- Wikisun
Evcil dovşan - Avropa dovşanının evcilləşdirilmiş formasını təmsil edən və dovşankimilər sinfinə aid bir növ. Erkək dovşana "buck", dişi dovşana "doe", gənc dovşana isə "kit" deyilir. Dünyanın müxtəlif yerlərindən gələn yüzlərlə dovşan cinsi mövcuddur. Tarixi Dovşanlar ilk dəfə Roma İmperiyası dövründə evcilləşdirilmiş, onların əti və tükü istifadə olunmuşdur. Ev dovşanlarının daxili məkanlarda saxlanması mümkündür, amma ev heyvanı olaraq istifadəsi 1980-ci illərin əvvəllərinə qədər çox yayılmamışdır. Dovşanlar "Litter Box"un (Ev heyvanlarının təbii ehtiyacını ödəməsi üçün içində qum olan qutu) istifadəsini öyrənə bilir və səsə gəlib-getməyi də bacarırlar, lakin onlar hərəkətə ehtiyac duyurlar və əgər ev müvafiq şəkildə hazırlanmayıbsa, evə zərər verə bilərlər. Çünki onların təbii olaraq çeynəmək ehtiyacı var. Avropada istənilməyən ev dovşanlarının Pasxadan sonra heyvan sığınacaqlarına təhvil verilməsi adəti var. 2017-ci ildə ABŞ-da evlərdən ən çox atılan üçüncü heyvan növü dovşanlar idi. Bəzilərinin isə sığınacaqlardan götürülüb ev heyvanına çevrildiyi hallar da az deyil. Avstraliyada vəhşi dovşanların invaziv növlərə çevrilməsi səbəbindən, "Gueensland" əyalətində ev dovşanlarının saxlanması qadağandır. Ev dovşanları, insan nəzarəti altında onilliklər ərzində əhilləşdirildiyi üçün, təbii sağ qalma instinktinə sahib deyillər və əgər onlar tərk edilsə və ya evdən qaçsalar, təbiətdə yaşaya bilməzlər. İstifadə sahələri Ev dovşanları adətən, ət və yun əldə etmək məqsədilə yetişdirilir. Həmçinin, ev heyvanı olaraq saxlanılır və laboratoriya heyvanları kimi istifadə edilir. Müxtəlif sənayelərdə istifadə olunan xüsusi cinslər vardır. Məsələn, "Rex" dovşanları adətən tükləri üçün, Kaliforniya dovşanları ət üçün, Yeni Zelandiya dovşanları isə laboratoriya testlərində istifadə edilir. Terminologiya və etimologiya Əvvəllər yetkin dovşanı "coney" termini ilə adlandırıdılar. Gənc dovşan üçün "kit" terminindən başqa "bunny" terminindən istifadə olunur. Daha sonralar "kit" və ya "kitten" termini gənc dovşanları təsvir etmək üçün istifadə edilməyə başlanmışdır. Gənc yabanı dovşana "leveret" deyilir. Bu termin bəzən qeyri-rəsmi olaraq gənc dovşanlara da tətbiq olunur. Dovşanlar "koloniya" və ya "nəsil" adlanan qruplar halında yaşayırlar. Qidalanma Ev dovşanının qidalanması, onların məqsədinə görə dəyişir. Sərgi dovşanları sağlamlıq, əzələ sistemi və tüklərin vəziyyəti üçün, ət ticarətində istifadə edilən dovşanlar isə tez və səmərəli ət istehsalı üçün bəslənirlər. Dovşanların yemək seçimində ən vacib komponentlərdən biri heyva və digər yulafdan hazırlanmış yemlərdir. Nəsil artımı və sağlamlıq Ev dovşanları çox sayda bala doğur və bu, onların ildə bir neçə dəfə cütləşməsindən qaynaqlanır. 2017-ci ildə, dünyada 70 ölkədə ən az 305 ev dovşanı cinsi mövcud idi. "Amerika Dovşan Yetiştiriciləri Assosiasiyası" (ARBA) hazırda 52 dovşan cinsini tanıyır. "Britaniya Dovşan Şurası" (BRC) 106 cinsi qəbul edir.
https://en.wikipedia.org/wiki/Domestic_rabbit
https://www.inaturalist.org/taxa/334341-Oryctolagus-cuniculus-domesticus
https://www.sciencedirect.com/topics/immunology-and-microbiology/domestic-rabbit
https://www.thesprucepets.com/domesticated-rabbits-in-the-wild-1835750
https://www.oaklandzoo.org/animals/domestic-rabbit
https://www.ox.ac.uk/news/2018-02-14-history-domestication-rabbit%E2%80%99s-tale
https://rabbitresource.org/rabbit-help/domestic-rabbit-or-wild-rabbit/
https://wildlifepark.novascotia.ca/animals/rabbit.asp
https://rabbit.org/rescue/stray-rabbits/
https://www.four-paws.org/our-stories/publications-guides/how-the-rabbit-was-domesticated
https://lindsaywildlife.org/animal-ambassador/domestic-rabbit/
https://animalsofpnw.com/2021/12/08/what-happens-to-domestic-rabbits-that-are-released-into-the-wild/
https://www.petlebi.com/blog/evde-beslenebilecek-tavsan-turleri
https://animals.fandom.com/wiki/Domestic_Rabbit
Tarix : 27 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.