• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
mehndi

Mehndi

Hindistanda toy mərasimində gəlinin əllərinə çəkilmiş mehndi naxışları Mehndi və ya mehendi — Xına(Lawsonia inermis) bitkisinin yarpaqlarından hazırlanmış məcunla dəri üzərində müvəqqəti bəzək naxışlarının yaradılması ənənəsidir. Xına dərini deşmədən tətbiq edilir və bir neçə gün ərzində tədricən solan qırmızımtıl-qəhvəyi rəngli iz buraxır. Mehndi xüsusilə Hindistan yarımadasında geniş yayılmış və burada müxtəlif sosial, mədəni və dini mərasimlərlə əlaqələndirilmişdir. Ənənəvi olaraq əllərə, ayaqlara və bədənin digər hissələrinə mürəkkəb naxışların çəkilməsində istifadə olunur. Xınadan bədən bəzəyi kimi istifadə ənənələri Şimali Afrika, Şərqi Afrika və Yaxın Şərqin müxtəlif bölgələrində də mövcuddur. Qərb dünyası isə mehndi çox vaxt “xına döyməsi” (henna tattoo) adlandırılır. Hindistanda əllərə çəkilmiş mehndi naxışları Hindistan yarımadasında mehndi əsasən toy mərasimləri, dini bayramlar və ailə tədbirləri zamanı tətbiq olunur. Xına xüsusilə toy mərasimlərində gəlinin əllərinin və ayaqlarının mürəkkəb naxışlarla bəzədilməsi ilə əlaqələndirilir. Naxışlar əllər, biləklər və qolların ön hissəsinə, həmçinin ayaqlar, topuqlar və baldırların aşağı hissəsinə çəkilə bilər. Bəzi ənənələrdə naxışlar dirsəklərə və dizlərə qədər uzadılır. Müasir Hindistan mehndi sənətində geniş yayılmış motivlərə Çiçəklər, Yarpaqlar,Sarmaşıqlar, paisley naxışları və Tovuz quşu təsvirləri daxildir. Xüsusilə toy mehndilərində sıx və detallı kompozisiyalardan istifadə edilir. Bəzi naxışlarda gəlin və bəyin adları və ya baş hərfləri də gizlədilir. “Mehndi” termini əsasən Hindistan yarımadasında, “xına” (henna) termini isə daha çox Yaxın Şərqdə işlədilir. Mehndi naxışları və üslubları bölgədən-bölgəyə fərqlənir. Cənubi AsiyaCənubi üslubu kiçik, mürəkkəb naxışlar və incə xətlərlə xarakterizə olunur. Yaxın Şərqdə isə əsasən çiçək motivlərindən istifadə edilir. Mehndi Afrika mədəniyyətlərində də mövcuddur və burada daha sadə, həndəsi naxışlar üstünlük təşkil edir. Etimologiyası “Mehndi” sözü sanskrit dilindəki “mendhikā” sözündən yaranmışdır. Bu söz xına bitkisini (Lawsonia inermis) ifadə edir; bitkinin yarpaqları bədəni bəzəmək üçün istifadə olunan qırmızımtıl-qəhvəyi boya verir. “Mehndi” sözü sonralar hind, urdu, pəncab, qucarat və lBenqal dili də daxil olmaqla Cənubi Asiyanın müxtəlif dillərində işlənməyə başlamış və həm xına məcununu, həm də onunla dekorativ naxışların çəkilməsi sənətini ifadə etmişdir. Mənşəyi XIX əsrdə Hindistanda mehndi tətbiqini göstərən rəsm Xınadan (Lawsonia inermis) bədən və saçların rəngləndirilməsi, həmçinin kosmetik məqsədlərlə istifadə qədim dövrlərə gedib çıxır. Xınanın istifadəsi Şimali Afrika və Asiyanın müxtəlif qədim mədəniyyətləri ilə əlaqələndirilir və arxeoloji mənbələrdə onun qədim Misirdə boya kimi istifadə edildiyinə dair məlumatlar mövcuddur. Hindistan yarımadasında xına ənənəsi zaman keçdikcə yerli mədəni və dini mərasimlərlə əlaqələnmiş və mehndi adı ilə tanınan bədən bəzəyi formasına çevrilmişdir. Xınanın Hindistanda istifadəsinin tarixi qədim dövrlərə gedib çıxsa da, ənənənin dəqiq mənşəyini müəyyənləşdirmək çətindir. Tədqiqatçılar bunun əsrlər boyu davam edən miqrasiya və müxtəlif mədəniyyətlər arasındakı qarşılıqlı təsirlərlə əlaqəli olduğunu bildirirlər. Xına Hindistan yarımadasında xüsusilə əllərin və ayaqların bəzədilməsində istifadə edilmiş, sonralar toylar və digər mərasimlərin mühüm elementlərindən birinə çevrilmişdir. Müasir mehndi ənənəsində Cənubi Asiyaya məxsus mürəkkəb və detallı naxış üslubları formalaşmışdır. Proses Mehndi məcunu xına bitkisinin (Lawsonia inermis) qurudulmuş və toz halına