• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
kadavr-sinodu

Kadavr sinodu

Le Pape Formose et Étienne VI ("Pope Formosus and Stephen VI") by Jean-Paul Laurens, 1870 Kadavr sinodu (həmçinin Meyit məhkəməsi; latınca: Synodus Horrenda) — 897-ci ilin yanvarında Romada, Müqəddəs İohann Lateran bazilikasında keçirilmiş və təxminən doqquz ay əvvəl vəfat etmiş Papa Formozun ölümündən sonra mühakimə edildiyi kilsə məhkəməsidir. Məhkəmə Formozun varisi Papa VI Bonifatsinin varisi olan Papa VI Stefan tərəfindən təşkil edilmişdi. VI Stefan Formozun cəsədinin məzarından çıxarılaraq papa məhkəməsinə gətirilməsini əmr etmiş və onu yalançı şahidlik, Papalıq vəzifəsinə qanunsuz yiyələnmə və eyni vaxtda birdən çox Yepiskopluğa rəhbərlik etmə ittihamlarında təqsirləndirmişdi. Məhkəmənin sonunda Formoz təqsirli elan edilmiş və onun papalığı geriyə qüvvə ilə etibarsız sayılmışdır. Haisələrin fonu Kadavr Sinodu və onunla əlaqəli hadisələr İtaliyada siyasi qeyri-sabitliyin hökm sürdüyü dövrdə baş vermişdir. IX əsrin ortalarından X əsrin ortalarına qədər davam edən bu dövr papaların tez-tez dəyişməsi ilə xarakterizə olunurdu. 872–965-ci illər arasında 24 papa təyin edilmiş, 896–904-cü illərdə isə orta hesabla hər il yeni papa seçilmişdir. Bu qısa papalıq hakimiyyətlərinin bir çoxu Romadakı yerli siyasi qruplaşmaların mübarizəsi və siyasi intriqaları ilə əlaqəli idi. Həmin dövr haqqında məlumat verən yazılı mənbələrin sayı isə məhduddur. Formoz 864-cü ildə Papa I Nikolayın papalığı dövründə Porto-Santa Rufina yepiskopu təyin edilmişdir. 866-cı ildə papa nümayəndəsi kimi Bolqarıstana göndərilmiş və burada uğurlu fəaliyyət göstərmişdir. Bolqar hökmdarı I Boris onun Bolqarıstan Arxiyepiskopu təyin olunmasını istəsə də, I Nikolay bu tələbi rədd etmişdir. Buna səbəb Katolik Kilsəsinin qaydalarından birinin yepiskopun eyni vaxtda birdən çox yepiskopluğa rəhbərlik etməsini qadağan etməsi idi. Formoz daha sonra Konstantinopola və Karolinq sarayına səfər etmiş, burada İtaliya taxtına iddia edən frank kralı Karintiyalı Arnulf ilə görüşmüşdür. Sinod Müqəddəs Pyotr bazilikasında dəfn edilmiş papaların siyahısı Müqəddəs Pyotr bazilikasında dəfn edilmiş papaların siyahısında sonradan yenidən dəfn edilən Papa Formozun cəsədi də yer alır. Təxminən 897-ci ilin yanvarında Papa VI Stefan özündən əvvəlki papa Formozun cəsədinin məzardan çıxarılaraq papa məhkəməsinə gətirilməsini əmr etdi. Cəsəd taxtda oturduldu və mərhum papanın adından cavab verməsi üçün bir diakon təyin edildi. Formoz kanon hüququnu pozaraq yepiskopluqlarını dəyişməkdə, yalançı şahidlikdə və ruhani statusu olmadığı halda yepiskop kimi fəaliyyət göstərməkdə ittiham edildi. Cremonalı Liutprandın yazdığına görə, VI Stefan ona belə sual vermişdi: «Porto yepiskopu olduğun halda, hansı ehtirasla Romanın ümumdünya taxtını mənimsədin?» Məhkəmənin sonunda Formoz təqsirli elan edildi. Liutprand və digər mənbələrə görə, VI Stefan onun papa geyimlərini çıxartdırmış, sağ əlində xeyir-dua vermək üçün istifadə olunan üç barmağı kəsdirmiş, daha sonra isə Formozun bütün rəsmi qərarlarını və təyinatlarını etibarsız elan etmişdir. Bunların arasında VI Stefanın Ananyi yepiskop təyin edilməsi də var idi. Formozun cəsədi adi insan geyimində yenidən dəfn edilmiş, lakin qısa müddət sonra məzardan çıxarılaraq çəkilərlə bağlanmış və Tibr çayına atılmışdır. Həmşinin bax Xatirənin lənətlənməsi ↑ Harper, Elizabeth. "The Cadaver Synod: When a Pope's Corpse Was Put on Trial". Atlas Obscura (ingilis). 3 mart 2014. İstifadə tarixi: 14 sentyabr 2026. ↑ Noble, Thomas F. X. McKitterick, Rosamond (redaktor). The papacy in the eighth and ninth centuries. 2. Cambridge University Press. 1995. 561–586. ISBN 9780521362924. ↑ Wilkes, Donald E. Jr. "The Cadaver Synod: Strangest Trial in History". Flagpole Magazine. 31 oktyabr 2001: 8. ↑ Noble, Thomas F. X. McKitterick, Rosamond (redaktor). The papacy in the eighth and ninth centuries. 2. Cambridge University Press. 1995. 561–586. ISBN 9780521362924. ↑ Harper, Elizabeth. "The Cadaver Synod: When a Pope's Corpse Was Put on Trial". Atlas Obscura. 3 mart 2014. İstifadə tarixi: 14 sentyabr 2026. ↑ Reche Ontillera, Alberto. "In 897, the corpse of a pope was exhumed—to be put on trial". National Geographic. 20 avqust 2019. İstifadə tarixi: 14 sentyabr 2026. ↑ Liutprand of Cremona. 30 // Antapodosis. 1. 23. ↑ Bilal, Muhammad; Tubbs, R. Shane. "Popes convict dead Pope Twice! The unbelievable Cadaver Synod". Clinical Anatomy. 29 (2). 2016: 140–143. doi:10.1002/ca.22678. PMID 26678952.


İstinadlar

Tarix : 14 sentyabr 2026