• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
kavernoz-sinus

Kavernoz sinus

Kavernoz sinusun (mərkəzdə “SIN. CAVERN.” kimi göstərilib) və kəllədaxili venoz sinuslarla əlaqələrinin anatomik görünüşü. Kavernoz sinus (lat. sinus cavernosus) kəllə boşluğunda yerləşən və sərt beyin qişasının venoz sinuslarından biri olan anatomik quruluşdur. O, sfenoid və gicgah sümükləri arasında, türk yəhərinin (sella turcica) hər iki tərəfində yerləşir və lateral sellar sahəni əmələ gətirir. Yetkin insanda təxminən 1×2 sm ölçüsündə olur. Kavernoz sinusun daxilindən daxili yuxu arteriyasının kavernoz hissəsi və III, IV, V1, V2 və VI kəllə sinirləri keçir. Sağ və sol kavernoz sinuslar kavernozarası sinuslar vasitəsilə bir-biri ilə əlaqələnir. Strukturu Kəllə əsasındakı venoz sinuslar; kavernoz sinus qırmızı rənglə göstərilmişdir. Kavernoz sinus sərt beyin qişasının daxili və xarici təbəqələri arasında yerləşən qanla dolu venoz sahədən ibarətdir. Onun yuxarı tərəfində görmə traktı, görmə çarpazı və daxili yuxu arteriyası yerləşir. Medial tərəfdə hipofiz vəzi və sfenoid hava sinusu, lateral tərəfdə gicgah payı, ön tərəfdə yuxarı orbital yarıq və orbitanın zirvəsi, arxa tərəfdə isə gicgah sümüyünün daşabənzər hissəsinin zirvəsi yerləşir. Venoz əlaqələri Kavernoz sinus qanı yuxarı və aşağı göz venalarından, sfenoid-təpə sinusundan və bəzi beyin venalarından qəbul edir. Ondan çıxan qan əsasən yuxarı və aşağı daşabənzər sinuslar vasitəsilə daha böyük venoz sistemə ötürülür. Bundan başqa, kəllə dəliklərindən keçən emissar venalar və qanadabənzər venoz kələf vasitəsilə də əlaqələr mövcuddur. Kavernoz sinusun yan divarında yuxarıdan aşağıya doğru gözün hərəki siniri (III), blok siniri (IV), üçlü sinirin göz və üst çənə şöbələri (V1 və V2) yerləşir. Sinusun içindən isə uzaqlaşdırıcı sinir (VI) və daxili yuxu arteriyası keçir. V2 şöbəsi sinusun aşağı hissəsindən keçərək dairəvi dəlik vasitəsilə kəllədən çıxır. Görmə siniri isə kavernoz sinusun bilavasitə üstündə və hipofiz vəzinin lateralında yerləşir. Kavernoz sinus venoz qan dövranında iştirak edir. O, göz və beyin sahələrindən gələn venoz qanı qəbul edir və bu qanı daşabənzər sinuslar və digər venoz əlaqələr vasitəsilə daxili boyun venasına doğru yönəldir. Kavernoz sinus insan orqanizmində arteriyanın venoz sinusun içindən tam şəkildə keçdiyi nadir anatomik sahələrdən biridir. Daxili yuxu arteriyasının burada zədələnməsi karotid-kavernoz fistulanın yaranmasına səbəb ola bilər. Kavernoz sinusun zədələnməsi və ya burada yaranan xəstəliklər sinusdan keçən kəllə sinirlərinin fəaliyyətini poza bilər.Hipofiz vəzinin kavernoz sinuslara yaxın yerləşməsi səbəbindən hipofiz şişləri sinusun daxilinə yayıla bilər. Bu halda göz hərəkətlərinin pozulması, hissiyyat itkisi və digər nevroloji əlamətlərlə müşayiət olunan kavernoz sinus sindromu yarana bilər. Digər mühüm vəziyyət kavernoz sinus trombozudur. Üz venaları ilə kavernoz sinus arasındakı əlaqələr səbəbindən üz nahiyəsindəki bəzi infeksiyalar venoz sistem vasitəsilə bu sahəyə yayıla bilər. ↑ Yasuda, Akira. "Microsurgical anatomy and approaches to the cavernous sinus". Neurosurgery. 62 (6 Suppl 3). 2008: 1240–1263. doi:10.1227/01.neu.0000333790.90972.59. PMID 18695545. ↑ Ryan, Stephanie. Anatomy for Diagnostic Imaging (3rd). Elsevier. 2011. səh. 88. ISBN 9780702029714. ↑ Standring, Susan. Gray's Anatomy: The Anatomical Basis of Clinical Practice (40th). Churchill Livingstone. 2008. ISBN 9780808923718. ↑ Dhandapani, Sivashanmugam; Singh, Harminder; Negm, Hazem M.; Cohen, Salomon; Anand, Vijay K.; Schwartz, Theodore H. "Cavernous Sinus Invasion in Pituitary Adenomas: Systematic Review and Pooled Data Meta-Analysis of Radiologic Criteria and Comparison of Endoscopic and Microscopic Surgery". World Neurosurgery. 96. 2016-12: 36–46. doi:10.1016/j.wneu.2016.08.088. ISSN 1878-8750. ↑ Dhandapani, S. "Cavernous Sinus Invasion in Pituitary Adenomas: Systematic Review and Pooled Data Meta-Analysis of Radiologic Criteria and Comparison of Endoscopic and Microscopic Surgery". World Neurosurgery. 96. 2016: 36–46. doi:10.1016/j.wneu.2016.08.088. PMID 27591098.


İstinadlar

Tarix : 22 sentyabr 2026