- Wikisun
Bufo bankorensis qurbağası - (ümumi adları: Mərkəzi Formosa quruqurbağası, Bankor quruqurbağası) Bufonidae fəsiləsinə aid bir quruqurbağa növüdür. Bu növ yalnız Tayvana endemikdir və dəniz səviyyəsindən 3,000 m (9,800 ft) yüksəkliyə qədər geniş yayılmışdır. Əvvəllər Çində yayılmış Bufo gargarizans və hətta digər növlərdən ayrılığı ilə bağlı şübhələr olsa da, hazırda etibarlı bir növ kimi qəbul edilir. Təsvir B. bankorensis iri bir quruqurbağa olub, bədən uzunluğu 15 sm (5.9 in), hətta 20 sm (7.9 in) çata bilir. Dişilər erkəklərdən daha böyükdür. Burun hissəsi qısadır. Dorsolateral çıxıntı yoxdur. Timpanum (xarici qulaq pərdəsi) qabarıq deyil. Parotoid vəzilər böyrək şəklindədir. Dəri kobuddur və müxtəlif ölçülü ucu bizli yumrularla örtülüdür. Rəngi açıq qəhvəyi olub, narıncı, sarı və ya qara ləkələrlə zəngindir. Yaşayış yeri və qorunma B. bankorensis dəniz səviyyəsindən 3,000 m (9,800 ft) yüksəkliyə qədər olan müxtəlif yaşayış yerlərində tapılır: genişyarpaqlı meşələr, əkin sahələri, qarışıq meşələr və meyvə bağları. Yağışlı gecələrdə həşəratlarla qidalandıqları müşahidə edilə bilər. Çoxalma həm axınlarda, həm də göllərdə baş verir. Bir araşdırmada məlum olub ki, mülayim iqlimli populyasiya il boyu çoxala bilər, subtropik populyasiya isə yalnız ilin sərin aylarında, sentyabrdan marta qədər çoxalır. B. bankorensis ümumi bir növ olsa da, yaşayış mühitinin itirilməsi onun üçün təhlükə olaraq qalır. Həmçinin qida və ənənəvi tibb üçün toplanır.
https://www.inaturalist.org/taxa/21614-Bufo-bankorensis
https://amphibiaweb.org/cgi/amphib_query?where-genus=Bufo&where-species=gargarizans
https://animalia.bio/bufo-bankorensis
https://amphibiansoftheworld.amnh.org/Amphibia/Anura/Bufonidae/Bufo/Bufo-bankorensis
https://www.sciencedirect.com/science/article/abs/pii/S0925857421001907
https://www.gbif.org/species/5217163
https://en.wikipedia.org/wiki/Bufo_bankorensis
Tarix : 2 mart 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.