• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
qauco-coban-iti

Qauço çoban iti

Qauço çoban iti (Portuqalca: Ovelheiro Gaúcho) - Braziliyanın Pampas bölgəsində yaranmış it cinsi. Bu cins, "Fédération Cynologique Internationale" (FCI) tərəfindən tanınmasa da, FCI ilə əlaqəli olan "Braziliya İt Cəmiyyəti"ni (CBKC) tərəfindən tanınır. Qauço itləri, sağlam və çevik olmaları ilə seçilir, bu da onları sürü çobanlığı kimi fəaliyyətlər üçün əlverişli edir. Qauço iti xüsusilə Braziliyanın cənub bölgəsində qoyun və digər heyvanların sürüsünə çobanlıq etmək üçün geniş istifadə olunur. Tarix Qauço İti, Braziliyanın Pampas bölgəsinə bağlı "Rio Grande do Soul"da, çobanlar tərəfindən daha yaxşı sürü çobanlığı bacarıqlarına sahib itlər axtarışı nəticəsində tapılmışdır. Cinsin mənşəyi ilə bağlı ən köhnə və daha yayılmış nəzəriyyə, Qauçonun "Rio Grande do Soul" bölgəsindəki (geniş yayılmayan cinslərdən olan) çoban itlərindən təkamül etdiyini iddia edir. Cins "Border Collie" və "Rough Collie" cinsləri ilə oxşar xüsusiyyətlərə sahibdir. "Border Collie" ehtimal ki, 1950-ci illərdə "Rio Grande do Soul"un Uruguaiana şəhərinə, Avstraliya Merino qoyunları ilə birlikdə gəlmişdir. Növbəti mərhələdə bu itlər Pelotas şəhərinə gətirilmişdir. Qoyun sürülərini idarə etmək üçün müvafiq bacarıqlara malik olan itlər, qauçoların tələblərinə cavab vermək məqsədilə seçilərək cinsin formalaşmasına səbəb olmuşdur. Bu şəkildə yeni bir cins yaranmışdır. Bu yeni cins həm coğrafi mühitə, həm də yerli qauçoların ehtiyaclarına uyğunlaşmış bir fenotipə malik olub, qoyun sürülərinin idarə edilməsi üzrə mükəmməl bacarıqlarını qoruyub saxlamışdır. Xüsusiyyətləri Morfoloji baxımdan, "Border Collie" cinsinə bənzəyir, lakin sürü çobanlığı edərkən hərəkətləri fərqlidir. Onların boyu və ölçüsü orta ölçüdədir. "Border Collie"dən daha böyük, lakin "Collie"dən bir az kiçikdir. Tükləri orta uzunluqdadır, alt tükləri ola bilər və müxtəlif rənglərdə olur. Ortalama boyu "Rough Collie" ilə oxşardır və 55-65 sm arasındadır. Çəkisi isə adətən 20-35 kq arasında olur. Dişilər təbii olaraq erkəklərdən bir az daha kiçikdir. Temperament Bu cinsin aqressiv olmadığı bilinir. Yad səs-küylərə qarşı diqqətli olduqları üçün yaxşı gözətçi itləri olaraq görülür, amma nadir hallarda təcavüzkar olurlar. Onlar ağıllı itlərdir və əmrləri tez öyrənir, sürüləri ilə aqressiv davranmırlar. Bu itlər insanlarla yaxşı keçinməyi bacarır, çünki təvazökar və dostcanlıdırlar. Sürü çobanlığında istifadə olunduğu kimi, bəzi insanlar tərəfindən həm də ev heyvanı kimi saxlanılır. Onlar sürü heyvanları ilə münasibətdə təvazökar və əməksevərdirlər. Bu cinsin Braziliya və digər ölkələrdə daha geniş yayılması, əhalinin cinsin unikal xüsusiyyətlərinə olan marağını artırmışdır.


İstinadlar

Tarix : 7 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.