- Wikisun
Entlebuçer dağ iti - Orta ölçülü, qoyun otaran it cinsi. "Sennenhund" cins tipini təşkil edən dörd regional cinsdən ən kiçiyidir. "Sennenhund" adı, İsveçrə Alplarında qoyun otaran çobanlara "Senn" deyə müraciət edilməsi faktından yaranmışdır. "Entlebuch" isə İsveçrənin "Lucerne" kantonunda yerləşən bir bölgədir. Bu cins, ingilis dilində "Entelbucher" Mountain Dog", "Entelbucher Cattle Dog" və digər bənzər adlarla da tanınır. Tarix Digər üç İsveçrə dağ itlərindən ən kiçiyidir. Digərləri "Appenzeller dağ iti", "Bernese dağ iti" və "Greater Swiss Mountain Dog" cinsləridir. 1800-cü illərdə bu itlər müxtəlif xüsusiyyətlərə malik idi və hələ müstəqil cinslər kimi qəbul edilmirdi. 1908-ci ildə İsveçrə Kennel Klubu bu itləri təsnif etməyə başladı. 1913-cü ildə, nadir hallarda rastlanan "Sennenhund" cinslərini müdafiə edən Albert Heimə dörd "bobtail (qısa quyruqlu) Entlebuçer dağ iti" göstərildi. Bu cins, İsveçrə Kennel Klubu "Stud" Kitabına daxil edilsə də, I Dünya Müharibəsi səbəbindən cinsin nümunələri tapılmadı. İlk cins klubu 1926-cı ildə yaradıldı, 1927-ci ildə 16 it tapıldı və cins yavaş-yavaş bərpa olundu. Əvvəllər qoruma və otarma məqsədilə saxlanılsa da, bu gün cins daha çox cana yaxın bir yoldaş kimi yetişdirilir. Entlebuçer cinsi, dünyanın bir çox yerindən olan sürü qoruya bilən itlərin bir çox xüsusiyyətinə sahibdir. Xüsusiyyətləri Təkcə dişi itdə kvadrat forma, erkək itdə isə daha uzun və az kvadrat şəklində olan, möhkəm və orta ölçülü bir itdir. Onun kiçik, üçbucaq formasında qulaqları və nisbətən kiçik qəhvəyi gözləri vardır. Baş, bədəni ilə yaxşı nisbətdədir. Güclü və düz kəllə sümüklərinə sahibdir. Uzun çənə yaxşı formalaşmış və güclüdür. Ayaqları kompakt olub, əzələli bədəni dəstəkləyir. Yumuşaq və parlaq, simmetrik olaraq qaradərili, narıncı və ağ rəngdə olan kürkə sahibdir. Üçrəngli kürk, barmaqların ucunda, quyruğun ucu, sinə və üzün üzərində ağ rəngdə, narıncı isə həmişə qara ilə ağ arasında yerləşir. Eyni zamanda geniş, əzələli və möhkəm arxası var. Təbii ki, təbii "bobtail" quyruğu ola bilər və ya bəzən quyruğu kəsilir. Lakin, bir çox ölkədə bu tətbiq artıq qanunla qadağan edilib. Boyu 48-50 sm, çəkisi 20-30 kq olur. Temperament Bütün böyük və aktiv işçi itlərində olduğu kimi, bu cinsin erkən dövrlərdə digər itlərlə və insanlarla yaxşı sosiallaşdırılması, müntəzəm fəaliyyət və təlim alması vacibdir. Cinsin fərdi itlərinin temperamenti fərqli ola bilər. Tanıdığı insanlara və sahiblərinə sadiq olsa da, yadlara qarşı aqresiv ola bilər. Tanınması Beynəlxalq olaraq "Fédération Cynologique Internationale" (FCI) tərəfindən tanınır və cinsin İsveçrə mənşəli standartlarına uyğun olaraq təsdiq edilmişdir. FCI ilə əlaqəsi olmayan digər milli Kennel Klubları da bu cinsi tanıyır və bəzən öz standartlarını yazır. Cins, kiçik klublar və internetə əsaslanan qeydiyyat sistemləri tərəfindən də tanınır və nadir bir cins olaraq təqdim edilir.
https://en.wikipedia.org/wiki/Entlebucher_Mountain_Dog
https://a-z-animals.com/animals/entlebucher-mountain-dog/
https://www.akc.org/dog-breeds/entlebucher-mountain-dog/
https://www.thekennelclub.org.uk/search/breeds-a-to-z/breeds/working/entlebucher-mountain-dog-imp/
https://www.webmd.com/pets/dogs/what-to-know-entlebucher-mountain-dog
https://www.wisdompanel.com/en-us/dog-breeds/entlebucher-mountain-dog
https://dogtime.com/dog-breeds/entlebucher-mountain-dog
https://www.thesprucepets.com/entlebucher-mountain-dog-breed-profile-4771714
https://www.dogster.com/dog-breeds/entlebucher-mountain-dog
https://dogacademy.org/breeds/entlebucher-mountain-dog
https://www.petmd.com/dog/breeds/entlebucher-mountain-dog
https://www.purina.co.uk/find-a-pet/dog-breeds/entlebucher-mountain-dog
Tarix : 7 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.