- Wikisun
Norveç Buhundu - Spitz tipli it növü. "İslandiya çoban iti" və "Yemthund" ilə yaxın qohumluğa malikdir. Buhund keşikçi, həmçinin ümumi təsərrüfat və mal-qara otaran iti kimi istifadə olunur. Xüsusiyyətlər Orta ölçüdən bir qədər kiçik növdür. Başı pazşəkillidir, dik qulaqları və qara burnu var. Beli düzdür və dərin sinə qəfəsinə malikdir. Quyruğu yuxarı doğru dayanır və burulur. Buhundun boyu təxminən 43-45 santimetr arasında dəyişir. Erkəklərin boyu 43-46 sm , dişilərin boyu isə 44 sm olur. Çəki aralığı erkəklər üçün 14-18 kq , dişilər üçün isə 12-16 kq arasındadır. Tük örtüyü açıq krem rəngindən parlaq narıncıya qədər istənilən çalarda ola bilər. Mümkün qədər az ağ rəng və qara sima qəbul edilir. Xarakter Norveç Buhundu yüksək dərəcədə şən və fəal bir növdür. Onlar asanlıqla yorulmur və hər gün geniş miqyasda fəaliyyət tələb edirlər. Norveç Buhundu enerjisini xaric etməli olur, əks halda məhəl qoyulmadıqda və ya tez-tez hərəkətsiz qaldıqda dağıdıcı və xoşagəlməz davranışlar göstərə bilər. Yüksək enerji səviyyəsi ilə yanaşı, onlar həm də çox sevimlidir və uşaqlara olan sevgiləri ilə tanınırlar. Lakin yüksək enerji səviyyəsi və intensiv təlim tələbi səbəbindən Norveç Buhundları həmişə nəzarət altında saxlanılmalıdır, xüsusən uşaqlar və yaşlıların yanında. Sahibləri ilə güclü əlaqələr qurur və təbii keşikçi itləridir. Bu, yad adamlara qarşı soyuq davranış və həyəcanla nəticələnə bilər. Yeni sahiblər üçün bu problemli ola bilər, çünki Norveç Buhundu hər yeni həyəcanverici səs və ya hərəkətə görə hürə bilər. Onlar ünsiyyətçi və cəsurdurlar, təcavüz olmadan nadir hallarda dişləyirlər. Norveç Buhundu yüksək zəkalıdır. Onlar çox inatçıdır və öyrədilmək və yeni şeylər öyrənmək üçün güclü arzu göstərirlər. Əgər müvafiq stimul təmin edilməsə, növ dağıdıcı və ya uyğunsuz davranışlara meyl edə bilər. Buhund növü tez bir zamanda canı sıxlır və narahat olur. Gündəlik fəaliyyət tələb olunur. Bu növ, vaxtını fəaliyyət və təlimə həsr edə bilən sahiblər üçün idealdır. Fəaliyyət və öyrənmə arzusu ilə birləşən yüksək enerji səviyyəsi ilə Norveç Buhundu əla çeviklik iti edir. Aktiv həyat tərzi keçirən və ya it idmanları ilə məşğul olmaq istəyən insanlar Norveç Buhundunun xarakterini yüksək qiymətləndirirlər. Bu növ həm də idman həvəskarları üçün əla yoldaşdır. Sağlamlıq Norveç Buhundu çox sağlam bir növdür və 12-15 il arasında ömür sürür. Lakin bu növ bir neçə xəstəliyə meylli ola bilər. Bu xəstəliklər arasında "katarakt", "xərçəng", "Von Willebrand" və diz displaziyası var. Diz displaziyası zamanı diz oynağı vaxtaşırı yerindən çıxır və ağrıya və axsaqlığa səbəb olur. Qidalanma Norveç Buhundu hər gün bir neçə fincan yüksək keyfiyyətli it yeməyi ilə bəslənməlidir. Yeməyin miqdarı, itin yaşı, ölçüsü və fəaliyyət səviyyəsindən asılı olaraq dəyişə bilər. Bu itdə ciddi piylənmə problemi olmasa da, gündəlik porsiya sayına diqqət edilməlidir. Adın mənşəyi "Buhund" adı Norveç dilində bu (təsərrüfat; sadə bina və ya dağ daxması) və hund (it) sözlərindən yaranıb. Müasir buhund, Norveçin yağışlı qərb sahillərində yetişdirilib. Ən çox qoyulan 10 ad 1. Johan 2. Harold 3 .Eric 4. Erika 5. Lola 6. Tuva 7. Elin 8. Nils 9. Nanna 10. Alex
https://en.wikipedia.org/wiki/Norwegian_Buhund
https://www.dogster.com/dog-breeds/norwegian-buhund
https://www.akc.org/dog-breeds/norwegian-buhund/
https://a-z-animals.com/animals/norwegian-buhund/
https://www.thesprucepets.com/norwegian-buhund-dog-breed-profile-4691112
https://www.purina.co.uk/find-a-pet/dog-breeds/norwegian-buhund
https://www.webmd.com/pets/dogs/what-to-know-norwegian-buhund
https://www.wisdompanel.com/en-us/dog-breeds/norwegian-buhund
Tarix : 10 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.