7 ildən artıqdır ki, Marketinq sahəsində çalışıram və Biznesin inkişafı istiqamətində geniş təcrübəyə sahibəm.
Təcrübəm müddətində Marketinq sahəsi ilə bağlı fərqli vəzifələrdə: Layihə meneceri, Marketinq menecer, Rəqəmsal marketinq bölmə rəhbəri, Rəqəmsal media bölmə rəhbəri kimi vəzifələrdə çalışmışam. Bu şirkətlərdə bir çox layihələr həyata keçirərək şirkətin tanınması və gəlirlərin artırılmasına nail olmuşam.
Bu təcrübələrimdən əlavə 20 dən çox şirkətə marketinq konsultasiya və biznes konsultasiyalar vermişəm. Bu konsultasiyaların nəticəsində xidmət verdiyim markaların inkişafını və satışların artmasını müşahidə etmişəm.
Həmçinin hazırda bizneslə məşğulam. Aktiv olaraq ink academy təhsil mərkəzi 2 filial ilə fəaliyyət göstərir.
Bu fəaliyyətlərimdən əlavə boş zamanlarımda sosial media və bloqum vasitəsilə bildiklərimi bölüşməyi sevirəm.