• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
sefer-bey-zan-sefer-bei-zan

Səfər bəy Zan (Сефер-бей Зан)

Çərkəziyahərbi və siysi xadimi, diplomat və Çərkəz müqavim ətinin liderlərindən biri olmuşdur. Səfər bəy Zan (Səfərbiy Zaneko, Səfər Paşa; təqribən 1790-cı illər – 1859/1860) — çərkəz hərbi və siyasi xadimi, Qafqaz müharibəsi dövründə Şimali-Qərbi Qafqazdakı çərkəz müqavimətinin əsas liderlərindən biri olmuşdur. O, çərkəzlərin siyasi maraqlarını Osmanlı imperiyası və Avropa dövlətləri qarşısında müdafiə etmiş, Çərkəzistanın müstəqilliyi ideyasını dəstəkləmişdir. Həyatı Səfər bəy Zan Anapa yaxınlığında nüfuzlu çərkəz Zan nəslindən olan ailədə anadan olmuşdur. Mənbələrdə onun doğum ili ilə bağlı fərqli məlumatlar mövcuddur. Rus məndbələrində(həmçinin Rus vikipediasında) 1798-ci il göstərilir, bəzi digər rusdilli mənbələrdə isə 1789-cu il də qeyd olunur. 1807-ci ildə Anapa rus qoşunları tərəfindən ələ keçirildikdən sonra Səfər bəy yerli əhali tərəfindən amanat kimi ruslara verilmiş və Odessaya göndərilmişdir. O, burada Rişelevski litseyində təhsil almışdır. Daha sonra rus ordusunda xidmət etmiş və Anapada yerləşən 22-ci Yeger polkuna (22-й егерский полк) təyin olunmuşdur. Komandir ilə münaqişədən sonra ordudan ayrılaraq dağlara getmiş, daha sonra Osmanlı imperiyasına keçmişdir. Osmanlı imperiyasına keçdikdən sonra Səfər bəy hərbi xidmətə daxil olmuş və Polkovnik rütbəsinə qədər yüksəlmişdir. O, Rusiya–Osmanlı müharibələrindən birində iştirak etmiş və ruslara əsir düşmüşdür. Müharibədən sonra Çərkəzistanla əlaqələrini davam etdirmiş və Osmanlı hakimiyyətinin bölgədəki nümayəndələrindən biri kimi fəaliyyət göstərmişdir. Çərkəz müqavimətində fəaliyyəti 1830-cu illərdən etibarən Səfər bəy çərkəz tayfalarının siyasi birliyinin yaradılması istiqamətində fəaliyyət göstərmişdir. 1831-ci ilin əvvəlində şapsuqlar və natuxaylarla görüşlər keçirərək Rusiya ilə mümkün razılaşma məsələsini müzakirə etmişdir. Onun mövqeyinə görə, rus qoşunlarının Kuban çayının şimalına çəkilməsi müqabilində çərkəzlərlə barışıq mümkün ola bilərdi. Bu təklif qəbul edilməmişdir. 1831-ci ildə Səfər bəy çərkəz nümayəndə heyətinin tərkibində İstanbula gedərək Osmanlı hökumətindən çərkəzlərə yardım göstərilməsini istəmişdir. O, həmçinin Britaniya diplomatik dairələri ilə əlaqələr qurmuşdur. Rusiya mənbələrində onun İstanbulda müxtəlif çərkəz tayfalarının nümayəndəsi kimi çıxış etdiyi və Britaniya diplomatı ilə danışıqlar apardığı qeyd olunur. 1836-cı ildə Vixen hadisəsi zamanı Britaniya şxunası Vixen Çərkəz sahillərində saxlanılmışdır. Gəminin çərkəzlər üçün silah və barıt gətirməsi ilə bağlı hadisə Rusiya imperiyası ilə Böyük Britaniya arasında diplomatik gərginliyə səbəb olmuşdur. Səfər bəyin bu dövrdə çərkəz müqavimətinin xarici dəstək əldə etməsində mühüm rol oynadığı qeyd edilir. Rusiya ilə müasibətləri 1840-cı illərdə Səfər bəy Rusiya hakimiyyəti ilə əlaqələr qurmağa və Çərkəzistan qayıtmağa çalışmışdır. Rusiya hakimiyyətinin bəzi nümayəndələri onun çərkəzlər üzərindəki nüfuzundan istifadə etməklə müqavimətin zəiflədilə biləcəyini düşünürdülər. Lakin bu cəhdlər nəticə verməmişdir. 1844-cü ildə Səfər bəy şapsuq və natuxaylara məktublar göndərərək Rusiya hakimiyyətinin təkliflərinə qarşı ehtiyatlı olmağa çağırmışdır. O, çərkəzlərin Kubanın şimalına köçürülməsi və Rusiya hakimiyyətinə tabe olması ideyasına qarşı çıxmışdır. Krım müharibəsi Krım müharibəsi dövründə Səfər bəy çərkəz müqavimətinin əsas siyasi və hərbi liderlərindən biri olaraq fəaliyyətini davam etdirmişdir. Müharibənin son mərhələsində onun ətrafında xarici dəstək toplamaq cəhdləri olmuşdur. 