• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
barb-ati

Barb atı

Barb atı - Şimali Afrikada tarixi kökləri olan bir minik atı cinsidir. Davamlılığı və dözümlülüyü ilə tanınan bu at bir çox müasir cinslərə, xüsusilə də Şimali və Qərbi Afrikada təsir edib. Etimologiya Barb atı adının ilk dəfə Leo Africanus kimi tanınan Hassan əl-Vəzzanın "Afrikanın Təsviri" adlı əsərinin tərcüməsində qeyd edildiyi bildirilir. Fransız tarixçi Jean-Marie Lassère bu adın coğrafi mənşəyə əsasən verildiyini bildirir. Jean-Louis Gouraud isə "Barb" adını Berberlər (İmazighen) ilə əlaqələndirir və bu iki adın tarixən ayrılmaz olduğunu" qeyd edir. Avropa mənbələrində Barb atı "Berber" adı ilə də tanınıb. Bu, qədim Roma dövründə "Berberia" və ya "Barbaria" kimi tanınan əraziyə istinad edir. "Berber" sözü isə qədim yunan sözü olan "barbaros"dan gəlir və romalılar tərəfindən qeyri-romalı xalqlara, xüsusilə də Numidiyalılara aid edilib. Keçmişdə "Barb atı" termini bəzən İspan Jennet və ya Zenata atları ilə eyniləşdirilib. Bu atlar Mavrlara məxsus olub və İber yarımadasında yetişdirilib. Tarixi Barb atları Avropaya gətirildikdə bəzən ərəb atları ilə səhv salınıb. Lakin Barb və Ərəb atları fiziki cəhətdən fərqlənir. Qodolfin Ərəb (Godolphin Arabian), məşhur İngilis Atı (Thoroughbred) cinsinin əsas sələflərindən biri olsa da, onun əslində Barb cinsinə aid olduğu müzakirə mövzusudur. Bəzi mənbələr onun Barb atına daha çox bənzədiyini bildirir. Curwen Barb və Toulouse Barb da İngilis Atı cinsinin formalaşmasına təsir göstərən mühüm Barb atları olub. Bu gün Barb atları əsasən Əlcəzair, Mərakeş, İspaniya və Cənubi Fransada yetişdirilir. Şimali Afrikadakı çətin iqtisadi şərait safqan Barb atlarının sayının azalmasına səbəb olub. 1987-ci ildə Əlcəzairdə yaradılan Dünya Barb Atı Təşkilatı bu cinsi qorumaq və tanıtmaq məqsədi daşıyır. 2014-cü ildə Beynəlxalq Atçılıq Federasiyası Barb atını Normandiyada keçirilən Dünya Atçılıq Oyunlarında "Fəxri At" kimi tanıyıb. Digər at cinslərinə təsiri Barb atı, ərəb atı istisna olmaqla, dünyada yarış cinslərinə ən çox təsir göstərmiş atlardan biridir. Şimali Afrikadan gələn Berber işğalçıları VIII əsrin əvvəllərindən etibarən öz atlarını Avropaya gətirmişlər. Bu atlar İber yarımadasında məskunlaşdıqdan sonra, 300 il ərzində Üməyyə himayəsi altında İspan atları ilə qarışdırılmış və nəticədə Andalusiya (Lusitano daxil olmaqla) cinsi formalaşmışdır. Andalusiya atı olduqca dəyərli sayılmış və dünya miqyasında atçılıq cinslərinin inkişafı üçün əsas damazlıq cinslərdən biri olmuşdur.


İstinadlar

Tarix : 1 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.