- Wikisun
İspaniya qalqosu - Xüsusi olaraq görmə qabiliyyəti ilə ov izləyən itlər (sight hounds) ailəsinin bir üzvü. İngilis "Greyhound"u bəlkə də İspaniya qalqosundan törəmişdir. 20-ci əsrin bir neçə ilində bəzi yetişdiricilər daha sürətli və güclü İspaniya qalqoları yetişdirmək məqsədilə İspaniya qalqosu və "Greyhound"ları cütləşdiriblər. Xüsusiyyətləri "Greyhound"lara bənzəsələr də, cüssələri ilə fərqlənirlər. İspaniya qalqoları arxa hissədə daha hündürdür və "Greyhound"lardan daha düz əzələyə sahibdir. Bu, onların uzun məsafə qaçışları üçün uyğun olduğunu göstərir. Eyni zamanda, İspaniya qalqoları daha kiçik, daha yüngül quruluşlu, daha uzun quyruqlu və uzun, aerodinamik başa sahibdir. Onların sinəsi "Greyhound"larınkı qədər dərin deyil və dirsəyə qədər çatmır. Hamar və kobud kürk növlərinə sahibdir. Kobud kürk, çöldə qaçarkən dərinin zədələnməsindən qorunmasına kömək edir. İspaniya qalqoları müxtəlif rənglərdə və kürklərdə olur. Əsas rənglərə "barcino" (brendl-zolaqlı qarışıq rəng), "negro" (qara), "barquillo" (qızılı), "tostado" (qovrulmuş), "canela" (darçın), "amarillo" (sarı), "rojo" (qırmızı), "blanco" (ağ), "berrendo" (ağ ləkəli) və "pío" (ağ üzlü hər hansı rəng) daxildir. Dişilərin boyu 60-67 sm, çəkisi isə 22-25 kq arasında olur. Erkəklərin boyu 62-70 sm, çəkisi isə 27-29 kq arasında olur. Temperament Sakit, rahat, yumşaq və yavaş xasiyyətə sahibdir. Günlərinin çoxunu rahatlıqla yuxuda keçirirlər. 90%-dən çoxu pişiklər və digər itlərlə dost ola bilir. Uşaqlarla yaxşı yola gedirlər. İspaniya qalqoları təmkinli və utancaqdır, buna görə də erkən sosiallaşma çox vacibdir. Bu şəkildə yad insanlara, itlərə və yeni mühitlərə uyğunlaşa bilirlər. Xəstəliklərri 1. "Osteosarkom": Bu, itlərdə sümük xərçəngi növüdür. Əlamətlər arasında lənglik, yerli şişlik və əzələ itkisi var. 2. "Şişkinlik və mədə torsiyası": Mədə genişlənməsi və bükülməsi (GDV) olaraq da bilinir, bu həyati təhlükə yaradan bir təcili vəziyyətdir və dərhal baytar həkimi müdaxiləsi tələb edir. Bu, itin mədəsinin qida, maye və ya qazla dolması və bükülməsi ilə baş verir. 3. Anesteziyaya qarşı həssaslıq: Bəzi itlər anesteziyanın mənfi təsirlərinə daha çox meylli ola bilər. Əgər itinizə cərrahiyyə əməliyyatı lazım olacaqsa, bu barədə baytarınızla müzakirə edin. 4. Ürək problemləri: İtlərdə ürək xəstəlikləri arasında genişlənmiş "kardiomiyopatiya" (DCM) və qapaq xəstəlikləri vardır. Baytar müayinələri bu problemləri aşkar etməyə kömək edə bilər. 5. Göz problemləri: İtlərdə müxtəlif göz problemləri ola bilər, məsələn, göz infeksiyaları, irəliləyən "retinal atrofiya"ya (PRA) bağlı korluq və görməyi azaldan katarakt. Sağlam qalmaq üçün mütəmadi olaraq qaçmalı və ya uzun məsafələr gəzərək hərəkət etməlidirlər. Tarix Mənşəyi, bəzi məşhur yazıçılar tərəfindən, təxminən 3,000 il əvvəl Foinikilər tərəfindən İber yarımadasına gətirilən Misir iti cinsindən törədiyi qeyd edilir. Ancaq Roma dövründə İberiyada mövcud olan kelt vertragusunun təsviri, İspaniya qalqosunun daha çox Qərbi Avropa mənşəli olduğunu göstərir. İspaniyada yayılmasından sonra, bu cinsin daha sonralar Afrikadan gələn "Sloughi" itləri ilə qarışdırıldığı düşünülür. "Qalqo" adı, latınca "Canis Gallicus" (Qalların iti) ifadəsindən götürülüb. "Lebrel" (bütün "Greyhound"lar üçün İspan sözüdür) və "liebre" (qaz ovlamağa yarayan it) bu cinsin adını daha da genişləndirir. Romalı Flavius Arrianın yazılarında kelt vertragusunun təsviri, İspaniya qalqosunun qədim əcdadına işarə edir. Hazırda İspaniya qalqoları dünyada nadir tapılır. Birinci dəfə 2006-cı ildə "United Kennel Club" tərəfindən tanınıb. "American Kennel Club" isə hələlik bu cinsi tanımır. Təhlükələr Təəssüf ki, İspaniyada qalqoların çoxu ovçular tərəfindən amansızca öldürülür. Hər il təxminən 50,000-100,000 İspaniya qalqosu və "Podencos" öldürülür. İspaniya qalqoları arasında cinsi gücləndirmək və daha yaxşı itlər əldə etmək məqsədilə zorakılıq metodlarından istifadə edilir. Bu səbəbdən, İspaniya qalqolarının müdafiə olunması üçün müxtəlif təşkilatlar fəaliyyət göstərir və onlara sağlamlıq və ailə həyatı təmin etmək məqsədilə yeni evlər axtarırlar.
https://en.wikipedia.org/wiki/Galgo_Espa%C3%B1ol
https://www.thesprucepets.com/galgo-espanol-full-profile-history-and-care-4692867
https://galgosdelsol.org/what-is-a-galgo/
https://www.dog-learn.com/dog-breeds/galgo-espanol
https://www.dogbreedinfo.com/galgoespanol.htm
https://animalcorner.org/dog-breeds/galgo-espanol/
https://www.petpaw.com.au/breeds/galgo-espanol/
https://galgoespanol.breedarchive.com/home/index
https://es.working-dog.com/race/Galgo-Espa%C3%B1ol-172
https://www.nationalgeographic.com/animals/article/spanish-galgo-hunting-dog-killing-welfare
https://embarkvet.com/resources/dog-breeds/spanish-galgo/
https://www.mydogbreeds.com/galgo-espanol
Tarix : 7 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.