• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
telebe-sindromu

Tələbə sindromu

Tələbə sindromu - Planlı təxirə salma davranışını təsvir edən sindrom. Səbəblər Tələbə sindromu zəif zaman idarəetməsi, mükəmməllik istəyinin və uğursuzluq qorxusunun, yüklənmə və ya tükənmənin nəticəsi ola bilər. Zəif zaman idarəetməsi insanların tapşırıqlarını düzgün prioritetləşdirməməsinə səbəb ola bilər. Mükəmməllik istəyinə görə, insanlar işə başlamağı gecikdirə bilərlər, çünki hər şeyi mükəmməl etmək istəyirlər. Uğursuzluq qorxusu da işin təxirə salınmasına səbəb olur, çünki insan həmin tapşırıqda uğursuz ola biləcəyini düşünməkdən qorxur. Yüklənmə və ya tükənmə vəziyyətində olan insanlar isə ümumiyyətlə tapşırıqları və digər məsuliyyətləri tamamlamaqda çətinlik çəkirlər. Eyni zamanda, universitet və bəzi peşə sahələrində işləyən şəxslərin öz vaxtlarını və güclərini idarə etmələri lazım olduğu üçün, təxirə salma üçün daha çox fürsət yaranır, xüsusən də öz iş axınını idarə etmə metodları olmayan şəxslər üçün. Bununla yanaşı, video oyunları və mesajlaşma kimi asanlıqla diqqəti yayındıran faktlar da, insanların daha cəlbedici fəaliyyətlərlə məşğul olmasına səbəb ola bilər. Tələbə sindromunun son anda işin görülməsi ilə əlaqəli olması, iş prosesində yaranan gözlənilməz problemlərə uyğunlaşmağa imkan vermir. Bu sindromun nəticələri, qiymətlərə və ya performans qiymətləndirmələrinə mənfi təsir göstərə bilər, çünki tapşırıqları tamamlamağa məhdud vaxt qaldıqca insanlar tamamlanmamış və ya inkişaf etməmiş işlər təqdim edə bilərlər. Bundan əlavə, tələbə sindromu insanların psixi sağlamlığına, stressin artmasına və yuxu və yemək vərdişlərinə də mənfi təsir edə bilər.


İstinadlar

Tarix : 7 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.