- Wikisun
Elastik xortum sindromu - Afrika savanna fillərində xortum iflicinə səbəb olan bir vəziyyət. Tarix İlk dəfə 1989-cu ildə Zimbabvenin Matusadona Milli Parkında, Fothergill adasında və Kariba gölü yaxınlığında müşahidə edilmişdir. Bir il sonra eyni yerdə daha beş hal qeydə alınmış, 1992-ci ilin iyul və avqust aylarında isə bir neçə hal daha müşahidə edilmişdir. 1989-cu ilin may ayında iflic olan bir neçə filin cərrahi biopsiyası aparılmış, 1991-ci ilin noyabrında və 1992-ci ilin aprelində isə xəstə fillərin nekropsiyası həyata keçirilmişdir. Simptomlar Elastik xortum sindromu olan fillər adətən əvvəlcə xortumlarının tutma qabiliyyətini itirirlər. İflicin ucdan başlayaraq bir neçə ay ərzində yuxarıya doğru irəlilədiyi müşahidə edilmişdir. Xortumları getdikcə iflic olan fillər yemək çətinliyi çəkir və yemək üçün ön ayaqlarını istifadə etməyi və ya xortumlarını budaqların üzərinə atmağı öyrənirlər. Gəzərkən xortumlarına basmamaq üçün xəstə fillər xortumlarını dişlərinin üzərinə atırlar. İflicin son mərhələlərində xəstə fillər su içmək üçün qismən suya batmağa məcbur olurlar. Bununla belə, bu uyğunlaşmalara baxmayaraq, xəstə fillərin arıq olduğu, əzələ atrofiyası və visseral yağ çatışmazlığı yaşadığı müşahidə edilmişdir. Müalicə olunmadıqda, bu vəziyyət aclıqla nəticələnə bilər. Yayılması Zimbabvenin şimal-qərbində, Kruger Milli Parkının Satara bölgəsində və Kariba gölündəki Fothergill adasında müşahidə edilmişdir. Sindrom yalnız sərbəst yaşayan Afrika fillərində (Loxodonta africana) və əsasən yaşlı erkək fillərdə müşahidə edilmişdir. Bu iflicdən təsirlənən 30-dan çox fil qeydə alınmışdır. Kruger Milli Parkında ən azı səkkiz və Fothergill adası yaxınlığında on iki hal müşahidə edilimişdir. Zimbabvenin cənub-şərqində yerləşən Gonarezhou Milli Parkında isə 2013-cü ildən bəri bir neçə Elastik Xortum Sindromu halı qeydə alınmışdır. Səbəblər İflic, xortumun ucundan başlayan periferik sinirlərin degenerasiyası nəticəsində yaranır. Nigeriyaya məxsus olan Heliotropium ovalifolium zəhərli bitki kimi tanınır və insanlarda ishal və qanaxmaya səbəb olduğu bildirilmişdir. Nəzəri olaraq, fillərin hava şəraitinin dəyişməsi və yaşayış mühitlərinin təbii ekologiyasının dəyişməsi səbəbindən zəhərli bitkilər yeməyə məcbur olduğu irəli sürülür. Fothergill adasına bitişik otlaqlara fillərin quru şəraitində çıxması zamanı bir neçə hal müşahidə edilmişdir. Qurğuşun zəhərlənməsi də mümkün səbəb kimi irəli sürülmüşdür. Xəstə fillərdə müşahidə edilən sinir degenerasiyası, insanlarda və atlarda qurğuşun zəhərlənməsinin təsirlərinə bənzəyir. Bundan əlavə, qurğuşun zəhərlənməsinin azaldılması üçün potensial amillər araşdırılmışdır. Bütün abu araşdırmalara baxmayaq dəqiq səbəb hələ də məlum deyil. Müalicə Məlum bir müalicə yoxdur, çünki səbəb hələ də məlum deyil. İflicin geri dönüşümlü olub-olmaması ilə bağlı ziddiyyətli məlumatlar var. Bəzi mənbələr filin vəziyyəti qazandığı ərazidən uzaqlaşdırılmasının onun sağalmasına şərait yarada biləcəyini iddia edir, digərləri isə xortumdakı zədələnmənin geri dönüşsüz olduğunu bildirir. Bəzi ekstrem hallarda, vəhşi təbiət menecerləri xəstə filləri yuxuya vermək (Eftanaziya) məcburiyyətində qalıblar.
https://www.newscientist.com/article/mg13618470-700-lead-in-lake-blamed-for-floppy-trunks/
https://kubu22.tripod.com/floppytrunk/
https://www.iol.co.za/technology/plant-may-cause-floppy-trunk-disease-28755
https://pubmed.ncbi.nlm.nih.gov/7933290/
https://www.upi.com/Archives/2000/02/20/Plants-give-elephants-floppy-trunk/6757951022800/
https://www.fao.org/4/ae943e/ae943e0b.htm
https://strangesyndromes.blogspot.com/2017/02/floppy-trunk-syndrome.html
https://tr.wikipedia.org/wiki/Gev%C5%9Fek_hortum_sendromu
Tarix : 16 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.