• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
burmilla-pisiyi

Burmilla pişiyi

Burmilla pişiyi - 1981-ci ildə Birləşmiş Krallıqda yaranmış ev pişiyi növü. Tarix Burmilla pişiyi, Miranda von Kirchbergin pişik təsərrüfatında təsadüfən dünyaya gəlib. "Chinchilla Pers" pişiyi olan "Jamari Sanquist" və bənövşəyi Birma pişiyi olan "Bambino Lilac Fabergé" fərqli otaqlarda cütləşmə gözləyirdilər. Bir gecə təmizləyici qadın qapını açıq qoydu və bu iki pişik cütləşdi. 1981-ci ildə dörd bala pişik doğuldu və beləliklə yeni bir növ yarandı. Tanınma "GCCF" (Governing Council of the Cat Fancy) tərəfindən Burmilla, Asiya qrupuna daxil edilir. "FIFe" tərəfindən də Burmilla kimi tanınır. Yalnız gümüşü kölgəli və uclu növləri "GCCF", "FIFe", "CCCA", "ACF" və "CFA" tərəfindən tanınır. 2011-ci ilin sonlarından etibarən "FIFe" tərəfindən qızılı kölgəli və uclu Burmillalar da tanınır. "ACF" də qızılı kölgəli və uclu növləri tanıyır. Avstraliyada bir qeydiyyat təşkilatı (Australian National Cats Inc., ANCATS) "Avstraliya Tiffanie" adını istifadə edir, lakin bu ad beynəlxalq səviyyədə qəbul edilməyib və standartlaşdırılmayıb. Bu növ, "Avropa Tiffanie" və "Şimali Amerika Chantilly-Tiffany" ilə fərqlidir. Birləşmiş Krallıqda "Tiffanie", "Chinchilla Pers" və Birma pişiklərinin kəsişməsindən yaranıb və Asiya qrupunda yarı uzun xəzli növ kimi tanınır. Lakin "Avstraliya Tiffanieləri" əsasən uzun xəzli Burmillalardır, çünki onlar yalnız gümüşü və qızılı uclu və ya kölgəli rənglərdə olurlar. Bu növ 1990-cı illərin sonlarında Avstraliyada "Avropa Tiffanie" pişiklərini "Chinchilla Pers" pişikləri ilə cütləşdirməklə inkişaf etdirilmişdir. Nəticə etibarilə, bir çox "Avstraliya Tiffanie"ləri "Chinchilla Pers" pişiklərinin xüsusiyyətlərini daşıyır. "Avstraliya Tiffanie" və "Birləşmiş Krallıq Tiffanie" hər ikisi "Chinchilla Pers" və Birma pişiklərinin cütləşməsindən yaransa da, Avstraliya versiyası daha çox "Chinchilla Pers" xüsusiyyətləri daşıyır. Buna görə də Avstraliya Tiffanielərində yalnız gümüşü və qızılı uclu və kölgəli rənglərə icazə verilir. Bu adın istifadəsi azalmaqdadır, çünki növ üçün standartlar qeyri-müəyyəndir və genetik müxtəliflik çoxdur. Görünüş Burmilla pişikləri orta ölçülü, əzələli və zərif bədən quruluşuna malikdir və çəkisi 3–6 kq arasında dəyişir. Onların ən fərqləndirici xüsusiyyəti parlaq gümüşü xəzi və burun, dodaq və göz ətrafındakı "makiyaj" xətləridir. -Baş: Başın üst hissəsi yumru, qulaqlar arası məsafə orta, qaş səviyyəsində və çənə oynağında geniş, qısa və küt bir paz şəklindədir. Profildən baxıldıqda burun bir qədər əyri görünür. Burun ucu və çənə eyni xəttdə olmalıdır. Çənə möhkəm və dərin olmalıdır. -Qulaqlar və gözlər: Qulaqlar orta və ya iri ölçüdə, əsası geniş və ucları bir qədər yumru olmalıdır. Qulaqlar bir qədər irəli əyilmişdir. Gözlər iri, aralıqlı və bir qədər əyri olmalıdır. Gözlərin rəngi parlaq, yaşılın hər hansı bir çalarında ola bilər. Balalarda və gənc pişiklərdə qızılı və ya sarı çalara icazə verilir. -Xəz: Burmilla pişikləri iki xəz uzunluğunda olur: yarı uzun xəzli və qısa xəzli. Yarı uzun xəzli Burmillalar "GCCF"-də "Tiffanie" kimi tanınır. Ən çox yayılmış (standart) xəz qısa xəzdir. Bu xəz qısa və bədənə yaxındır. Birma pişiyinə bənzəyir, lakin bir qədər yumşaq hiss verir. "Chinchilla Pers2 pişiyindən miras qalan resessiv uzun xəz geni uzun xəzli Burmilla yarada bilər. Bu pişiklərin yarı uzun xəzli xəzi bədən xəttlərini izləyir, yumşaq və ipək kimi hiss