• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
qara-qanadli-mehebbet-qusu

Qara qanadlı məhəbbət quşu

Qara qanadlı məhəbbət quşu (Agapornis taranta)- həmçinin "Həbəş məhəbbət quşu" kimi də tanınan, əsasən " papuqaylar " ailəsinə aid yaşıl rəngli bir quş növü. Təsvir Uzunluğu təxminən 16-16,5 sm olan qara qanadlı məhəbbət quşu, bütün "məhəbbət quşları"nın ən böyüyüdür. Qırmızı başlı məhəbbət quşu kimi, cinsi dimorfizmə malikdir. Dimorfizm, təxminən səkkiz və ya doqquz aylıq olduqdan sonra, yetkin olmayan quşlarda özünü göstərir. Həm erkək, həm də dişi qara qanadlı məhəbbət quşu əsasən yaşıl rəngdədir və yalnız yetkin erkək qara qanadlı məhəbbət quşunun, qırmızı alnı və gözləri ətrafında qırmızı lələk halqası var. Quyruğu qara ucludur və quyruğun altındakı lələklər sarımtıl rəng göstərir. Sağrı və quyruğun üstündəki lələklər açıq yaşılıdır. Erkəkdə qanadın altındakı lələklər adətən qaradır, dişidə isə qanadın altındakı lələklər adətən yaşılımtıl və ya qəhvəyi-qaradır. Hər iki cinsin qırmızı dimdiyi və boz ayaqları var. Yaşayış yeri Qara qanadlı məhəbbət quşunun təbii yaşayış yeri adətən cənubi Eritreyadan, cənub-qərbi Efiopiyaya qədərdir və onlar adətən ya yüksək düzənliklərdə, ya da dağlıq bölgələrdə yaşayırlar. Yemək və qidalanma Günəbaxan tumları, qarğıdalı, alma və missiya ənciri "Həbəş məhəbbət quşu"nun tipik pəhrizidir. Çoxalma Qara qanadlı məhəbbət quşu ağac kovuğunda yuva qurur. Yumurtalar ağdır və adətən bir balavermə dövründə üç və ya dörd yumurta qoyur. Dişi yumurtaları 23 gün inkubasiya edir və cücələr yumurtadan çıxdıqdan təxminən 45 gün sonra yuvadan uçurlar. Status Yaşayış yeri boyunca geniş yayılmış və ümumi bir növ olan qara qanadlı məhəbbət quşu, "nəsli kəsilmə təhlükəsi altında olan növ"lərin "IUCN" "Qırmızı Siyahısı"nda "Ən az narahatlıq doğuran" kimi qiymətləndirilir.


İstinadlar

Tarix : 13 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.