- Wikisun
Bedlinqton Teryer (İngilis: Bedlington Terrier) - Adını İngiltərənin şimal-şərqindəki Bedlinqton kəndindən almış, kiçik ölçülü, qədim bir iti cinsi. Əvvəlcə ovçuluq məqsədilə yetişdirilən Bedlinqton Teryer sonralar it yarışlarında, müxtəlif it idmanlarında, sərgi şoularında və ev heyvanı kimi istifadə edilmişdir. Bu cins "Dandie Dinmont Terrier", "Whippet" və "Otterhound" ilə yaxın əlaqəyə malikdir. Təsviri Bedlinqton Teryer itləri olduqca çevik və çoxyönlü olaraq təsvir edilir, amma eyni zamanda bəzi çətinlikləri olan cinsdir. Bu itlər, "Newfoundland" kimi su itləri ilə müqayisə edilə bilən güclü üzmə bacarığına malik və çox sürətlidirlər. Qarla əlaqəli çox maraqlı xüsusiyyətlərə malikdirlər. Buzda və ya dərin qarla örtülmüş ərazilərdə, güclü burunlarını yerə sürtərək sürətlənə bilirlər. Bedlinqtonlar, görkəmləri ilə quzuya bənzədilir və adətən mavi, qaraciyər rəngi və ya sarı rənglərdə olur. Qeyd olunan hər 3 rəngdə sarı nöqtələr görülə bilər. Bu itlərin kürkləri başlarında müəyyən bir "top knot" (yumruğa bənzər topa tük) yaradır və bu, onlara özünəməxsus bir görünüş verir. Onların tükləri tökülmür və minimal qoxuya sahibdir, lakin ölü tükləri çıxarmaq üçün həftəlik qulluq tələb olunur. Bedlinqton Teryerin kürkü, bəzən "pambıq tük" kimi də təsvir edilir, çünki çox bərk və sərt olan tükləri müəyyən bir şəklə sahibdir. Kürkə xüsusi qayğı tələb olunur və bu səbəbdən "sərgi kürklərində" (show clip) olarkən çox vaxt mütəxəssislərin köməyinə ehtiyac duyulur. İtlərin bədəninə çıxan tüklərin boyu 25 mm-dən çox olmamalıdır. Qulluq edilməsə, kürkün vəziyyəti sürətlə pisləşə bilər. Başları yuvarlaq , gözləri badam şəklində və kiçikdir. Erkəkləri boyu 41-44 sm, dişilərin boyu isə 38-42 sm arasındadır. Hər iki cinsin çəkisi 7.7 ilə 10.4 kq arasında dəyişir və itlərin gəzinti tərzi yüngül və elastikdir. Temperament Bedlinqton Teryerlər, sürət və dözümlülükləri ilə tanınır. Onlar su,torpaq və qar üzərində olduqca sürətlidir və üzmə sürətləri "Newfoundland" kimi su itləri ilə müqayisə oluna bilər. Bu cins, çətin şəraitlərdə belə irəliləmək qabiliyyətinə malikdir. Genində "Whippet" cinsinin təsiri olduğuna görə, sürətli qaçmağı bacarırlar. Onlar ev itləri, ov itləri, gəmirici və yırtıcıları ovlamaq üçün də istifadə edilə bilərlər. Bu itlər olduqca ağıllıdır və çox çətin vəziyyətlərdə belə, əzmkarlıq göstərirlər. Lakin, Bedlinqton Teryerlər digər itlərlə qarşılıqlı münasibətdə ikən bəzən qısqanclıq və döyüşə meylli ola bilir. Bu səbəbdən, onların sosiallaşması mühüm rol oynayır. Bəzi insanlar bu itləri "həssas" və "yumşaq" olaraq təsvir edirlər, xüsusilə uşaqlar ilə yaxşı münasibət qururlar. Tarix Bedlinqton Teryer cinsi, Bedlinqton kəndində yaradılmışdır və ilk dəfə 1825-ci ildə "Ceyms Allenin həyatı" əsərində "Rodbury Terrier" və ya "Rothbury Terrier" adları ilə tanınmışdır. Əsərdə "Rodbury" Lordunun bu itləri çox sevidiyi üçün onun şərəfinə belə adlandırılmışdı. Bu cinsin ilk böyük sərgisi 1870-ci ildə Bedlinqtonda keçirilib. 1875-ci ildə "Bedlinqton Teryer Klubu" təsis edilmişdir. Sağlamlıq 2024-cü ildə Böyük Britaniyada aparılan bir araşdırma, Bedlinqton Teryer cinsinin orta ömür uzunluğunun 13,7 il olduğunu qeyd olunur. Həmçinin araşdırma təmiz cinslər üçün orta ömrün 12,7, mələzlər üçün isə 12 il olduğunu müəyyən edib. 2004-cü ildə İngiltərədə aparılan bir sorğuda Bedlinqton Teryerləri arasında ölümün əsas səbəbləri qocalıq (%23), uroloji problemlər (%15) və qaraciyər xəstəlikləri (%12,5) olmuşdur. Qaraciyər xəstəlikləri nəticəsində baş verən ölümlərin əsas səbəbi mis toksikozu (qaraciyərdə mis yığılması) idi. Bu səbəbdən qaraciyər xəstəliklərindən ölmüş itlər, digər ölüm səbəblərindən ölən itlərə nisbətən daha gənc yaşda və erkən vəfat ediblər.
https://en.wikipedia.org/wiki/Bedlington_Terrier
https://a-z-animals.com/animals/bedlington-terrier/
https://www.akc.org/dog-breeds/bedlington-terrier/
https://www.thekennelclub.org.uk/search/breeds-a-to-z/breeds/terrier/bedlington-terrier/
https://dogtime.com/dog-breeds/bedlington-terrier
https://www.purina.co.uk/find-a-pet/dog-breeds/bedlington-terrier
https://www.dogster.com/dog-breeds/bedlington-terrier
https://www.hillspet.com/dog-care/dog-breeds/bedlington-terrier
https://www.bedlingtonrescue.co.uk/history-of-the-breed/
https://wagwalking.com/breed/bedlington-terrier
https://applerainart.com/learning-the-breed-bedlington-terrier-by-diane-pearson/
Tarix : 28 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.