1856-cı ilin sonlarında rus qoşunları Səfər bəyə qarşı hərbi əməliyyatlar keçirmişdir. Rusiya hərbi sənədlərində onun Novorossiysk ətrafında fəaliyyət göstərdiyi, daha sonra dağlıq əraziyə çəkilərək çərkəzlər arasında müqaviməti davam etdirdiyi qeyd olunur. 1857-ci ildə Osmanlı imperiyasından Britaniya gəmisinin vasitəsilə çərkəzlərə hərbi yardım göstərilməsi ilə bağlı yeni cəhdlər olmuşdur. Rusiya mənbələrində Səfər bəyin həmin dövrdə çərkəz müqavimətinin təşkilində əsas şəxslərdən biri olduğu göstərilir. Səfər bəy Zan 1859-cu ilin sonlarında və ya 1860-cı ilin əvvəlində vəfat etmişdir. Mənbələrdə onun ölüm tarixi barədə də fikir ayrılığı mövcuddur. Bəzi mənbələr 1859-cu ilin dekabrını, rus Vikipediyası isə 1 yanvar 1860-cı ili göstərir. Həmçinin bax • Qafqaz müharibəsi (1817–1864) •Çərkəzlər •Çərkəz müqaviməti •Krım müharibəsi (1853–1856) •Çərkəzistan ↑ "Separatizmə ayrılan rol" (PDF). Separatizmə ayrılan rol. https://www.elibrary.az/docs/QAZET/qzt2010_3248.pdf tarixində orijinalından (PDF) arxivləşdirilib. (#invalid_param_val) ↑ Khoon, Yahya (2010). Muhammad Amin: Imam Shamil’s Naib to the Circassians in the Northwest Caucasus ↑ "Сефер-бей Зан". Сефер-бей Зан. (#archive_missing_date) tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val) ↑ . 8 iyul 2026. doi:10.5555/grants-form (#bad_doi) https://doi.org/10.5555/grants-form (#bare_url_missing_title). ↑ . 8 iyul 2026. doi:10.5555/grants-form (#bad_doi) https://doi.org/10.5555/grants-form (#bare_url_missing_title). ↑ . 8 iyul 2026. doi:10.5555/grants-form (#bad_doi) https://doi.org/10.5555/grants-form (#bare_url_missing_title). ↑ . 8 iyul 2026. doi:10.5555/grants-form (#bad_doi) https://doi.org/10.5555/grants-form (#bare_url_missing_title). ↑ Фатима Анатольевна, Озова. "TLHUKOTLI-PSHITLI IN THE CLASS STRUCTURE OF THE CIRCASSIAN SOCIETY". NORTH CAUCASUS LEGAL VESTNIK. 1 (2). 2023-06: 42–47. doi:10.22394/2074-7306-2023-1-2-42-47. ISSN 2074-7306. ↑ "Kafkas Kartalları: On Dokuzuncu Yüzyılda Rusya'ya Karşı Leh-Çerkes İşbirliği". cherkessia.net. 10 Ağustos 2016 Çarşamba Saat 22:36. İstifadə tarixi: 2026-08-30. ↑ . 8 iyul 2026. doi:10.5555/grants-form (#bad_doi) https://doi.org/10.5555/grants-form (#bare_url_missing_title). ↑ . 8 iyul 2026. doi:10.5555/grants-form (#bad_doi) https://doi.org/10.5555/grants-form (#bare_url_missing_title). ↑ . 8 iyul 2026. doi:10.5555/grants-form (#bad_doi) https://doi.org/10.5555/grants-form (#bare_url_missing_title). ↑ Яндовка, Л. Ф.; Дубенская, Г. И.; Панкратова, И. В.; Воробейков, Г. А.; Дмитриева, Е. В.; Шамров, И. И. "ПЕДАГОГИЧЕСКАЯ И НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ В.Л. КОМАРОВА НА КАФЕДРЕ БОТАНИКИ РОССИЙСКОГО ГОСУДАРСТВЕННОГО ПЕДАГОГИЧЕСКОГО УНИВЕРСИТЕТА ИМ. А.И. ГЕРЦЕНА". Ботанический журнал. 104 (10). 2019: 1639–1643. doi:10.1134/s000681361910017x. ISSN 0006-8136. ↑ . 8 iyul 2026. doi:10.5555/grants-form (#bad_doi) https://doi.org/10.5555/grants-form (#bare_url_missing_title). ↑ Яндовка, Л. Ф.; Дубенская, Г. И.; Панкратова, И. В.; Воробейков, Г. А.; Дмитриева, Е. В.; Шамров, И. И. "ПЕДАГОГИЧЕСКАЯ И НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ В.Л. КОМАРОВА НА КАФЕДРЕ БОТАНИКИ РОССИЙСКОГО ГОСУДАРСТВЕННОГО ПЕДАГОГИЧЕСКОГО УНИВЕРСИТЕТА ИМ. А.И. ГЕРЦЕНА". Ботанический журнал. 104 (10). 2019: 1639–1643. doi:10.1134/s000681361910017x. ISSN 0006-8136.


İstinadlar

Tarix : 30 avqust 2026