salınmış yarpaqlarından hazırlanır. Məcun adətən plastik konus, fırça və ya çubuq vasitəsilə dəriyə naxış şəklində tətbiq edilir. Tətbiqdən sonra məcun quruyur və daha tünd rəng alınması üçün nahiyə bəzən parça, plastik və ya tibbi lentlə örtülür. Limon şirəsi, şəkər və Efir yağı da rəngin daha intensiv olması üçün istifadə edilə bilər. Xına əvvəlcə açıq narıncı rəngdə görünür, daha sonra oksidləşmə nəticəsində 24–72 saat ərzində qırmızımtıl-qəhvəyi rəngə tündləşir və adətən bir neçə həftə ərzində tədricən solur. Təbii xınadan fərqli olaraq, qara rəng əldə etmək üçün bəzən tərkibinə p-fenilendiamin (PPD) adlı sintetik boya əlavə edilir. PPD dəriyə tətbiq edildikdə orta və ağır allergik reaksiyalara səbəb ola bilər. İstifadəsi Mehndi Hindistan yarımadasında əsasən toy mərasimləri, dini bayramlar və digər xüsusi günlərdə istifadə olunur. Hindular arasında mehndi toy ənənəsinin mühüm hissəsi hesab edilir və gəlinlə bəyin, həmçinin ailə üzvlərinin əllərinə və qollarına çəkilir. Toylarda bunun üçün ayrıca “Mehndi gecəsi” mərasimi təşkil edilə bilər; mərasim zamanı ənənəvi yeməklər, musiqi və rəqslər də yer alır. Cənubi Asiya müsəlmanları arasında da mehndi xüsusilə toylar və Fitr və Qurban bayramları zamanı geniş yayılmışdır. Hindistanda mehndi Diwali, Navratri, Teej və digər hindu bayramlarında da tətbiq olunur. Həmçinin bax Ornament Tamğa ↑ "Silk & Stone - Origin and History of Henna". silknstone.com. İstifadə tarixi: 11 sentyabr 2026. ↑ Thappa, Devinder Mohan; Kumar, R. "Dermatoses Due to Indian Cultural Practices". Indian Journal of Dermatology. 60 (1). 2015: 3–8. doi:10.4103/0019-5154.147776. PMC 4318059. PMID 25657390. ↑ Jain, Jessica Evans. "Mehandi in the Marketplace: Tradition, Training, and Innovation in the Henna Artistry of Contemporary Jaipur, India". Museum Anthropology Review. 14 (1–2). 2020. doi:10.14434/mar.v14i1-2.5180. ↑ Gupta, Aparrna. "History of Bridal Mehandi - Significance of Bridal Mehandi". Vogue India (ingilis). 24 sentyabr 2018. İstifadə tarixi: 11 sentyabr 2026. ↑ "A Dictionary of Urdu, Classical Hindi and English". University of Chicago. İstifadə tarixi: 11 sentyabr 2026. ↑ Semwal, Ruchi Badoni; Semwal, Deepak Kumar; Combrinck, Sandra; Cartwright-Jones, Catherine; Viljoen, Alvaro. "Lawsonia inermis L. (henna): ethnobotanical, phytochemical and pharmacological aspects". Journal of Ethnopharmacology. 155 (1). 2014: 80–103. doi:10.1016/j.jep.2014.05.042. PMID 24886774. ↑ Thappa, Devinder Mohan; Kumar, R. "Dermatoses Due to Indian Cultural Practices". Indian Journal of Dermatology. 60 (1). 2015: 3–8. doi:10.4103/0019-5154.147776. PMC 4318059. PMID 25657390. ↑ Thappa, Devinder Mohan; Kumar, R. "Dermatoses Due to Indian Cultural Practices". Indian Journal of Dermatology. 60 (1). 2015: 3–8. doi:10.4103/0019-5154.147776. PMC 4318059. PMID 25657390. ↑ Gozubuyuk, G.S.; Aktas, E.; Yigit, N. "An ancient plant Lawsonia inermis (henna): Determination of in vitro antifungal activity against dermatophytes species". Journal de Mycologie Médicale (ingilis). 24 (4). 2014-12: 313–318. doi:10.1016/j.mycmed.2014.07.002. ISSN 1156-5233. 2023-05-24 tarixində arxivləşdirilib. ↑ Whittaker, Joy. "How to get a darker henna stain". Joyful Henna IOM (ingilis). 2 fevral 2020. İstifadə tarixi: 11 sentyabr 2026. ↑ Chaudhri, S. K.; Jain, N. K. "History of cosmetics". Asian Journal of Pharmaceutics (AJP) (ingilis). 3 (3). 2009. doi:10.22377/ajp.v3i3.260. ISSN 1998-409X. ↑ Packard, Mary. Henna Sourcebook: Over 1,000 traditional designs and modern interpretations for body decorating (ingilis). Race Point Publishing. 1 oktyabr 2012. ISBN 978-1-937994-08-2.


İstinadlar

Tarix : 11 sentyabr 2026