• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
qould-qurbagaagzi

Qould qurbağaağzı

Qould qurbağaağzı (Batrachostomus stellatus) - "Caprimulgiformes" dəstəsinə və "Podargidae" fəsiləsinə aid olan, gecə fəaliyyət göstərən bir quş növü. Bu, "Batrachostomus" cinsindəki 12 növdən biridir. Onun ümumi adı ingilis ornitoloqu və quş rəssamı Con Qouldun (1804-1881) şərəfinə verilmişdir. Təsvir Qould qurbağaağzı orta ölçülü bir quşdur və təxminən 47 ilə 48,5 qram ağırlığında, 21 ilə 25 sm uzunluğundadır. Bu növ iki fərqli morfdada görünə bilər. Hər iki morf eyni naxışlara malikdir, lakin biri açıq, digəri isə tünd rəngdədir. Əsasən qəhvəyi rəngdədir və ağ boyunbağı ilə birlikdə qanad örtüklərində səpələnmiş ağ ləkələr var. Alt hissələrdə oval şəkilli ağ ləkələr var. Digər qurbağaağızlardan fərqli olaraq, erkək və dişi fərdlər çox oxşardır. Lakin bəzi fərqlər onların müəyyən edilməsini asanlaşdırır. Dişilər daha tünd qırmızı-qəhvəyi rəngdə olur. Bundan əlavə, dişilərin gözləri qəhvəyi, ayaqları sarımtıl, erkəklərin isə gözləri sarı, ayaqları çəhrayı rəngdədir. Yayılması və yaşayış mühiti Bu növ yalnız Cənub-Şərqi Asiyada tapılır. Daha dəqiq desək, Bruney, İndoneziyanın müəyyən regionları, Malayziya, Sinqapur və Cənubi Tailandda rast gəlinir. Lakin əsasən Malayziya və Sinqapurda yayılıb. Qould qurbağaağzının yaşayış mühiti tropik meşələrdir. Onlar əsasən insan tərəfindən pozulmamış yerli ağac növləri olan meşələrdə tapılır. Bu növ adətən 500 metr yüksəkliyə qədər olan düzənlik meşələrində yaşayır. Qidalanma Qould qurbağaağızlıları digər qurbağaağızları kimi həşəratlarla qidalanır. Onlar müxtəlif növ güvələr, bəzi böcəklər və çəyirtkələrlə qidalanır. Çoxalma Çoxalma mövsümü quşların yerləşdiyi yerdən asılı olaraq dəyişə bilər. Malayziya regionunda iyundan sentyabra qədər, Borneoda isə fevraldan iyula qədər davam edir. İnkubasiya müddəti təxminən 30 gündür və hər iki valideyn inkubasiya edir. Yuva valideynlərin tüklərindən hazırlanır və adətən kiçik və dayaz olur. Valideynlər bəzi budaqlar və şibyələrdən istifadə edərək yuvanı yırtıcılardan qoruyur. Yuvalar əsasən 1,3 metr yüksəklikdə tapılır və dişilər hər dəfə bir yumurta qoyur. Yumurtalar oval şəkilli və ağ rəngdədir. Qorunma statusu və təhlükələr "Beynəlxalq Təbiəti Mühafizə Birliyi" (IUCN) Qould qurbağaağzını "təhlükəyə yaxın" kateqoriyasında qiymətləndirib.


İstinadlar

Tarix : 27 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.