• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
8
0
0
jeep-wrangler

Jeep Wrangler

Jeep Wrangler - 1986-cı ildən "Jeep" tərəfindən istehsal olunan və orta ölçülü avtomobil. Ən son nəsil olan Wrangler JL 2017-ci ilin sonunda təqdim edilib və brendin Toledo Kompleksində istehsal olunub. İstehsal Jeep Wrangler modelləri 1986-1995-ci illər arasında "Brampton Assembly"də, daha sonra isə Toledo Cənubi Assambleyasında istehsal edilib. 1987-1995-ci il modellərinin əvvəlkilərindən əsas fərqi yuvarlaqlaşdırılmış faralardan düzbucaqlı faralara keçməsi idi. 2006-cı ildən etibarən Wrangler istehsalı Toledo Kompleksinə köçürülüb. Modellər Wrangler 1986-cı ildə Jeep CJ seriyasının istehsalının dayandırılmasından sonra yeni model kimi debüt edib. Model 1996-cı ildə yenidən işlənmiş və 2006-cı ildə tamamilə yenidən dizayn edilib. Hər bir avtomobil modelində Wrangler ilə yanaşı, köməkçi, yəni nəslinə uyğun adlardan istifadə edilib. YJ (1986–1995), TJ (1997–2006), JK (2007–2018), və cari JL modeli. Elektrikli Wrangler 2008-ci ilin sentyabrında sırf elektriklə işləyən idman avtomobili ilə birlikdə elektriklə işləyən 4 qapılı Wrangler təqdim edilib. Qaz mühərriki işə düşənə və əlavə elektrik enerjisi verməyə başlamazdan əvvəl Wrangler 64 km məsafə qət edə bilər. Mükafatlar Jeep Wrangler idman avtomobili kateqoriyasında "Kelley Blue Book" (KBB) tərəfindən 2009, 2012 və 2013-cü illərdə ən yaxşı satış dəyəri mükafatına sahib avtomobil adına layiq görülüb. Bundan əlavə, 2011, 2012, və 2013-cü illərdə Jeep Wranglers yığcam SUV kateqoriyasına görə Kanada Qara Kitabının ən yaxşı saxlanılan dəyər mükafatına (Canadian Black Book's Best Retained Value Award for the compact SUV category) layiq görülüb. 2009-cu ilin may ayında "Business Week" jurnalı Wrangler modelini son 20 ilin ən ikonik avtomobillərindən biri adlandırıb.


İstinadlar

Tarix : 29 dekabr 2024