- Wikisun
Gəncə Ekoloji Parkı, Gəncədə yerləşən və ətraf mühitin qorunması ilə ictimai istirahət məqsədi daşıyan yaşıl məkandır. Parkda müxtəlif bitki növləri, gəzinti yolları və oturma yerləri mövcuddur ki, bu da sakinləri və ziyarətçiləri təbiətlə ünsiyyət qurmağa və açıq havada vaxt keçirməyə təşviq edir. Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir. Unikallığı ilə seçiləcən kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizaynı ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün bütün şərait yaradılır. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb. Buraya gələn ziyarətçilər, həmçinin müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi işləri ilə tanış ola biləcəklər. Ölkəmizdə bir ilk olan Ekoloji Park Kompleksi yerli və xarici turistlərin ən sevimli məkanı olacaq. Kompleks Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində salınıb. Kompleksin ərazisində yeni yollar çəkilib, avtomobil dayanacağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yağış və damcı suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib. Ekoloji Parkın Gəncə çayı tərəfdəki ərazisində yüzlərlə sərv ağacı əkilib, binanın ətrafına isə mozaika daşları döşənib.
https://president.az/az/articles/view/65485
https://report.az/daxili-siyaset/gence-seherinde-ekoloji-park-kompleksinin-tikintisi-ile-tanisliq/
https://baku.ws/social/gencede-ekoloji-park-kompleksi-yaradilir-foto
https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=&cad=rja&uact=8&ved=2ahUKEwia2pyS1cSJAxXIB9sEHcYNMnwQFnoECEgQAQ&url=https%3A%2F%2Fapa.az%2Fresmi-xeber%2Fprezident-gencede-ekoloji-park-kompleksinin-tikintisi-ile-tanis-olub-yenilenib-834623&usg=AOvVaw19eAH94xKshrw7OiHT_u0x&opi=89978449
https://fed.az/az/ekologiya/olkede-ilk-ekoloji-park-kompleksi-gencede-yaradilir-169689
Tarix : 5 noyabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.