- Wikisun
Ərəb Mau pişiyi - Qısa xəzli yerli pişik növü olaraq Ərəb yarımadasında yayılmış və erkən Afrika vəhşi pişiyindən törəmiş formal bir növ. Xüsusiyyətlər Ərəb Mau orta ölçülü, iri və möhkəm bədən quruluşuna malikdir. Ayaqları nisbətən uzun və oval formalıdır. Başı yumru görünsə də, enindən bir qədər uzundur. Burnu yan profildən baxıldıqda bir qədər əyridir. Bığ yastıqları yaxşı ifadə olunmuşdur. Gözləri bir qədər oval, iri və yüngül meyillidir. Gözlərin rəngi istənilən normal pişik göz rəngi ola bilər. Xəz rəngi ilə göz rəngi arasında əlaqə yoxdur. Adətən, Ərəb Maular parlaq yaşıl gözlərə malikdir. Qulaqları iri, bir qədər irəli və yanlara doğru yönəlmişdir. 3-7 kq arasında çəkiyə sahibdirlər. Ərəb Maular texniki olaraq hipoallergenik olmasa da, az tük tökülməsi və dəri qabıqlarının az olması səbəbindən yüngül allergiyası olan insanlarda daha az reaksiyaya səbəb ola bilər. Tarix Bu növ 1000 ildən çoxdur ki, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə yerli bir növ kimi mövcuddur. Səhra pişikləri Ərəbistanın isti iqliminə yaxşı uyğunlaşmışdır. Qulluq Ərəb Mauların qısa xəzi və alt xəz təbəqəsi olmadığı üçün az tük tökürlər. Onlar özlərini təmiz saxlamaqda çox bacarıqlıdırlar. Bu, sahibləri üçün qulluğu asanlaşdırır. Hər zaman lazım olmasa da, qayçılama ölü tükləri təmizləyir və xəzin parlaq görünüşünü artırır. Sağlamlıq Ümumilikdə sağlam bir növ hesab olunur. Digər növlərə nisbətən genetik xəstəliklər və problemlərlə daha az üzləşirlər. Hər hansı digər pişik kimi, onların ümumi sağlamlığına diqqət yetirmək vacibdir. Ərəb Mau yüksək keyfiyyətli qidaya ehtiyac duyur. Bu onun çəkisinin normasında olmasına kömək olur. Ev heyvanlarının piylənməsi ümumilikdə artan bir problemdir. Bundan əlavə, onların dişlərinə diqqət yetirmək və müntəzəm olaraq ağzını açaraq bütün dişlərin sağlam olub-olmadığını, diş ətlərinin infeksiyalanıb-infeksiyalanmadığını və ya digər diş problemlərinin olub-olmamasını yoxlanmalıdır. Bu pişiklərin orta ömür müddəti 10-18 ildir.
https://www.viovet.co.uk/breed_information/1-9/Arabian-Mau
https://scrumbles.co.uk/blogs/news/arabian-mau-cat
https://animalia.bio/pets/arabian-mau
https://www.omlet.co.uk/breeds/cats/arabian_mau/
https://www.petbook-magazine.com/cats/cat-breeds/why-the-arabian-mau-has-hardly-changed-for-almost-a-thousand-years
https://www.differencebetween.com/what-is-the-difference-between-arabian-mau-and-egyptian-mau/
https://en.top-cat.org/breeds-articles/253
https://www.thegreatcat.org/cat-breeds-and-species/arabian-mau/
https://icatcare.org/advice/arabian-mau/
https://cattime.com/cat-breeds/arabian-mau
https://www.holistapet.com/blogs/cat-breeds/arabian-mau?srsltid=AfmBOorgM3XyvR3WqAHU8etEisVdx-6JkMJ10tp_BSNgul2llohisV0t
https://pangovet.com/pet-breeds/cats/arabian-mau/
https://en.wikipedia.org/wiki/Arabian_Mau
http://wcf.info/WCF-EN/standard/shorthair/arabian-mau.html
Tarix : 21 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.