- Wikisun
Gecikmiş yuxu faza pozuntusu - İnsanın yuxu qrafikinin normal vaxtdan daha sonra başlaması və oyanma vaxtının da təxirə düşməsi ilə xarakterizə olunan yuxu pozuntusu. Bu pozuntu adətən "gecə quşu" adlandırılan insanlarda müşahidə olunur. Bu problemdən əziyyət çəkən şəxslər üçün gecə tez yatmaq və səhər tezdən oyanmaq çox çətindir, lakin onların öz təbii yuxu qrafiklərinə uyğun yatdıqda yuxu normal olur. Tarix İlk dəfə 1981-ci ildə Elliot Weitzman və "Montefiore Tibb Mərkəzi"ndəki həmkarları tərəfindən rəsmi şəkildə təsvir edilmişdir. Bu pozuntu xroniki insomniya şikayətlərinin 7-13%-nin səbəbkarıdır. Lakin, bir çox həkim bu vəziyyətlə tanış olmadığı üçün Gecikmiş Yuxu Faza Pozuntusu tez-tez müalicə edilmir və ya səhv müalicə olunur. Gecikmiş Yuxu Faza Pozuntusuna çox vaxt ilkin insomniya və ya psixiatrik vəziyyət kimi səhv diaqnoz qoyulur. Xüsusiyyətləri Yuxuya getmə vaxtı adətən gecə saat 2-dən sonra, oyanma vaxtı səhər saat 10-dan sonradır. Yuxu qrafiki insanların normal qrafikinə uyğun olmadıqda yuxunun keyfiyyəti pozulur, lakin öz təbii yuxu qrafikinə uyğun yaşadıqda yuxu keyfiyyəti normal olur. Səbəblər Gecikmiş Yuxu Faza Pozuntusunun dəqiq səbəbləri məlum deyil, lakin bioloji saatın (sirkadian ritm) normaldan daha uzun olması, genetik amillər, gecə işləmək, elektron cihazlardan istifadə və qeyri-müntəzəm yuxu qrafiki kimi amillər rol oynaya bilər. Simptomlar Gecə yatmaqda çətinlik, səhər tezdən oyanmaqda çətinlik, gündüz yorğunluq və enerji çatışmazlığı, diqqət və yaddaş problemləri, məktəb və ya işdə performansın aşağı düşməsi. Müalicə Fototerapiya (səhər parlaq işığa məruz qalmaq), melatonin bərpası (yuxu hormonu), yuxu gigiyenası (yuxu mühitini yaxşılaşdırmaq, elektron cihazlardan uzaq durmaq), kognitiv davranış terapiyası (KDT) kimi yanaşmalar tətbiq oluna bilər. Gecikmiş yuxu faza pozuntusunun ən ağır və dəyişməz formasında əlillik yarana bilər. Müalicəsində əsas çətinlik, daha erkən yuxu qrafikinin qurulduqdan sonra qorunmasıdır, çünki xəstənin bədəni yuxu qrafikini öz təbii gec vaxtlarına qaytarmağa güclü meyillidir. Gecikmiş yuxu faza pozuntusu olan insanları 9-dan 5-ə qədər olan ənənəvi iş qrafikinə məcbur etmək əvəzinə, gec yuxu vaxtına imkan verən peşələr seçərək həyat keyfiyyətlərini yaxşılaşdıra bilərlər. Genetik əlaqə DSPD, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (ADHD) ilə genetik əlaqəyə malikdir. Tədqiqatlar göstərir ki, ADHD və sirkadian ritmi (bioloji saat) ilə əlaqəli genlərdə polimorfizm mövcuddur. Bundan əlavə, ADHD olan şəxslər arasında Gecikmiş yuxu faza pozuntususunun yüksək nisbəti müşahidə olunur. Artıq çəki ilə əlaqə 2019-cu ildə Boston şəhərində aparılan bir araşdırma göstərdi ki, Gecikmiş yuxu faza pozuntusu "gecə quşları" olan yeniyetmə qızlarda, bədən çəkisi( piylənmə) ilə əlaqəlidir. Bu əlaqə yuxu müddətindən asılı deyil. Maraqlıdır ki, oğlanlarda bu müşahidə edilməmişdir. Bunun səbəbi, piylənmədən əziyyət çəkən oğlanların, qızlardan fərqli olaraq sosiallıqdan uzaqlaşmamasıdır. Epidemiologiya 1993-cü ildə Norveçdə 7,700 təsadüfi seçilmiş yetkin (18-67 yaş) arasında telefon sorğusu ilə aparılan araşdırmada Gecikmiş Yuxu Faza Pozuntusunun yayılmasını 0,17% təxmin edilmişdir. 1999-cu ildə Yaponiyada 1,525 nəfər (15-59 yaş) arasında aparılan oxşar bir araşdırmada bu rəqəm 0,13% olaraq qiymətləndirilmişdir. 1995-ci ildə San Dieqoda aparılan bir araşdırmada isə yayılma 0,7% olaraq tapılmışdır. 2014-cü ildə Yeni Zelandiyada 9,100 yetkin (20-59 yaş) arasında aparılan və Münhen Xronotip Sorğusunun modifikasiya edilmiş versiyasından istifadə edilən araşdırmada yayılma 1,5% ilə 8,9% arasında dəyişmişdir. 2002-ci ildə San Dieqoda yaşlı fərdlər (40-65 yaş) arasında aparılan bir araşdırmada, nümunənin 3,1%-nin gecə yatmaqda və səhər oyanmaqda çətinlik şikayətləri olduğu, lakin rəsmi diaqnostik meyarların tətbiq edilmədiyi müəyyən edilmişdir. Aktimetriya ölçmələri göstərdi ki, bu nümunədə yalnız kiçik bir hissə yuxu vaxtının gecikməsinə malikdir.
https://www.mayoclinic.org/diseases-conditions/delayed-sleep-phase/symptoms-causes/syc-20353340
https://my.clevelandclinic.org/health/diseases/14295-delayed-sleep-phase-syndrome-dsps
https://stanfordhealthcare.org/medical-conditions/sleep/delayed-sleep-phase-syndrome.html
https://www.sleepfoundation.org/delayed-sleep-wake-phase-syndrome
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC4142652/
https://jtd.amegroups.org/article/view/18434/html
https://www.childrenshospital.org/conditions/delayed-sleep-wake-phase-disorder
https://www.additudemag.com/delayed-sleep-phase-syndrome-signs-treatments-adhd/
https://www.sciencedirect.com/science/article/abs/pii/S1087079217302253
https://sleepeducation.org/sleep-disorders/delayed-sleep-wake-phase/
https://link.springer.com/chapter/10.1007/978-81-322-3688-7_15?fromPaywallRec=false
https://healthify.nz/health-a-z/d/delayed-sleep-phase-disorder/
https://www.sleephealthfoundation.org.au/sleep-disorders/delayed-sleep-wake-phase-disorder-dswpd
https://thesleepcharity.org.uk/information-support/adults/sleep-disorders/delayed-sleep-phase/
https://www.medicoverhospitals.in/tr/diseases/delayed-sleep-phase-syndrome/
https://w3.bilkent.edu.tr/www/gece-kusu-uyku-duzenine-neden-olan-genetik-mutasyon-bulundu/
Tarix : 15 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.