• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
ingilis-oyuncaq-teryeri

İngilis Oyuncaq Teryeri

İngilis Oyuncaq Teryeri - Oyuncaq itlər qrupuna daxil olan kiçik ölçülü teryer cinsi. Xüsusiyyətlər "Böyük Britaniya Kennel Klubu"na görə, boyu 25–30 sm, çəkisi 2.7–3.6 kq olmalıdır. Yeganə qəbul edilən rəng qara və qəhvəyi rəngdir. Ayaqlarda, döşdə və üzdə müəyyən qəhvəyi işarələr ola bilər. Hərəkətləri, bir atın geniş yürüşünə bənzəyir. Bu teryerin badam formalı gözləri və "şam alovu" şəklində qulaqları vardır. Qidalanma Bütün itlər kimi, ingilis oyuncaq teryeri də həm bitki, həm də tərəvəzləri ehtiva edən bir pəhrizə ehtiyacı olan yemək vərdişinə malikdir. Qidalanması üçün yaxşı balanslaşdırılmış peket yemləri və ya yüksək keyfiyyətli yaş, çiy və ya dondurulmuş quru yemlər arasından seçim edilir. İngilis oyuncaq teryeri, gündəlik olaraq çox enerji sərf edən aktiv bir cins olduğu üçün, yetkinlik dövründə, pəhrizində minimum karbohidrat, maksimum proteinə üstünlük verilir. Sağlam yağlar, vitaminlər və mineralların balanslı qarışığı bu cins üçün yaxşı bir seçimdir. Sağlamlıq Nisbətən sağlam cinsdir və genetik və ya digər xroniki sağlamlıq problemlərinə az meyllidir. Sağlam və balanslaşdırılmış bir pəhrizlə qidalandığı, kifayət qədər məşq etdiyi, müntəzəm olaraq insanlarla əlaqə qurduğu və həkim yoxlamalarından keçdiyi təqdirdə, ömrünün çox hissəsində sağlam qala bilərlər. Lakin, ən yaxşı şəkildə baxılan ingilis oyuncaq teryerinin belə xəstəliklərdən, genetik vəziyyətlərdən və ya digər sağlamlıq problemlərindən tam olaraq azad olması mümkün deyil. Xəstəliklər "Katarakt" – İtin gözündə bulanıq bir görünüş, adətən yaşlanma səbəbiylə meydana gəlir. "Patellar Luksasiya" – Patellanın(Diz oynağı) yerindən çıxması, adətən valideynlərdən irsən gəlir, lakin genetiklə əlaqəsi olmayan bir zədə nəticəsində də baş verə bilər. "Cavan Dilate Kardiomiyopatiyası" – Genetik irsiyyətlə keçən və ölümcül olan xəstəlikdir. Bu, gənc itlərdə ürək xəstəliyi olaraq yaranan doğuş defektidir. "Legg-Calves-Perthes" xəstəliyi – İtlərdə xroniki və degenerativ xəstəlikdir, femur sümüyünə təsir edir və nəticədə hərkət etmə problemləri yaradır. "Xantinuriya" – İtlərdə metabolizmaya təsir edən irsi nadir "autosomal" xəstəlikdir. Bu, tip 1 (xantin dehidrogenaz) və tip 2 (molybdenum kofaktoru sulfuraz) kimi iki növ olaraq təsnif edilir. Tarix "Köhnə İngilis Qara və Qəhvəyi Teryeri" cinsindən inkişaf etmiş və daha böyük ölçülü Manchester teryeri cinsi ilə yaxın əlaqədardır. Sürətli və çevik olan bu itlərin mənşəyi Viktoriya dövründə İngiltərədə çox populyar olan siçovul döyüşü adlı idman növünə dayanır. Bu idman növü, teryerlərin bir dairəyə və ya çuxura salınaraq bir neçə siçovulla mübarizə etmələrini əhatə edirdi. Hansı itin ən qısa zamanda özünə verilən siçovul sayını öldürəcəyinə dair mərclər edilir və kiçik itlər çox qiymətli sayılırdı. Məqsəd, siçovulları öldürə biləcək ən kiçik iti yetişdirmək idi. 1848-ci ildə "Tiny the Wonder" adlı İngilis Teryeri, yalnız 2.5 kq çəkisində olduğu halda, bir saatdan az müddətdə 200 siçovulu öldürdüyü qeyd olunub. İlk dəfə Kennel Klubun qurulması ilə bu idman qadağan olundu və bu cins, mükəmməl görünüşü ilə konformasiyada (standartlara uyğunluq) yarışmalara qatılmağa başladı. İlk ümumi cinslər sərgisində, bu teryerlər çəkiyə görə bölünərək iştirak edirdi. Bu çəki bölünməsi 1903-cü ilə qədər iki növ, Qara və Qəhvəyi Teryer ilə davam etdi və həmin il Kennel Kluba "Miniatur Qara və Qəhvəyi Teryer" qeydə alındı. Hal-hazırda istifadə edilən "İngilis Oyuncaq Teryeri (Qara və Qəhvəyi)" adı 1960-cı ildə qəbul edildi. Həmçinin, Qara və Qəhvəyi Teryerlər Kanadaya və ABŞ-a ixrac edildi və burada, çox yaxın dövrlərə qədər, Avropa populyasiyasından ayrı bir populyasiya meydana gəldi. Şimali Amerikada isə, bu iki ölçü 1958-ci ilə qədər iki ayrı cins olaraq qəbul edildikdən sonra, "American Kennel Club" tərəfindən bir cinsə daxil edildi və iki növə (Standart və Oyuncaq) ayrıldı.


İstinadlar

Tarix : 7 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.