• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
mari-lwyd

Mari Lwyd

Mari Lwyd Mari Lwyd (Uels: Y Fari Lwyd) — Cənubi Uelsdə yayılmış ənənəvi xalq mərasimidir. Bu ənənədə At kəlləsindən hazırlanmış, dirəyə bərkidilmiş və üzərinə parça örtülmüş xüsusi “hobby horse” fiqurundan istifadə olunur. Fiquru parça altında gizlənən bir şəxs daşıyır. Mari Lwyd ənənəsi adətən qış mövsümündə keçirilən wassailing mərasimləri ilə əlaqələndirilir. Təsviri və mərasim Mari Lwyd at kəlləsindən hazırlanmış, lentlərlə bəzədilmiş və dirəyə bərkidilmiş mərasim fiqurudur. Kəllənin arxasına ağ parça bağlanır və bu parça onu daşıyan şəxsi gizlədir. Bəzi nümunələrdə at başı kəllə əvəzinə Ağac və ya kağızdan hazırlanır, çənənin açılıb-bağlanması üçün isə mexanizmdən istifadə olunur. Fotoşəkil Frederic Evans tərəfindən 1904-1910-cu illərdə çəkilmişdir, Mari Lwyd ənənəsi əsasən Miladvə Yeni il dövründə, adətən axşam saatlarından gecəyə qədər keçirilirdi. Mərasim iştirakçıları Mari Lwyd ilə birlikdə evlərə gedərək mahnı oxuyur və içəri buraxılmağı tələb edirdilər. Ev sahibləri isə müxtəlif bəhanələrlə onları içəri buraxmamağa çalışırdılar. Tərəflər arasında pwnco adlanan, mahnı və şifahi mübahisədən ibarət qarşılaşma keçirilirdi. Ev sahibləri cavab verməkdə çətinlik çəkdikdə qrupu içəri buraxır və onlara yemək və içki təqdim edirdilər. İçəri daxil olduqdan sonra Mari Lwyd ətrafında əyləncə davam edir, fiquru daşıyan şəxs onun at kimi kişnəməsini və çənəsini tərpətməsini imitasiya edirdi. Mərasimdə musiqiçilər və digər personajlar da iştirak edə bilirdi. Folklorşünas Iorwerth Peate Mari Lwyd ənənəsini Britaniyanın digər bölgələrindəki wassailing ənənəsinin Uelsdəki variantlarından biri hesab edirdi. Mənşəyi Mari Lwyd ənənəsinin mənşəyi dəqiq məlum deyil. Bəzi tədqiqatçılar onu xristianlıqdan əvvəlki mərasimlərin qalığı, bəziləri isə wassailing ənənəsi ilə əlaqəli hesab etmişlər. Digər bir nəzəriyyəyə görə, Mari Lwyd Müqəddəs Məryəmin eşşəyini simvolizə edə bilər. Müasir tədqiqatçılar isə bu cür qədim mənşə iddialarına daha ehtiyatla yanaşırlar. Regional yayılması Mari Lwyd ənənəsi əsasən Cənubi Uelsdəki Glamorgan bölgəsi ilə əlaqələndirilirdi və qeydə alınmış nümunələrin böyük hissəsi burada aşkar edilmişdir. Ənənə Monmouthshire və Carmarthenshire bölgələrinə də yayılmış, Brecknockshire, Ceredigion və Şimali Uelsdə isə ayrı-ayrı nümunələri qeydə alınmışdır. Tədqiqatçılar onun yayılmasının dəqiq səbəbini müəyyənləşdirə bilməsələr də, ənənənin məMədənçiliklə əlaqəli icmalar vasitəsilə yayıldığını ehtimal etmişlər. ↑ Gwyndaf, Robin. Welsh Folk Tales: Chwedlau Gwerin Cymru. National Museums and Galleries of Wales. 1996. səh. 99. ISBN 9780720003260. ↑ Cambrian Archaeological Association, Thomas Rowland Powel. Archaeologia Cambrensis. Index to 'Archaeologia Cambrensis', 1901-1960. Cardiff ([c/o National Library of Wales, Aberystwyth, Dyfed]) : Cambrian Archaeological Association. 1976. ISBN 978-0-9500251-9-3. ↑ Peate, Iorwerth C. "A Welsh Wassail-Bowl: With a Note on the Mari Lwyd". Man. 35. 1935: 81–82. doi:10.2307/2789906. ↑ Cawte, E. C. Ritual Animal Disguise: A Historical and Geographical Study of Animal Disguise in the British Isles. D. S. Brewer. 1978. səh. 96.; Owen, Trefor M. Welsh Folk Customs. National Museum of Wales. 1987. səh. 50.; Tems, John. Christmas Customs and Traditions. David & Charles. 1991. səh. 12.; Hole, Christina. A Dictionary of British Folk Customs. Helicon. 1995. səh. 186.; Hutton, Ronald. The Stations of the Sun: A History of the Ritual Year in Britain. Oxford University Press. 1996. səh. 83. ↑ Peate, Iorwerth C. "A Welsh Wassail-Bowl: With a Note on the Mari Lwyd". Man. 35. 1935: 81–82.; Cawte, E. C. Ritual Animal Disguise: A Historical and Geographical Study of Animal Disguise in the British Isles. D. S. Brewer. 1978. səh. 100.; Owen, Trefor M. Welsh Folk Customs. National Museum of Wales. 1987. səh. 49.; Tems, John. Christmas Customs and Traditions. David & Charles. 1991. səh. 12.; Hole, Christina. A Dictionary of British Folk Customs. Helicon. 1995. səh. 186. ↑ Peate, Iorwerth C. "Mari Lwyd: A Suggested Explanation". Man. 43. 1943: 58. doi:10.2307/2791759. ↑ Ettlinger, Ellen. "The Occasion and Purpose of the 'Mari Lwyd' Ceremony". Man. 44. 1944: 93. doi:10.2307/2791738. ↑ Cawte, E. C. Ritual Animal Disguise: A Historical and Geographical Study of Animal Disguise in the British Isles. D. S. Brewer. 1978. səh. 104. ISBN 9780859910286.


İstinadlar

Tarix : 10 sentyabr 2026