• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
lxasa-apso-it-cinsi

Lxasa Apso (it cinsi)

Lxasa Apso - Tibet mənşəli it cinsi. Ənənəvi olaraq bu cins daxili gözətçi kimi istifadə edilmişdir. Etimologiya Lxasa, Tibetin paytaxtıdır və apso sözü tibet dilindən gəlir. Adın dəqiq mənşəyi ilə bağlı bəzi mübahisələr var. Bəziləri iddia edir ki, "apso" sözü "keçi saqqalı" və ya ola bilsin ki, "ra-pho" mənasını verən tibet sözünün ingilisləşdirilmiş formasıdır. Digərləri isə onun "hürən gözətçi" mənasını verən mürəkkəb isim olduğunu düşünürlər (Tibetcə ap-hürmək və so-qorumaq). Tarix Lxasa Apso, tarixən Tibetin Himalay dağlarında təcrid olunmuş saray və monastırlarda gözətçi kimi xidmət edən minillik bir cinsdir. XX əsrin əvvəllərində bəzi Tibet itləri Hindistan yarımadasından qayıdan hərbçilər tərəfindən Böyük Britaniyaya gətirildi. Bu itlər ya Lxasa Apsoya, ya da Tibet Teryerinə çevriləcək qarışıq növlər idi və birlikdə "Lxasa Teryerləri" kimi tanınırdılar. İlk amerikalı Lxasa cütlüyü 1933-cü ildə ABŞ-a 13-cü Dalay Lama Tubten Gyatso tərəfindən təbiətşünas Çarles Suydam Kuttinqə hədiyyə edilmişdir. Cənab Kuttinq Tibetə səfər etmiş və Dalay Lama ilə görüşmüşdür. O dövrdə İngiltərədə yalnız bir Lxasa Apso qeydiyyatdan keçmişdi. "American Kennel Club" 1935-ci ildə bu cinsi "Teriyer Qrupu"nda rəsmi olaraq qəbul etdi və 1959-cu ildə "Qeyri-İdman Qrupu"na köçürdü. Böyük Britaniyada isə onlar "Utility Group"a daxil edilirlər. Bu cins 1960-cı ildə "Beynəlxalq Kinoloji Federasiyası" tərəfindən rəsmi olaraq qəbul edilmişdir. Xüsusiyyətlər Erkək itlərdə hündürlük təxminən 25 sm, dişilərdə isə bir qədər kiçik olur. Maraqlıdır ki, hündürlük fərqi olsa da hər iki cins 5.44 - 8.16 kq arasında olur. Onların tükləri qara, qırmızı, tünd boz, qızılı, ballı, yarı rəngli, qumlu, şifer rəngli, dumanlı və ya ağ ola bilər. Kürk qalın və ağırdır, sərt düz xarici örtük və orta qatlı alt tüklərə sahibdir. Gözləri və burnu qara, qulaqları sallanmış vəziyyətdə olur. Quyruğu əyri formada və adətən aşağı doğru sallanmış olur. Lxasa Apso, Stenli Korenin "The Intelligence of Dogs" kitabında 138 cins arasında 68-ci yerdə qərarlaşaraq orta səviyyəli iş-itaət zəkasına malik bir cins kimi təsnif edilmişdir. Lxasa Apso uzunömürlü bir cinsdir və bir çoxu 20 yaşına qədər sağlam şəkildə yaşaya bilir. Sağlamlıq 2024-cü ildə Böyük Britaniyada aparılan bir araşdırma nəticəsində məlum olmuşdur ki, bu cins üçün orta ömür uzunluğu 14 ildir. Bu göstərici təmiz cins itlər üçün orta hesabla 12,7, mələzlər üçün isə 12 il təşkil edir. Lxasa Apso atopik dermatitə meyllidir və bu xəstəlik cinsdə tez-tez rast gəlinir.


İstinadlar

Tarix : 31 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.