudvard qartalı

Vudvard qartalı (Buteogallus woodwardi) - Şimali Amerika və Karib hövzəsində Son Pleistosen dövründə yaşamış qara şahin növü. Təsvir Vudvard qartalı indiyə qədər tapılmış ən böyük yırtıcı quşlardan biridir. Təxminən 95,6–110,2 sm uzunluğa malik olan bu quş, Harpi qartalından bir qədər böyükdür. Qidalanma Vudvard qartalı isə açıq yaşayış mühitlərində ov edirdi və əsasən kiçik məməlilər və sürünənlərlə qidalanırdı. Vudvard qartalının ölçüsünü nəzərə alsaq, bu nəhəng qara şahinin açıq ərazilərdə kiçik marallar kimi ovlar tutduğu ehtimal edilir. Tasonomiya Vudvard qartalı müasir tənha qartallara (keçmişdə Harpyhaliaetus cinsinə aid edilən növlər) xüsusilə bənzəyir və bir zamanlar eyni cinsə aid edilirdi. Hər iki heyvanın "Buteogallus" cinsinə daxil edilməsi bu müqayisəni daha da gücləndirib. Müasir tənha qartalların bir neçə növü geniş qanadlara, qısa lakin enli quyruğa, bədən boyu tünd rəngə və başın arxasında görünən lələk dəstlərinə malikdir. Ehtimal olunur ki, Vudvard qartalı da, oxşar xüsusiyyətlər daşıyırdı.


İstinadlar

Tarix : 24 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.