verir və iri, tüklü quyruğa malikdir. Qısa xəz geni dominantdır və bir pişik hər iki gendən birini daşıyırsa, qısa xəz üstünlük təşkil edir. İki uzun xəzli Burmilla cütləşdirildikdə uzun xəzli balalar alınır, qısa xəzli cütləşmələrdə isə nəticə valideynlərin uzun xəz geni daşıyıb-daşımamasından asılıdır. -Rənglər: Burmilla pişikləri müxtəlif xəz rənglərində ola bilər, o cümlədən qara, mavi, qəhvəyi, şokolad və bənövşəyi. Qırmızı, krem və təbii naxışlı (calico) növlər də yetişdirilmişdir, lakin bu rənglər Avstraliyada "CCCA" tərəfindən tanınmır. Burmilla xəz rəngləri həm Birma ifadəsində, həm də tam ifadədə ola bilər. Burmilla indi "FIFe" və "ACF" qeydiyyatlarında qızılı kölgəli və qızılı uclu rənglərdə tanınır, lakin digər yerlərdə yalnız gümüşü kölgəli və gümüşü uclu rənglərə icazə verilir. Burmillanın kölgələnməsi iki əsas xəz naxışında olur: uclu və kölgəli. Uclu Burmillaların xəzinin üstündə yüngül bir rəng tozu (1/8-dən 1/4-ə qədər) olur. Gümüşü rəngli pişiklər demək olar ki, ağ görünə bilər. Kölgəli Burmillalarda xəzin 1/4 - 1/2 hissəsi rənglənir, bel, çiyin və ayaqların xarici hissəsində rəng mantiyası effekti yaradır. Tüstü naxışı Burmilla hesab olunmur. Bəzi qeydiyyat təşkilatlarında yalnız yetişdirmə üçün qeydiyyata alına bilər, sərgilərdə iştirak edə bilməz. Tüstü naxışlı pişiklərin xəzinin yalnız kiçik bir hissəsi gümüşü-ağ və ya qızılı rəngdədir, xəzin demək olar ki, bütün uzunluğu rənglənir. Pişiklərin burun dərisi xəz rənginə uyğun olmalıdır və xəz kölgəsi rəngi ilə konturlanmalıdır. Bundan əlavə, pəncə altları xəz rənginə uyğun olmalıdır: qara gümüşü pişiklərin pəncə altları qara və ya tünd qəhvəyi, qəhvəyi (sepia qara) pişiklərin tünd qəhvəyi, şokolad rəngli pişiklərin çəhrayı-qəhvəyi, mavi pişiklərin mavi-boz, bənövşəyi pişiklərin isə çəhrayı çalarlı boz olmalıdır. Xasiyyət Burmilla pişikləri müstəqil və şən xasiyyətə malikdir. Sahibinə çox bağlıdır və yetkinlik dövründə belə balalıq xüsusiyyətlərini qoruyur. Onlar sosial, oyun sevər və sevgi doludur, uşaqlar və digər heyvanlarla yaxşı yola gedir. Qulluq Burmilla pişiklərinin xəzi qısa, incə və parlaq, ipək kimi bir görüntüyə malikdir. Pişiyii həftədə bir dəfə rezin fırça ilə fırçalamaq, ölü tüklərdən təmizləmək və xəzin parlaq görünüşünü qorumaq üçün kifayət edəcəkdir. Bundan əlavə, pişiyin dişlərini fırçalamaq, dırnaqlarını kəsmək və qulaqlarını müntəzəm olaraq yoxlayıb təmizləmək vacibdir. Diş əti xəstəliyi və ya qulaq infeksiyası kimi hər hansı bir simptom görüləsə, veterinərə müraciət etmək lazmdır. Sağlamlıq İndiyə qədər Burmilla pişiklərinin heç bir xüsusi genetik problemi aşkar edilməyib. Periodontal xəstəlik (diş əti xəstəliyi) hər hansı bir pişik növü üçün ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Yüksək keyfiyyətli qida təmin etmək və balalıqdan başlayaraq diş gigiyenası rejimini tətbiq etmək faydalı ola bilər. Əgər pişiyin həftədə bir neçə dəfə dişləri fırçalamansa, bu böyük bir fərq yarada bilər. Diş fırçasını tədricən təqdim etməli və seansları qısa saxlamaq lazımdır. Əgər bu prosesi müsbət mükafatlarla birləşdirilərsə, pişiyin bu seansları könüllü qəbul edəcək. Təcrübəli yetişdiricilər pişiklərini bu xəstəliklər üçün test edir və balaların satışı zamanı sağlamlıq zəmanəti təqdim edirlər. Həmişə yazılı sağlamlıq zəmanəti verən yetişdiricidən almaq məqsədəuyğundur. Bu pişiklərin 15-18 il arasında ömür sürə bilir.


İstinadlar

Tarix : 21 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.