• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
asiya-pisiyi

Asiya pişiyi

Asiya pişiyi - Avropa Burma pişiklərinə bənzəyən, lakin müxtəlif xəz rəngləri və naxışları olan bir pişik növü. Uzun xəzli Asiya pişiklərinin bütün növləri "Tiffanie" adlanır. Asiya pişikləri, "Governing Council of the Cat Fancy" (GCCF) tərəfindən 5-ci bölmədə (Burma) qruplaşdırılır. Tarix Bu növ, 1981-ci ildə Baroness Miranda von Kirchberg tərəfindən yetişdirilən "Şinşilla Fars pişiyi" (Jamari Sanquist) və bənövşəyi "Avropa Burma pişiyi" (Bambino Lilac Faberge) arasında baş vermiş qeyri-adi cütləşmə nəticəsində Birləşmiş Krallıqda təsadüfən inkişaf etdirilmişdir. Bu cütləşmədən dörd bala pişik alınmışdır. 1981-ci ildə ilk balalar doğulduqdan sonra, yetişdiricilər bu balaların öz növləri olma potensialını göstərdiyini düşündülər. Erkən yetişdiricilər, balaların fenotipinin Burma pişikləri ilə eyni, lakin daha çox rəng və növlərdə olmasına qərar verdilər. Bütün növlər 2003-cü ildə "GCCF" tərəfindən çempionat statusu qazandı, Tiffanie isə bu statusu ən son qazanan növ oldu. Asiya pişikləri, soyu nəzərə alınan pişiklər arasında nisbətən nadir bir növdür. 2023-cü ildə "GCCF" ilə qeydiyyatdan keçmiş cəmi 160 Asiya balası doğulmuşdur. Asiya pişiyi növləri Görünüş etibarilə Asiya pişikləri Burma pişikləri ilə eynidir, lakin daha çox rəng və naxışlara,eyni zamanda daha uzun xəz sahibdirlər. Asiya pişikləri aşağıdakı növləri özündə birləşdirir: -Asiya Self (tək rəngli və təbii naxışlı) -Bombey (tək rəngli qara) -Asiya Shaded və ya Burmilla (gümüşü və ya qızılı kölgəli) -Asiya Smoke (tüstü rəngli) -Asiya Tabby (təbii naxışlı) -Tiffanie və ya Asiya uzun xəzli. Təsvir Erkək Asiya pişikləri adətən 5–7 kq (11-15 funt), dişilər isə 3.5 kq ilə 5.5 kq (8-12 funt) arasında çəkiyə malikdir. Onlar kobud olmamalı və Burma pişikləri kimi incə və əzələli bir bədənə malik olmalıdır. Başı qısa, enli və yaxşı balanslı olmalı, bədənlə mütənasib olmalıdır. Qulaqlar arasında yumru bir forma, burun düz və xəttli, çənə möhkəm və dərin, boyun orta uzunluqda və enli olmalıdır. Qulaqlar orta və ya iri ölçüdə, yumru uclu və bir qədər irəli əyilmiş olmalıdır. Tiffanie pişikləri üçün qulaqlarda tüklər üstünlük təşkil edir. Gözlər iri və aralıqlı olmalı, yaşıl, sarı və ya qəhvəyi rəngdə ola bilər. Ayaqlar incə və orta uzunluqda, arxa ayaqlar ön ayaqlardan daha uzun olmalıdır. Pəncələr oval formalı və xoş görünüşlü olmalıdır. Quyruğu orta və ya uzun, ucu yumru olmalıdır. Asiya pişiklərinin qısa xəzi bədənə yaxın olmalı, incə, ipək kimi və parlaq olmalıdır. Xəz müxtəlif rəng və naxışlarda ola bilər. Sağlamlıq Asiya pişiklərinin əcdad növləri "Polikistik Böyrək Xəstəliyi" və "Proqressiv Retinal Atrofiya" daşıya bilər, lakin Asiya pişiklərində yalnız Burmada "Hipokaliyemiya" müəyyən edilmişdir. 2018-ci ildən etibarən, "Asiya Pişikləri Assosiasiyası" ilə qeydiyyatdan keçmiş bütün yetişdiricilər, yetişdirmə üçün istifadə ediləcək bütün Asiya qrupu pişikləri üçün hipokaliyemiya testi tələb edir. Ortalama 15 il ömrə sahibdirlər. Qulluq Asiya pişiyinin xəzini həftədə bir dəfə qayçılamaq kifayət edir, çünki bu pişik xəzinin dolaşması və ya qarışması riski ilə üzləşmir. Xəzin yağlı olması, pişiyin özünü təmizləmədiyini göstərə bilər. Lakin bu hal, sağlamlıq əlaməti də ola bilər. Bütün pişiklər kimi, Asiya pişiyi üçün də müntəzəm peyvəndləmə və parazit nəzarəti tövsiyə olunur.


İstinadlar

Tarix : 21 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.