• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
bulver-petreli

Bulver petreli

Bulver petreli - "Procellariidae" fəsiləsinə aid olan, kiçik bir petrel növü. Taksonomiya Bulver petreli ilk dəfə 1828-ci ildə təbiətşünaslar Jardine və Selbi tərəfindən "Procellaria bulwerii" binominal adı ilə təsvir edilmişdir. Xüsusi epitet, Madeyra adasında tip nümunəsi toplayan rəssam və təbiətşünas Ceyms Bulverin şərəfinə seçilmişdir. Bulver petreli indi 1843-cü ildə fransız təbiətşünası Şarl Lüsien Bonapart tərəfindən təqdim edilən "Bulweria" cinsinə daxildir. Bu növ monotipikdir: heç bir yarımnöv tanınmır. Təsvir Bu çox uzun qanadlı petrelinin uzunluğu 25-29 sm, qanad aralığı isə 78-90 sm-dir. Əsasən qəhvəyi lələklərə və uzun, iti quyruğa malikdir. Okean səthindən planktonik qida maddələrini toplayarkən yüngül və fırlanan bir uçuş tərzi var. Yayılması və yaşayış mühiti Bu növ Atlantik, Hind və Sakit okeanların tropik və subtropik bölgələrində geniş yayılmışdır. Kabo-Verde, Çin, Fransa Qvianası, İndoneziya, Yaponiya, Malayziya, Mavritaniya, Mərakeş, Müqəddəs Yelena, Askensiya və Tristan-da-Kunya, Seneqal və Tayvanda il boyu qalıcıdır. Atlantik okeanında Makaroneziya adalarında və Portuqaliyanın materik hissəsində, Sakit okeanda isə şərqi Çin və Bonin adalarından Havay adalarına, Markiz adalarına, ABŞ-nin kiçik uzaq adalarına və Kiribatiyə qədər çoxalır. Dəniz və yüksək pelajik bir növdür, adətən quruya yalnız çoxalma mövsümündə yaxınlaşır. Bu növ, İrlandiya, Niderland, Fransa və İtaliyaya nadir hallarda səyahət edən kimi Avropada da müşahidə edilmişdir. Şimali Amerikada, Kaliforniya və Şimali Karolina sahillərindən uzaqda, həmçinin Avstraliyada nadir hallarda görülmüşdür. Çoxalma Yuvalar oyuqlarda, bitkilərdə, qayalıq mağaralarında/yarıqlarında və insan tərəfindən yaradılmış qalıntıların altında və sahilə atılmış oduncaqlarda qurulur. Bu oyuqları qazmır. Bulver petrelinin çoxalma mövsümü aprel və may aylarında başlayır. Çoxalma zamanı həmişə əvvəlki yuva yerinə qayıdır və əvvəlki cütü ilə birləşir. Çoxalma mövsümündə 7.000-9.000 cüt koloniyalar əmələ gətirir. Bu petrel bir yumurta qoyur, baxmayaraq ki, cavan və təcrübəsiz quşlar bəzən iki yumurta qoya bilər. Yumurta bej-ağ rəngdədir və adətən 42 x 30 mm ölçüsündədir. Hər iki cins yumurtaları 42-46 gün müddətində qoruyur. Həmçinin balaları birlikdə qidalandırırlar. Qidalanma Bulver petreli yüksək pelajikdir və adətən qurudan uzaqda tapılır (çoxalma mövsümü istisna olmaqla). Qidası əsasən kiçik balıqlar (məsələn, sardina) və kalmardan ibarətdir, əlavə olaraq xərçənglər (məsələn, xərçəng, krill və karides) və planktonla da qidalanır. Təhlükələr Şimal-Şərq Atlantikdə bu növ pişiklər, ev siçovulları və endemik onurğasız heyvanlar tərəfindən ovlanır. Ev pişikləri növün mövcud yayılmasının əsas səbəbkarlarından biri hesab edilir. Azor adalarında çoxalma əraziləri pişik ovundan qaçmaq üçün dik qayalıqlarla məhdudlaşır. Madeyrada bir kolonidə, kərtənkələlər tərəfindən petrol balalarının ovlanması yuvaların 10%-də qeydə alınmışdır, baxmayaraq ki, bu, populyasiya səviyyəsində təsir göstərməsi ehtimalı çox azdır. Desertas adalarındakı böyük koloniya insanlar tərəfindən qida və ya balıq yemi üçün intensiv şəkildə istifadə edilir, bu da digər Şimal-Şərq Atlantik ərazilərində daha aşağı səviyyədə baş verir, lakin Salvaj adalarında təbiət qoruğu elan edildikdən sonra bu təcrübə dayandırılmışdır. Bulver petrelinin neft sızıntıları və digər dəniz çirklənməsi, o cümlədən gecə işıq çirklənməsi nəticəsində ölüm riskinin artdığı düşünülür. Turizm və istirahət inkişafı çoxalma koloniyalarında mövcud yaşayış mühitini azalda bilər.


İstinadlar

Tarix : 18 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.