- Wikisun
Burqos pointeri - İspaniyanın yerli it növü. Kastiliya bölgəsindən, xüsusilə Burqos əyalətindən yayılmış bu möhkəm cins, ov üçün istifadə edilir və bəzi əlamətdar xüsusiyyətlərə malikdir. Tarix Bu cinsin tarixi XVI əsrə qədər uzanır və Kastiliya yaylasından yayılmışdır. Bu cinsin digər oxşar qrup itlərinin yaradılmasında iştirak etdiyi ehtimal edilir.Burqos Pointerinin, "Sabueso Español" və "Pachón Navarro" (Perros de Punta Ibericos kimi də tanınır) cinslərinin qarışığından yaranmış olduğu güman edilir. 1 yanvar 1996 ildə "United Kennel Club" tərəfindən tanınmıştır. Təsvir Kvadratik quruluşu möhkəmliyini hiss etdirir. Uzun qulaqları və iki qatlı çənə forması diqqət çəkən xüsusiyyətlərdəndir. Quyruğun, orijinal uzunluğunun üçdə bir qədəri kəsilir. Əsas rəngi ləkəli qəhvəyi rənglərlə qarışıqdır. Digəri isə əsas rəngi qəhvəyi, ağ ləkələrlə bəzədilmişdir. Tükləri qısa, sıx və hamardır. Hündürlüyü erkəklərdə 62-67 sm, dişilərdə isə 59-64 sm-dir. Çəkisi 25-30 kq arasında olur. Qulluq Təbii mühitdə saxlanıldıqda, ətraf mühitə mükəmməl uyğunlaşdığı üçün xüsusi qulluğa nadir hallarda ehtiyac duyulur. Digər ov itləri kimi, onlar da gündəlik fəaliyyət və geniş açıq məkanlarda qaçmaq üçün böyük imkanlar tələb edir. Xasiyyət Bu cins, sakit və həssas bir itdir, nadir hallarda təlaşlanır. Şəhər mühitinə yaxşı uyğunlaşmır. Balanslı xasiyyəti səbəbindən uşaqlarla çox yaxşı keçinir. Reaksiyaları proqnozlaşdırıla bilər və onların xasiyyəti tez-tez "zərif" kimi təsvir edilir. Bu cins, ov məsələlərində asanlıqla öyrədilə bilən intellektual itlərdir. İstifadə Kənd mühitində istifadə edilən ov itidir. Həm dovşan (toyuq, dovşan və s.), həm də quş ovunda istifadə edilir. Hər cür ərazidə (hətta çətin olanlarda belə) ov üçün ideal seçimdir, çünki əla fiziki dözümlülük və sürətə malikdir.
https://en.wikipedia.org/wiki/Burgos_Pointer
https://www.hundeo.com/en/dog-breeds/burgos-pointer/
https://www.ukcdogs.com/perdiguero-de-burgos
https://pointingdogblog.blogspot.com/2011/08/breed-of-week-burgos-pointer_30.html
https://worlddogfinder.com/breeds/burgos-pointer
https://www.dogbreedinfo.com/perdiguerodeburgos.htm
Tarix : 14 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.