• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
porselen-iti

Porselen iti

Porselen-Fransaya aid bir it cinsidir. Əvvəllər "Briquet Franc-Comtois" kimi tanınırdı. Bu ad Şərqi Fransada yerləşən tarixi "Franche-Comté" bölgəsindən gəlir. Görünüş Porselen, adını parlaq tük örtüyündən alır. Çünki bu parlaq tük örtüyü, onun bir porselen qab kimi görünməsinə səbəb olur. Tük örtüyü ağ rəngdədir, bəzən qulaqlarda narıncı ləkələr olur. Dəri ağ rəngdə olmalı və ağ tük örtüyü altından görünən qara ləkələrə malik olmalıdır. Tüklər son dərəcə qısa və çox incədir. Porselen itinin burnu qara rəngdədir və çox geniş burun dəlikləri var. Gözləri qara və uzundur. Sallanan qulaqlara sahibdir. Boyun uzundur və quyruq qalın başlayaraq ucunda incəlir. Porselen erkəklərinin boyu 56-58.5 sm arasında dəyişir. Dişilərin boyu isə 53.5-56 sm arasındadır. Çəkiləri təxminən 25-28 kq arasında dəyişir. Tarix Porselenin "English Harrier", İsveçrənin bəzi kiçik "Laufhound" cinsləri və indi nəsli kəsilmiş "Montaimboeuf" cinsindən törədiyi düşünülür. Bu cins haqqında Fransada 1845-ci ildən, İsveçrədə isə 1880-ci ildən qeydlər var. Cins, Fransız İnqilabı (1789-99) sonrasında yox olsa da, yenidən bərpa edilmişdir. Böyük Britaniyadakı yetişdiricilər, Porselenin tanınmış bir cins kimi qəbul edilməsi üçün çalışırlar. 2009-cu ilə qədər Böyük Britaniyada 14 bala yetişdirilmişdir. Sağlamlıq Porselenin cinsə xas xüsusi sağlamlıq problemləri yoxdur. Təbii ki, onlar da digər it cinsləri kimi ümumi it xəstəliklərindən əziyyət çəkə bilərlər. Aşağıda bu cinsdə daha çox rast gəlinən sağlamlıq problemlərindən bəziləri göstərilmişdir: 1. Bud-çanaq displaziyası: Bud oynağının düzgün inkişaf etməməsi nəticəsində oynağın qeyri-düzgün yerləşməsinə səbəb olan ortopedik bir xəstəlikdir. Xəstəliyin şiddətindən asılı olaraq, dərman müalicəsi, fiziki terapiya və ya cərrahi müdaxilə tətbiq oluna bilər. 2. Mədə burulması (Gastrik Dilatasiya və Volvulus - GDV): Bu, itlərin mədəsinin qazla dolması və öz ətrafında burulması nəticəsində yaranan həyat üçün təhlükəli bir vəziyyətdir. 3. Qulaq infrksiyaları: Xarici qulağa (otitis externa), orta qulağa(otitis media) və ya daxili qulağa (otitis interna) təsir edə bilər. Bu infeksiyalar allergiya, yad cisimlər və ya bakterial problemlər səbəbindən yarana bilər. Qulaqda ağrı, qaşınma, axıntı və başın silkələnməsi ilə büruzə verir. Düzgün diaqnoz və müalicə çox vacibdir. Qulaqların təmizlənməsi, dərman müalicəsi və səbəbin aradan qaldırılması üçün cərrahi müdaxilə tələb oluna bilər. Qulluq Porselen itlərinin dişləri həftədə ən az iki-üç dəfə fırçalanmalıdır ki, diş daşlarının yığılmasının və bakteriyaların qarşısı alınsın. Günlük diş fırçalamaq isə daha ideal seçimdir. Dırnaqlar hər ay yoxlanılmalıdır. Əgər dırnaqlar çox uzanıbsa, onları kəsmək lazımdır. Lakin, Porselen itləri kifayət qədər açıq havada vaxt keçirirsə, dırnaqları təbii şəkildə aşınaraq yaxşı vəziyyətdə qala bilər. Porselen cinsi bəzi digər it cinslərinə nisbətən qulaq infeksiyalarına daha çox meylli ola bilər.Qulaqlarında yığılan kiri mütəmadi təmizləmək vacibdir. Ov məqsədləri Porselen, adətən dovşan, maral və şimal bölgələrində vəhşi donuz ovu üçün istifadə edilən bir ov itidir. Porselenlər sürü halında ov edirlər. Qoxu iti olduğu üçün, ov zamanı istifadə etdiyi kəskin qoxu qabiliyyətinə güvənirlər. Porselen, sahibindən çox əmr almadan müstəqil şəkildə ov edə bilən bir itidir. İtaliyada da az sayda yetişdirilən Porselenlər vəhşi donuz ovu üçün istifadə edilsə də, yerli ovçular üçün ənənəvi yerli itlər daha üstün mövqedə durur.


İstinadlar

Tarix : 11 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.