- Wikisun
Zuzanna Ginczanka - Ədəbi təxəllüsü Zuzanna Polina Gincburg (22 mart 1917 – 1944), Polşa-Yəhudi əsilli, müharibələrarası dövrün şairəsi. O, ömrü boyu yalnız bir şeir toplusu nəşr etsə də, 1936-cı ildə çap olunan "O centaurach" (Mərkəzyarı Atlar Haqqında) adlı kitabı Polşanın ədəbi dairələrində böyük səs-küy yaratmışdı. O, İkinci Dünya Müharibəsinin sonlarına yaxın Krakovda həbs edilərək edam olunub. Həyatı Zuzanna Ginczanka, doğum adı ilə Zuzanna Polina Ginzburg ("Gincburg" Polşa fonetik yazılışına uyğunlaşdırılmış formasıdır), 22 mart 1917-ci ildə o vaxt Rusiya İmperiyasının bir hissəsi olan Kiyevdə anadan olmuşdur. Yəhudi əsilli valideynləri Rusiya Vətəndaş Müharibəsindən qaçaraq 1922-ci ildə müharibədən əvvəlki Polşanın Kresy Wschodnie (Şərqi Sərhəd Bölgələri) adlanan ərazisində yerləşən, əsasən yəhudicə danışılan Rowne şəhərinə (indiki Ukraynanın qərb hissəsində) köçmüşdülər. Atası Simon Ginzburg peşəkar hüquqşünas, anası Tseçiliya (Цецилия) Ginzburg (qızlıq soyadı Sandberg) isə evdar qadın idi. Ginczanka Nansen pasportu sahibiydi və bununla bağlı səylərə baxmayaraq, müharibə başlamazdan əvvəl Polşa vətəndaşlığı əldə edə bilməmişdi. Atası onu tərk edərək boşandıqdan sonra Berlində məskunlaşmış, anası isə yenidən ailə quraraq İspaniyaya köçmüşdür. O, Rowne şəhərində ana babasının ailəsində, nənəsi Klara Sandbergin himayəsində böyümüşdür. Erkən dövr Ginczanka həm rus dilində danışırdı, bu, onun azad fikirli valideynlərinin seçimi idi, həm də dostlarının danışdığı polyak dilini bilirdi, lakin yidiş dilində bir kəlmə belə bilmirdi. Polyak şairi olma arzusuyla, polyak dilini seçdi. Ginczankanın anasına görə, o, 4 yaşında şeirlər yazmağa başlamış, 8 yaşında isə tam bir ballada yazmışdır. İlk şeirlərini hələ məktəbli ikən dərc etdirmiş, 1931-ci ildə — 14 yaşında — "Uczta wakacyjna" (Tətil Süfrəsi) adlı şeiri ilə debüt etmişdir. Bu şeir, Czesław Janczarski tərəfindən redaktə edilən, bimonthly (iki ayda bir) Echa Szkolne adlı məktəb qəzetində dərc edilmişdir. Bu dövrdə Ginczanka həm də mahnı sözləri müəllifi kimi fəaliyyət göstərirdi. Nəşrlər O centaurach (1936) Wiersze wybrane (1953) Zuzanna Ginczanka [: wiersze] (1980) "Non omnis moriar" (1990-cı ildən əvvəl) Udzwignac własne szczescie (1991) Krzatanina mglistych pozorow: wiersze wybrane = Un viavai di brumose apparenze: poesie scelte (2011; iki dillik nəşr: Polşa və İtalyanca) Von Zentauren und weitere ausgewahlte Gedichte (2021; alman dilində; ISBN 978-3347232334)
https://culture.pl/pl/tworca/zuzanna-ginczanka
https://blog.polona.pl/2022/03/zuzanna-ginczanka-talent-uroda-i-tragiczny-los/
https://wolnelektury.pl/katalog/autor/zuzanna-ginczanka/
https://www.historiaposzukaj.pl/wiedza,osoby,1053,osoba_zuzanna_ginczanka.html
https://kultura.onet.pl/wiadomosci/historia-niezlomnej-poetki-zuzanny-ginczanki-czy-pani-jest-kochanka-tuwima/z7v4mgv
https://twojstyl.pl/artykul/zuzanna-ginczanka-historia-poetki-ktora-zginela-z-rak-hitlerowcow,aid,101
https://zwierciadlo.pl/kultura/retro/544408,1,zuzanna-ginczanka-tragiczne-losy-mlodej-poetki.read
Tarix : 8 mart 2025