- Wikisun
Hellmayr pipiti ("Anthus hellmayri") - "Motacillidae" fəsiləsinə aid olan bir quş növü. Ümumi məlumat Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay, Peru və Uruqvayda rast gəlinir. Təbii yaşayış mühiti mülayim çöllər, subtropik və ya tropik yüksək dağ çölləri və otlaqlardır. Taksonomiya Hellmayr pipiti 1909-cu ildə Ernst Hartert tərəfindən təsvir edilmiş və "Anthus" cinsinə aid edilmişdir. Quş avstriyalı ornitoloq Karl Eduard Hellmayrın şərəfinə adlandırılmışdır. Hal-hazırda üç yarımnöv tanınır: -"A. h. hellmayri" - (Hartert, 1909): Peru Andlarının cənubu, Boliviya və Argentinanın Tukuman yağış meşələri. -"A. h. dabbenei" - (Hellmayr, 1921): Qərbi Argentina Andları və Çilinin bitişik hissələri. -"A. h. brasilianus" - (Hellmayr, 1921): Braziliyanın Minas Gerais ştatından cənuba, Uruqvay və Buenos Ayres əyaləti, Argentina, Korrientes və Entre Rios əyalətləri ilə Paraqvayın cənubuna qədər. Təsvir Hellmayr pipiti orta ölçülü, qəhvəyi rəngli bir quşdur və çəkisi 18,6 qramdır. Çəhrayı ayaqları və açıq çəhrayı dimdiyi var. Beli qalın zolaqlı, sinəsi və yan tərəfləri isə zəif zolaqlıdır. Qısa dimdikli dağdaçapan ilə qarışdırıla bilər, lakin onun boğazı ağdır və zolaqlı deyil, həmçinin ağ alt dodaq zolağı yoxdur. Yumurtalar oval şəkilli, ağ rəngli və qəhvəyi xallıdır. Yayılması Hellmayr pipiti Cənubi Amerikanın cənub yarısında üç ayrı populyasiyada rast gəlinir. Peru Andlarının cənubundan Boliviya və şimal-qərbi Argentinaya qədər, həmçinin cənubi Argentina və Çili Andlarında tapılır. Şərq populyasiyası ("A. h. brasilianus") Braziliyanın Minas Gerais və Bahia ştatlarındakı Espinhaço silsiləsindən Uruqvay və şərqi Argentinaya, qərbdə isə Paraqvayın çako bölgəsinə qədər yayılıb. Dəniz səviyyəsindən 3700 metr yüksəkliyə qədər rast gəlinir. Davranış Əsasən yaşayış sahəsi boyunca il boyu mövcuddur, çütləşmə mövsümü sentyabrdan aprelə qədər davam edən yağış mövsümündədir. Erkək fərdlərin çütləşmə mövsümündə dişilər üçün hava nümayişləri etdiyi məlumdur. Çili və cənubi Argentinadakı populyasiya ("A. h. dabbenei") köçəri hesab edilir. Əsasən həşəratlarla qidalanır. Yuvalar fincan şəkilli olub, üstü quru saplaqlarla örtülmüş ot günbəzi ilə qurulur. Yuvalar ot yığınlarında, yer səviyyəsində qurulur. Maksimum yumurta sayı beşdir. Hər iki valideyn balaları bəsləməkdə iştirak edir.
https://ebird.org/species/helpip1
https://en.wikipedia.org/wiki/Hellmayr%27s_pipit
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=D46D53447DC43885
https://birdsoftheworld.org/bow/species/helpip1/cur/introduction?printable
https://xeno-canto.org/species/Anthus-hellmayri
https://datazone.birdlife.org/species/factsheet/hellmayrs-pipit-anthus-hellmayri
https://www.inaturalist.org/taxa/13742-Anthus-hellmayri
https://animalia.bio/hellmayrs-pipit#google_vignette
Tarix : 2 mart 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.