- Wikisun
Valensiya siçan teryeri - Həmçinin "Gos Rater Valencià" kimi tanınan (Valensiya siçan ovu iti mənasını verir) və İspaniyadan olan bir it cinsi. Tarix Bu cins, İspaniyanın Valensiya bölgəsindən gəlir və ənənəvi olaraq siçan və digər gəmiriciləri ovlamaq üçün istifadə edilmişdir. Cinsin 16-cı əsrdən bəri mövcud olduğu düşünülür. Cinsin mənşəyi ilə bağlı bir neçə nəzəriyyə var: bəziləri "Britaniya Fox Terrier" cinsinin yerli itlərlə cütləşməsi nəticəsində yarandığını, digərləri isə oxşar məqsədlər üçün yetişdirilən itlərin oxşar nəticələr verdiyini iddia edir. 2004-cü ildən etibarən "Real Sociedad Canina de España" (RSCE) tərəfindən tanınan bu cins, 2Fédération Cynologique Internationale" (FCI) tərəfindən qurulan qruplaşdırmaya uyğun olaraq "3-cü Qrup: Teryerlər" və "1-ci Bölmə: Böyük və orta ölçülü teryerlər" kateqoriyasına daxil edilmişdir. 31 dekabr 2010-cu il tarixinə qədər RSCE-də 523 "Ratonero Valenciano" qeydiyyata alınmışdır. Xüsusiyyətlər Cins standartına görə, tüklərin uzunluğu 2 santimetrdən çox olmamalıdır. Ən çox yayılmış rəng kombinasiyası üçrənglidir, əsasən ağ rəng üzərində qara və qəhvəyi işarələr olur. Digər rəng kombinasiyaları qara-qəhvəyi, qəhvəyi-ağ və qəhvəyi-açıq qəhvəyi ola bilər. Erkəklərin boyu 30-40 santimetr , dişilərin boyu isə 29-38 santimetr arasında dəyişir. İdeal boy erkəklər üçün 36 santimetr, dişilər üçün isə 33 santimetr olaraq qeyd edilir. Hər iki cins üçün ideal çəki 4-8 kiloqram arasındadır. Bu itlər quyruqsuz olmalıdır və əgər quyruq varsa, ya heç bir fəqərəyə toxunmadan, ya da yalnız birinci fəqərəyə qədər kəsilmiş olmalıdır. Temperament Bu itlər hələ də ov üçün, xüsusilə dovşan ovu üçün istifadə olunur. Onlar enerjili, fəal və işçi xasiyyətlidir. Cinsin təbii ov instinkti və yüksək enerji səviyyəsi, onları əla ov yoldaşı edir. Eyni zamanda, ailə mühitində yaxşı davranır və uşaqlarla yaxşı yola gedir.
https://en.wikipedia.org/wiki/Valencian_Terrier
https://www.milouchouchou.com/en/all-known-canids/the-fci-breeds?view=article&id=4164:valencian-terrier&catid=1578
https://www.dogzone.com/breeds/gos-rater-valencia/#google_vignette
https://kopekcinsleri.com.tr/kopekler/valencian-terrier/
https://www.europetnet.org/pet-resources/dog-breeds/item/1995-ratonero-valenciano-gos-rater-valencia.html
Tarix : 12 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.