• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
munckin-pisiyi

Munçkin pişiyi

Munçkin pişiyi - Genetik bir mutasiya nəticəsində çox qısa ayaqları ilə xarakterizə olunan pişik növü. Tarix Bu növ, 1997-ci ildə "The International Cat Association" (TICA) tərəfindən tanındıqda böyük mübahisələrə səbəb oldu. Tənqidçilər, bu növün potensial sağlamlıq və hərəkətlilik problemləri ilə üzləşə biləcəyi ilə bağlı narahatlıq ifadə etdilər. Bu növün adı, yazıçı L.Frank Baumun 1900-cü ildə yazdığı "Oz sehrbazı" romanında təqdim etdiyi Munçkin ölkəsinin sakinlərindən götürülmüşdür. Qısa ayaqlı pişiklər 1940-cı illərdən bəri dünyanın müxtəlif yerlərində qeydə alınmışdır. 1944-cü ildə Britaniya veterinar hesabatında, ayaqlarının uzunluğu istisna olmaqla normal pişiklərə bənzəyən dörd nəsil qısa ayaqlı pişik qeydə alınmışdır. Bu xətt İkinci Dünya Müharibəsi zamanı yox olsa da, 1956-cı ildə Rusiyada və 1970-ci illərdə ABŞ-da da qısa ayaqlı pişiklər müşahidə edilmişdir. 1983-cü ildə Luiziana ştatının Rayville şəhərində musiqi müəllimi Sandra Hochenedel, bir itdən qaçıran və yük maşınının altına sığınan iki hamilə pişik tapdı. O, pişiklərdən birini saxladı və ona "Blackberry" adını verdi. "Blackberry"-nin balalarının yarısı qısa ayaqlı doğuldu. Hochenedel, "Blackberry"-nin balalarından bir qısa ayaqlı erkək pişiyi dostu Kay LaFranceyə verdi və ona "Toulouse" adını qoydu. "Blackberry" və "Toulouse"-un nəsli, bu günkü Munçkin növünün əsasını təşkil edir. Qeydiyyat tarixi Munçkin pişiyi ilk dəfə 1991-ci ildə "The International Cat Association" (TICA) tərəfindən Oklahoma ştatının Davis şəhərində keçirilən milli televiziya şousunda ictimaiyyətə təqdim edildi. Munçkin növü 2003-cü ilin may ayında "TICA" çempionat statusu qazandı. Xüsusiyyətlər Bəzi mənbələr qeyd edir ki, qısa ayaqları onların qaçma və tullanma qabiliyyətinə mane olmur, digərləri isə onların tullanma qabiliyyətinin bu vəziyyət tərəfindən məhdudlaşdığını bildirir. Munçkin pişikləri, tez-tez kəsişmə kimi istifadə edildiyi üçün normal ev pişikləri ilə oxşar xüsusiyyətlərə malikdir. Kiçik və orta ölçülü pişikdir, orta bədən quruluşu və yumşaq tükləri var. Erkək Munçkinlər adətən 6-9 funt (2.7-4.1 kq) arasında çəkiyə malik olur və adətən dişilərdən daha böyükdür. Dişilər isə 4-8 funt (1.8-3.6 kq) arasında çəkiyə malik olur. Arxa ayaqlar ön ayaqlardan bir qədər uzun ola bilər, bu da çiyindən ombaya qədər yüngül bir yüksəliş yaradır. Munçkin pişiklərinin ayaqları bir qədər əyilmiş ola bilər, lakin həddindən artıq əyilmə şou rinqində uyğunsuzluq sayılır. İçəriyə doğru əyilmiş ayaqlar da cəzalandırılır. Munçkin pişikləri bütün rəng və naxışlarda ola bilər. Uzun tüklü növü də var ki, bu da ayrıca Munçkin uzun tüklü kateqoriyasında nümayiş etdirilir. Qısa tüklü növün orta yumşaq tükləri, uzun tüklü növün isə yarı uzun ipək tükləri var. "TICA"-nın kəsişmə qaydaları, tanınmış bir növə aid olmayan hər hansı bir ev pişiyinin istifadəsinə icazə verir. Digər növlərə bənzərlik uyğunsuzluq səbəbidir. Standart olmayan Munçkinlər şou zamanı nümayiş etdirilə bilməz. 2014-cü ildə Kaliforniyanın Napa şəhərindən olan "Lilieput" adlı Munçkin pişiyi, Ginnesin Rekorlar Kitabına dünyanın ən qısa boylu pişiyi kimi düşün. Onun boyu 133 mm idi. Sağlamlıq Munçkin pişiklərində qısa ayaqlara səbəb olan mutasiya xondrodisplaziyadır. Munçkin pişiklərində "lordoz" və "pectus excavatum" (çökük döş) halları daha çox müşahidə olunur. Munçkin pişikləri, digər pişik növləri ilə müqayisədə şiddətli osteoartrit riski ilə üzləşirlər, çünki qısa ayaqlar onların fəaliyyət səviyyəsini və davranışını təsir edir. Osteoartritin diaqnozu və onun şiddətinin qiymətləndirilməsi üçün rentgen tədqiqatı tələb oluna bilər. Dünyanın bir çox pişik assosiasiyaları, sağlamlıq problemləri səbəbilə Munçkin pişiklərini tanımaqdan imtina ediblər. Genetika Munçkin pişiklərində xondrodysplaziyaya səbəb olan gen avtosomal dominant mutasiyadır. Yalnız heterozigot pişiklər yaşayır. Törəmə növlər - Bambino: Munçkin və Sfinks növlərinin kəsişməsindən yaranan, əsasən tüksüz cırtdan pişik. "Rare and Exotic Feline Registry" (REFR) tərəfindən tanınır. 2019-cu ildə "Niderlandın Qida və İstehlakçı Məhsullarının Təhlükəsizliyi İdarəsi", bir cütün Bambino yetişdirməsini dayandırmaq əmrini verib. - Dwelf: Munçkin, Sfinks və "American Curl" növlərinin kəsişməsindən yaranan, qısa ayaqlı, tüksüz və qıvrıq qulaqlı pişik. "REFR" tərəfindən tanınır. - Genetta: Munçkin, Bengal və bəzən Ocicat növlərinin kəsişməsindən yaranan, xallı, zolaqlı və ya mərmər naxışlı tükləri olan pişik. "REFR" tərəfindən tanınır. - Kinkalow: Munçkin və "American Curl" növlərinin kəsişməsindən yaranan, qısa ayaqlı və qıvrıq qulaqlı pişik. "REFR" tərəfindən tanınır. - Lambkin (və ya Nanus Rex): Munçkin və Selkirk Reks növlərinin kəsişməsindən yaranan, qısa ayaqlı və qıvrıq tükləri olan pişik. "REFR" tərəfindən tanınır. - Minskin: Munçkin, Birma, Sfinks və Devon Reks növlərinin kəsişməsindən yaranan, qısa ayaqlı, tüksüz və ya çox qısa tüklü, nöqtəli rəngli pişik. "REFR" tərəfindən tanınır, həmçinin 2018-ci ildən "TICA" tərəfindən ilkin olaraq tanınır. - Minuet (və ya Napoleon): Munçkin və "Persian" (və ya bəzən Himalayan və ya Exotic Shorthair) növlərinin kəsişməsindən yaranan, qısa ayaqlı və braxisefal ("peke-face") xüsusiyyətləri olan pişik. Tüklərin uzunluğu və rəngi qan xəttindən asılıdır. "TICA" tərəfindən tam tanınan bir növdür.


İstinadlar

Tarix : 22 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.