• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
rapunzel-sindromu

Rapunzel sindromu

Rapunzel sindromu - İnsanlarda saç yemək (trixofagiya) nəticəsində yaranan son dərəcə nadir bir bağırsaq xəstəliyi. Mahiyyəti Sindrom, Qrimm qardaşlarının nağılından uzun saçlı qız Rapunzelin adı ilə adlandırılmışdır. Trixofagiya bəzən saç yolma pozğunluğu olan trixotillomaniya ilə əlaqələndirilir. Bu sindrom, trixobezorun nadir və qeyri-adi bir formasıdır. Tarix Rapunzel sindromu termini ilk dəfə 1968-ci ildə ədəbiyyatda istifadə edilmişdir. Bu sindrom, trixobezor (saç topası) kiçik bağırsağı keçdikdə və bəzən də saçın uzun quyruq kimi uzandığı vəziyyətə çatdıqda baş verir. Simptomlar -Mədədə yerləşən trixobezorun (saç topası) bağırsağlara keçməsi. -Kiçik və ya böyük bağırsaq tıxanması. -Psixiatrik xəstələrdə baş verməsi. -Trixotillomaniya( Saç yolmaq xəstəliyi). -Qarın ağrısı. -Bulantı və qusma. -Bağırsaq deşilməsi. -Vitamin B12 çatışmazlığı. -Kəskin pankreas nekrozu. Səbəb Rapunzel sindromu saçın udulması nəticəsində yaranır. Rapunzel sindromu, öz saçını yolmaq və yemək kompulsiv pozğunluğu ilə xarakterizə olunur. Rapunzel sindromu ilə əlaqəli bir neçə psixiatrik pozğunluq var, məsələn, trixotillomaniya, trixofagiya və pika. Trixotillomaniya, öz saçını yolmaq kompulsiyasıdır. Əgər şəxs saçını yolduqdan sonra onu yeyirsə, bu trixofagiya adlanır. Pika, latınca "sağsağan" sözündən gəlir və qida olmayan maddələrə, məsələn, parça, yun, saç və ya hətta kiçik metal əşyalara həvəs göstərməyi əhatə edir. Diaqnoz Rapunzel sindromunun diaqnozu zamanı xəstənin trixofagiya və trixotillomaniya kimi pozğunluqlarla bağlı tarixçəsi nəzərə alınmalıdır. Sindromun özü, kiçik bağırsağın dərinliklərinə qədər uzanan trixobezorun təzahürünü təsvir etmək üçün istifadə olunur. O, trixobezoru təsvir edir, onu təqib edən ruhi sağlamlıq pozğunluğunu deyil. Sindromun diaqnozu həmçinin endoskopiya ilə edilir. Trixobezorun ölçüsünü və yayılmasını müəyyən etmək üçün KT skanı tövsiyə olunur. Üst mədə-bağırsaq endoskopiyası trixobezorun diaqnozu üçün qızıl standart hesab olunur, lakin təkcə endoskopiya Rapunzel sindromunu aşkar etməyə bilər. Müalicə Mədə-bağırsaq insan saçını həzm edə bilmədiyi üçün trixobezor cərrahi yolla müalicə edilməlidir. Bu, kütlənin mədə və onikibarmaq bağırsağından diqqətlə çıxarılmasını əhatə edir. Əgər kütlə kifayət qədər kiçikdirsə, endoskopik yolla çıxarıla bilər. Kütlə 20 santimetrdən çox olduqda, qastrotomiya ilə çıxarılmalıdır. Saç topasını çıxararkən boğazı zədələrdən qorumaq üçün ümumi anesteziya və intubasiya istifadə edilməsi tövsiyə olunur. Xəstələr adətən impuls nəzarəti pozğunluqları, xüsusilə trixotillomaniya ilə əlaqədar psixiatrik qiymətləndirmə və müalicə tələb edirlər. Hadisənin təkrarının qarşısını almaq üçün uzunmüddətli izləmə və psixiatrik məsləhət də tövsiyə olunur.


İstinadlar

Tarix : 16 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.