- Wikisun
Amerika Bobteyli - 1960-cı illərin sonlarında inkişaf etdirilən nadir bir ev pişiyi növü. Tarixi Şəhər əfsanələrinə görə, Amerika Bobteylləri ev pişiyi ilə vəhşi bir vaşaq arasında cütləəşmənin nəticəsidir. Lakin bu qısa quyruq əslində təsadüfi bir genetik mutasiyanın nəticəsidir və Manks pişiyinin geni ilə əlaqəli ola bilər. Bu növün ilk qan xətti qısa quyruqlu bir erkək pişik olan Yodi və bir Siyam pişiyinin cütləşməsi ilə yaradılmışdır. Amerika Bobteylləri 1989-cu ildə "The International Cat Association" (TICA) tərəfindən tanınmışdır. Daha sonra "Cat Fanciers' Association" (CFA) və "American Cat Fanciers Association2 (ACFA) tərəfindən də qəbul edilmişdir. Almaniyanın "World Cat Federation" (WCF) təşkilatı da bu növü tanıyır, lakin onlar üçün ayrıca bir standart yoxdur. Xüsusiyyətlər Amerika Bobteylləri tam inkişaf etmək üçün iki-üç il vaxt tələb edir. Bu növün ən məşhur rəng naxışı "vaşaq" və ya "oselot" naxışıdır, lakin digər rənglər və naxışlar da mövcuddur. Qara, mavi, "brindle", qəhvəyi, kaliko, şokolad rəgngi, darçını, "fawn", bənövşəyi, ağ-qara, qırmızı-krem, şaftalı rəngi və tərs-naxışlı rənglər ola bilər. Amerika Bobteyli pişikləri 7,3 kq qədər çəkiyə və 76 sm qədər uzunluğa malik ola bilər. Güclü və sıx bədən quruluşuna malikdir. Başları geniş və üçbucaq formasındadır. Qulaqları orta ölçülü, yumru uclu və geniş əsaslıdır. Gözləri badam formasında olub, rəngi tük rəngindən asılıdır. Quyruqları düz və ya əyri ola bilər və düyünlərlə zəngindir. Quyruğunun uzunluğu fərdə görə dəyişə bilir. Ortalama 2.5-10 sm arasında olur. Davranışı Amerika Bobteylləri oyun sevər, sosial və enerjili heyvanlardır. Xüsusilə körpəlik dövründə çox fəal ola bilirlər. Bu pişiklər yeni mühitlərə asanlıqla uyğunlaşır və səyahət edənlər üçün ideal yoldaşdır. Bəzi mənbələrə görə, Amerika Bobteyli "it kimi" davranan pişik növlərindən biridir. Onlar evə gələn qonaqları cəsarətlə qarşılayır və oyun, ov və ya sosial fəaliyyət fürsətlərini qaçırmır. Bu pişiklər həm də "kiçik oselotlar" adlandırılır, çünki yaxşı dırmaşma qabiliyyətinə malikdirlər. Onlar kəşf etməyi, tullanmağı və quşları və ya kiçik heyvanları təqib etməyi sevirlər. Bununla belə, onlar həm də insanlar, digər pişiklər və hətta itlərlə dostluq edə bilən sevgi axtaran heyvanlardır.
https://en.wikipedia.org/wiki/American_Bobtail
https://www.purina.com/cats/cat-breeds/american-bobtail
https://cfa.org/breed/american-bobtail/
https://www.thesprucepets.com/american-bobtail-full-profile-history-and-care-4705973
https://www.wisdompanel.com/en-us/cat-breeds/american-bobtail
https://www.webmd.com/pets/cats/what-to-know-about-american-bobtails
https://www.zooplus.co.uk/magazine/cat/cat-breeds/american-bobtail
https://www.dailypaws.com/cats-kittens/cat-breeds/american-bobtail
https://brit-petfood.com/de/node/194241
https://www.vetsend.co.uk/cat-breeds/american-bobtail
Tarix : 19 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.