• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
kintamani-iti

Kintamani iti

Kintamani - İndoneziyanın Bali adasının Kintamani bölgəsindən yayılmış yerli bir it növü. Balililər arasında populyar ev heyvanı olan bu it, yerli səviyyədə Balinin yeganə rəsmi it cinsidir. Kintamani iti, azad şəkildə gəzən yerli Bali küçə itlərindən törəmişdir və 2019-cu ildə "Beynəlxalq Kinoloji Federasiya" (FCI) tərəfindən tanınmışdır. Mənşəyi Genetik tədqiqatlar göstərir ki, Kintamani iti Balidə yerləşən küçə itlərindən törəmişdir. Bali küçə itləri genetik olaraq Avstraliya dinqosu ilə yaxından əlaqəlidir. Asiya mənşəli AKC tərəfindən tanınan it cinsləri ilə yaxınlıq olsa da, Avropa mənşəli itlərlə əlaqəsi yoxdur. Nəticə etibarilə, Kintamani iti, genetik müxtəlifliyi itirmədən Bali küçə itlərindən inkişaf etmişdir. Bali küçə itlərinin əcdadları təxminən 3000 il əvvəl Baliyə gəlmiş və o vaxtdan bəri əsasən təcrid olunmuş şəkildə yaşamışdır. 1926-cı ildə tətbiq edilən quduzluqla mübarizə tədbirləri səbəbilə xarici itlərin Baliyə gətirilməsi qadağan edilmişdir. Buna görə də, bu itlər min illər boyu azad şəkildə çoxalaraq genetik dəyişikliklərə məruz qalmamışdır. Tarix Kintamani iti haqqında dərin araşdırma 2005-ci ildə Ketut Puja tərəfindən aparılan “Kintamani İti: Bali, İndoneziyadan Yeni Ortaya Çıxan Cinsin Genetik Profili” adlı tədqiqatda tapılmışdır. Bu tədqiqatda Ketut Puja Kintamani itinin qədim bir cins olduğunu və təxminən 1400-cü illərdən mövcud olduğunu müəyyən etmişdir. Fərziyyələrə görə, çinli bir tacir, Çinindən Balidəki "Raja Caya Pangus" ailəsinin bir üzvü ilə evlənmək üçün köç etmiş və Kintamani bölgəsində məskunlaşmışdır. O, özü ilə çou-çou itini gətirmiş və bu itlər yerli Bali itləri ilə cütləşərək özünəməxsus bir cins yaratmışdır. Kintamani itləri əvvəllər "kuluk gembrong" adlanırdı. Burada kuluk “it” mənasını verir, gembrong isə “tüklü” deməkdir. Xüsusiyyətlər Kintamani iti, Samoyed və Malamut cinslərinin qarışığına bənzəyir. Uzun tükləri, geniş üzü, düz alnı və Çin itləri (məsələn, Çau-Çau) kimi düz yanaqları var. Bu itlər ev heyvanı kimi yaşamağa uyğundur. Çoxu adi kənd itləri kimi yaşasa da, balalarını saxlamaq üçün çuxurlar qazır və bəziləri Kintamani ətrafındakı qayalıqlarda kiçik mağaralarda yaşayır. Yerli sakinlər tərəfindən gözəl görünüşlü itlər hesab olunur və ev heyvanı kimi saxlanılır. Kintamani iti insanlarla mülayim davransa da, kəşfiyyatçı davranışı ilə diqqət çəkən gözətçi it kimi tanınır. Ən çox arzulanan rəngi ağdır. Qulaqlarının ucu olması üstünlükdür. Yetişdiricilər tez-tez itləri Kintamani vulkanı yaxınlığındakı soyuq və qaranlıq mağaralarda saxlayır və bunun qalın ağ tük örtüyünün inkişafı üçün vacib bir addım olduğunu iddia edirlər. FCI standartına görə, bej, qırmızı, "brindle" (zolaqlı) və qara rənglər də qəbul edilir. Bej, qırmızı və "brindle" rənglərdə qara sima üstünlükdür. Dişi Kintamani itinin hündürlüyü 44-52 santimetr, erkəklərdə isə 49-57 santimetr arasında dəyişir ki, bu da Bali küçə itlərinin boyu ilə eynidir. Kintamani itinin arzu olunan fiziki xüsusiyyətlərinə dik qulaqlar, orta xəttdə tutulan irəli əyilmiş quyruq, orta və ya uzun tüklü örtük, badamşəkilli qəhvəyi gözlər və qara dəri piqmenti daxildir. Bali küçə itləri müxtəlif rənglər və tük naxışlarında olur və demək olar ki, həmişə qısa tüklü və düz və ya əyri quyruqludur. Hər iki cins balalarını torpağa qazılmış yuvalarda doğur. Bu vəhşi itlərin xüsusiyyətidir. Xasiyyəti Müstəqil bir cins olaraq öz ərazilərinə girənlərə qarşı aqressiv davransa da, öz ailələri ilə həssas və mehribandır. Əksər it cinsləri yüksəkliyə qalxmaqdan çəkinsə də, Kintamani itləri damlarda gəzir və günün bir hissəsini bağça divarının üstündə oturaraq və ya yataraq keçirir. Onlar yüngül addımlıdır və sərbəst, hamar və çevik şəkildə hərəkət edir, tanımadıqları səs və ya mənzərə ilə qarşılaşdıqda hürür. Tanınması "Bangli Regency", Kintamani İti Sərgisi və Müsabiqəsini hər il təşkil edərək Kintamani itlərini tanıtmağa çalışır. Bu qurum həmçinin Kintamani iti yetişdiricilərinə rəhbərlik edir, Kintamani itlərinin təmizlənməsi sahələri ilə bağlı qaydalar qoyur və bəzi kəndlərdə nümayiş layihələri həyata keçirir. Sağlamlıq Sağlam bir it cinsidir, lakin onların sağlamlığını qorumaq üçün müntəzəm yoxlamalar, qan testləri və rentgen müayinələri vacibdir. Bu tədbirlər, itin ümumi sağlamlıq vəziyyətini izləmək, ola biləcək potensial problemləri erkən müəyyən etmək və uzun müddətli sağlamlığını təmin etmək üçün zəruridir. Qulluq Müntəzəm fırçalama tük tökülməsini azaltmaq və iti təmiz saxlamaq üçün vacibdir. İti ildə bir neçə dəfə çimizdirmək kifayətdir. Çimizdirməmişdən əvvəl itin tükündəki bütün dolaşıqları daraqla açmaq tövsiyə olunur. Qulaqlar həftəlik olaraq təmizlənməlidir ki, qulaq infeksiyalarının qarşısı alınsın. Həmçinin, dırnaqlar həddindən artıq uzandıqda kəsmək lazımdır.


İstinadlar

Tarix : 10 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.