- Wikisun
"Henslow" sərçəsi (Centronyx henslowii) - "Passerellidae" fəsiləsinə aid olan ötücü quş növü. Ümumi məlumat Bu quş Con Ceyms Odubon tərəfindən, Con Stivens Henslowun şərəfinə adlandırılmışdır. Əvvəllər "Emberiza" cinsinə daxil edilərək "Henslow" vələmirquşu adlandırılırdı. Təsvir Yetkin fərdlərin üst hissələri zolaqlı qəhvəyi rəngdədir, sinəsi açıq qəhvəyi və zolaqlı, qarnı ağ, boğazı isə ağ rəngdədir. Başının üstündə açıq rəngli zolaq və hər iki tərəfində tünd zolaqlar var. Üzü və boynu zeytun rəngində, qanadları pas rəngində, quyruğu isə qısa və çəngəlşəkilli tünd rəngdədir. Ölçülər: -Uzunluq: 11-13 sm -Çəki: 11-14 qram -Qanad açıqlığı: 16-20 sm Yayılması və yaşayış mühiti Bu quşun yayılma sahəsi və sayı azalmaqdadır, ehtimal ki, bu, onun asılı olduğu çəmənliklərin itirilməsi ilə əlaqədardır. Lakin, "Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Departamenti" tərəfindən yaradılan "Conservation Reserve Program" bu quşun populyasiyasının sabitləşməsinə kömək etmişdir. Bunun nəticəsində 2018-ci ildə növ "Təhlükəyə məruz qalmış" statusundan "Nisbətən Təhlükəsiz" statusuna dəyişdirilmişdir. Texas populyasiyası yalnız Hyuston yaxınlığındakı 105 akr (0,42 km²) sahədə məlum idi və 1980-ci illərdə sənaye inkişafı səbəbilə bitki örtüyünün məhv edilməsindən sonra yox oldu. Bu populyasiya əvvəllər ayrı bir yarımnöv (P. h. houstonensis: Arnold, 1983) kimi qəbul edilsə də, indi əsas yarımnövün dəyişkənliyi daxilində hesab edilir. Eynilə, əvvəllər "P. h. occidentalis" kimi tanınan Cənubi Dakota populyasiyası da, əsas yarımnövlə eyniləşdirilmişdir. Hazırda ümumiyyətlə (lakin universal olaraq deyil) qəbul edilən yeganə yarımnövlər şərq "Henslow" sərçəsi və qərb "Henslow "sərçəsidir ki, onların yayılma sahələri əsasən Appalaç dağları ilə ayrılır. Qidalanma və davranış Bu quşlar əsasən yer üzərində və əsasən həşəratlar (çəyirtkələr və böcəklər daxil olmaqla), giləmeyvə və toxumlarla qidalanır. Onların mahnısı "se-lick" kimi səslənir. Çoxalma Onların çoxalma mühiti cənubi Kanadada, şimal-şərqi ABŞ-də və ABŞ-nin orta qərbində yerləşən, tez-tez nəm olan kolluqlu sahələrdir. 2020-ci ildə "Mərkəzi Kentukki Audubon Cəmiyyəti" müəyyən etdi ki, şərab zavodu yaxınlığındakı "Henslow" sərçələri populyasiyası uğurla çoxalmaq üçün cəmi 5 akr otlu sahəyə ehtiyac duyur (əvvəlki tədqiqatlar ən azı 20-75 akr sahənin zəruri olduğunu göstərirdi). Yuva otlu ərazidə yerdə və ya yerə yaxın yerləşən yaxşı gizlədilmiş açıq bir fincan şəklindədir; bu quşlar tez-tez kiçik koloniyalarda yuva qururlar. Onlar ABŞ-nin cənub-şərqindəki bataqlıqlara və açıq şam meşələrinə miqrasiya edirlər.
https://www.allaboutbirds.org/guide/Henslows_Sparrow/overview
https://ebird.org/species/henspa
https://en.wikipedia.org/wiki/Henslow%27s_sparrow
https://www.audubon.org/field-guide/bird/henslows-sparrow
https://abcbirds.org/bird/henslows-sparrow/
https://datazone.birdlife.org/species/factsheet/henslows-sparrow-passerculus-henslowii
https://www.ontario.ca/page/henslows-sparrow
https://explorer.natureserve.org/Taxon/ELEMENT_GLOBAL.2.100620/Centronyx_henslowii
Tarix : 2 mart 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.