- Wikisun
Hantavey - Yeni Zelandiyanın yerli it cinsi. Bu böyük, güclü quruluşlu cins, əsasən qoyun sürülərinin idarə edilməsi üçün istifadə olunur. Təsvir Hantaveylər böyük, dərin sinəli itlərdir və ümumiyyətlə 25–45 kq arasında çəkiləri olur. Kürkləri müxtəlif rənglərdə ola bilər. Adətən qara və sarı olsalarda bəzi ağ və "brindle" rəngləri də mövcuddur. Kürkləri hamar, sərt və ya qızılı ola bilər. Adətən qulaq ucları aşağıya doğru əyilmiş olur. Hantaveylərin boyu 56–66 sm arasındadır. Bu itlər yüksək zəkaya, çevikliyə və dözümlülüyə malik olmalıdır, çünki dağlıq və sərt ərazilərdə çox böyük məsafələr qət etməklə qoyun sürülərini idarə edirlər. Hantaveylərin hürməsi dərin və təkrarlanandır, bu da onların uzun müddət ərzində davamlı olaraq hürmələrinə imkan verir. Tarix Hantavey cinsi, Yeni Zelandiyanın yüksək dağlıq bölgələrindəki kənd təsərrüfatı şəraitinə uyğun olaraq inkişaf etdirilmişdir. Yüksək dağlıq ərazilərdə yerləşən stansiyalarda itlər uzun müddət, çətin ərazilərdə və böyük məsafələrdə işləmək üçün istifadə edilirdi. Bu stansiyalar minlərlə hektar ərazini əhatə edir və hasarsız olurdu. Hantavey cinsinin hürməklə sürüləri idarə edə bilməsi fermerlər tərəfindən bəyənilən xüsusiyyət idi. İlk Hantaveylər haqqında məlumatlar 19-cu əsrin sonlarına təsadüf edir. 1870-ci ildə Yuxarı "Waitaki"də Hantaveylər üçün xüsusi bir sınaq elan edilmişdir. 1884-cü ildə "Otago Daily Times" qəzetində "huntaway qoyun itləri" ilə bağlı elanlar dərc olunmuşdur, 1885-ci ildə isə huntavey kolliləri artıq satılırdı. 20-ci əsrdə Hantavey cinsi, heading itlərindən müstəqil bir cins olaraq daha da inkişaf etmişdir. Tanınması 2013-cü ilin avqustunda Hantavey cinsi "Yeni Zelandiya Kennel Klubu" (NZKC) tərəfindən tanındı. Bu, Yeni Zelandiya mənşəli bir cinsin ilk tanınmasıdır. "Yeni Zelandiya Qoyunçuluq üçün İt Sınaqları Assosiasiyası" hesab edir ki, Hantavey heç vaxt sərgilərdə göstərilməməlidir, çünki rəng, növ və ölçü baxımından böyük fərqlər var və sərgidə onların əsas (və tək) işlərini, yəni sürüləri idarə etmək qabiliyyətini sübut etmək mümkün deyil. Həmçinin, Hantavey iti yalnız ev heyvanı olaraq saxlanılmamalıdır. Cinsin rəsmi standartlarında heç bir dəyişiklik, "Yeni Zelandiya Qoyunçuluq üçün İt Sınaqları Assosiasiyası" ilə məsləhətləşmədən edilə bilməz. Sağlamlıq Ən çox rast gəlinən sağlamlıq problemlərindən biri bud displaziyasıdır. Bu vəziyyətdə, diz oynağı düzgün formalaşmır. Əgər it tez-tez büdrəyir və yaxud gəzərkən ləngdirsə, bu, bud displaziyasının əlaməti ola bilər. Təəssüf ki, sümük xərçəngi də bu cinsin qarşılaşdığı başqa bir sağlamlıq problemidir. Görünən şiş, ləngimə və ya ağrı, sümük xərçənginin əlamətləri ola bilər. Müalicə, sümük xərçənginin şiddətinə və növünə əsasən dəyişir. Uzun qulaqları olan itlərdə qulaq infeksiyaları da ümumi problemdir. Torpaq və ya çirkli maddələr bu itlərin qulaqlarında yığıla bilər, bu da bakteriya inkişafına və infeksiyaya səbəb ola bilər. Qulaqların müntəzəm təmizlənməsi infeksiyanın qarşısını almaq üçün vacibdir. Əgər bu it ciddi qulaq problemi yaşayarsa, infeksiyalar baytar həkimi tərəfindən müalicə ediməlidir Qidalanma Doğru qidalanma Hantaveyə aktiv gün keçirmək üçün lazım olan enerjini təmin edir. Hantavey balalarının pəhrizi böyük itlərdən fərqlidir. Balaların görmə qabiliyyəti və beyin inkişafını dəstəkləmək üçün pəhrizlərində DHA olmalıdır. Zülal, əzələlərin və sümüklərin inkişafını dəstəkləyir. Sümük xərçənginə meylli bir cinsdə sağlam sümük inkişafına xüsusi diqqət yetirmək vacibdir. Karbohidratlar, bu balalara qaçmaq, tullanmaq və araşdırma fəaliyyətlərini dəstəkləyəcək enerji verir. Bu balaları hər gün dörd kiçik yeməklə qidalandırmaq, onların enerjisini oyanıq olduqları saatlar ərzində saxlamağa kömək edir. Böyüklərin pəhrizində zülal, aktiv itin güclü əzələlərini və qığırdaq toxumasını dəstəkləyir. Kalsium, bu itin sümüklərinə daha da güc əlavə edir. Bu itin sümük sağlamlığını qorumaq, bud displaziyasını qarşısını ala bilər. Pəhrizindəki yağ, bu itə qaçma kimi uzunmüddətli fəaliyyətlər üçün enerji verir. A vitamini, bu itin sağlam görmə qabiliyyətini qoruyur. Böyük itlər gün ərzində iki dəfə qidalanmalıdır. Bu rejim yeməyin yuxudan əvvəl həzm olunmasını təmin edir. Ən çox qoyulan 9 ad 1. Rocky 2. Dynamo 3. Ranger 4. Bree 5. Marika 6. Fern 7. Gypsy 8. Echo 9. Lady
https://en.wikipedia.org/wiki/Huntaway
https://a-z-animals.com/animals/huntaway/
https://wagwalking.com/breed/huntaway
https://www.dogbreedinfo.com/newzealandhuntaway.htm
https://www.petpaw.com.au/breeds/huntaway/
https://www.zooplus.co.uk/magazine/dog/dog-breeds/new-zealand-huntaway
https://www.bestmatedogtraining.co.nz/huntaway-dog-training
https://www.petguide.com/breeds/dog/huntaway/
https://dogell.com/dog-breed/huntaway
https://animalia.bio/pets/huntaway
https://www.milouchouchou.com/en/little-known-dog-breeds/rare-breeds/new-zealand-huntaway
https://www.puppies.co.uk/breeds/huntaway
Tarix : 9 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.