- Wikisun
Norbotten iti (həmçinin "Norrbottenspets","Norrbottenspitz", "Şimali Spitz" və "Pohjanpystykorva" kimi tanınır) — İsveçdən olan "spitz" tipli bir it növü. Tarix Norbotten İti, adını İsveçin şimal-şərqində yerləşən Norbotten bölgəsindən alır. "Spets" sözü isə İsveç dilində "spitz" mənasını verir. Bu növ həmçinin "Norrbottenspitz", "Şimali Spitz" və "Pohjanpystykorva" kimi də tanınır. Növün mənşəyi dəqiq məlum deyil. Onun əcdadlarında həm arktik, həm də alman spitzlərinin qanı olduğu ehtimal edilir. Norbotten İti, "Finlandiya Spitz", "Rusiya Karelo-Fin Laika"sı və "Norveç Buhundu" kimi yaxın qohum növlərlə oxşar xüsusiyyətlər daşıyır. Bu növlər yalnız müxtəlif milli sərhədlərdə ayrı-ayrı kennel klubları tərəfindən tanındıqdan sonra fərqli növlər kimi müəyyən edilib. 20-ci əsrdə demək olar ki, itmək ərəfəsində olan bu növ, 1948-ci ildə "İsveç Kennel Klubu" tərəfindən "nəsli kəsilmiş" elan edildi. Lakin 1960-cı illərdə kifayət qədər sayda nümunə tapıldı və növ yenidən "mövcud" elan edildi. "Finlandiya Spitz" və "Norveç Buhundu" kimi beynəlxalq şöhrət qazanmayan Norbotten İti, Skandinaviyadan kənarda nadir hallarda görünür. Lakin milli növlərə marağın artması ilə bu gün Norbotten İti İsveçdə nisbətən məşhur bir növə çevrilib. Təsvir Norbotten iti kiçik və orta ölçülü, kompakt və möhkəm quruluşa malik, tipik spitz xüsusiyyətləri daşıyan bir növdür. "Finlandiya Spitz"dən bir qədər kiçik olan bu növün standartlarına görə, erkəklərin boyu 43-47sm, dişilərin boyu isə 40-44sm arasında dəyişir. Onların çəkisi adətən 11-15 kq arasındadır. Növün qalın və sıx ikiqat kürkü var ki, bu da onları arktik qışlarda yaxşı qoruyur. Xarici kürk qısa və düz, alt kürk isə incə və sıxdır. Növ bütün rənglərdə ola bilər, lakin ən çox ağ rəngli olan fərdlərdir. Onların üzərində qırmızı, sarı, krem rəngi, qəhvəyi və ya qara ləkələrlə görünür. Növün standartlarına görə, əsas rəng ağ, ləkələri isə sarı və ya qırmızı olmalıdır. Növün pazşəkilli başı və dik qulaqları var. Bədəni güclüdür. Hündürlüyü ilə bədən uzunluğu eyni olur. Dərin sinə qəfəsinə malikdir. Quyruğu uzun və yuxarı qaldırılmışdır, spitz itlərinə xas olduğu kimi arxaya qıvrılıb. Norbotten iti yüksək zəka və enerji ilə təsvir olunur. Onların maraqlı təbiəti var və kifayət qədər fəaliyyət tələb edirlər, əks halda dağıdıcı ola bilərlər. İstifadə sahələri Bu gün Norbotten İtlərinin əksəriyyəti ev heyvanı kimi saxlanılır, lakin ənənəvi olaraq bu növ ov iti və ümumi təsərrüfat iti kimi istifadə edilib. Növ müxtəlif ov heyvanlarını ovlamaq üçün istifadə olunur. Məsələn quşlar, marallar, ayılar. Norbotten itlərinin sahiblərinə hücum edən ayıları qovduğu haqqında bir çox hekayə var. Yorulmaq bilməyən, bir ovçu olan bu növün kəskin qoxu alma hissi var və bir çox Norbotten iti axtarış və xilasetmə iti kimi təlim keçib. Sağlamlıq 1995-1996-cı illərdə İsveçdə aparılan bir araşdırma göstərdi ki, Norbotten iti, bütün it növləri arasında ən aşağı xəstəlik nisbətinə malikdir. Bu araşdırma, 200.000-dən çox itin tibbi sığorta məlumatlarını nəzərdən keçirərək, Norbotten itinin safqan və mələz itlər arasında ən sağlam növ olduğunu müəyyən edib.
https://en.wikipedia.org/wiki/Norrbottenspets
https://www.akc.org/dog-breeds/norrbottenspets/
https://www.thesprucepets.com/norrbottenspets-dog-breed-profile-4783577
https://www.dogster.com/dog-breeds/norrbottenspets
https://wagwalking.com/breed/norrbottenspets
https://basepaws.com/dog-breeds/norrbottenspets?srsltid=AfmBOorYI1P-G98TD4WtzpAAiOlA66O9WDKSS9dz4otXg3W1G4BrWgdi
https://savokennel.com/history-norrbottenspets
Tarix : 10 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.