• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
yura-dovru-parki-film

Yura Dövrü Parkı (film)

Yura Parkı - 1993-cü ildə Stiven Spilberqin rejissorluğu ilə çəkilmiş fantastika və macəra filmi. Film məxfi əyləncə parkında klonlaşdırılan dinozavrların sığınacaqlarından qaçaraq qonaqları ovlamağa başlamasından və insanların həyat mübarizəsindən bəhs edir. Mövzusu Mağaralarda aparılan qazıntılar nəticəsində dinozavrların yaşadığı dövrə aid bəzi ağcaqanad qalıqları tapılıb. Milyarder Con Hammondun rəhbərlik etdiyi elm adamları müəyyən təcrübələr apararaq bu ağcaqanad qalıqlarından qan nümunələri almağa müvəffəq olurlar. Dinozavrların DNT zəncirini Afrika qurbağası ilə birləşdirərək, 65 milyon il əvvəl yaşamış bu qorxunc canlılar yenidən yaradılır. Hammond hökumətdən icarəyə götürdüyü, Kosta Rika sahillərindəki bir adada klonlaşdırdığı bu vəhşi heyvanlar üçün elektrik naqilləri ilə əhatə olunmuş zoopark yaradır. Hammond, Yura Parkı adlandırdığı bu zooparkı sınaqdan keçirmək üçün adaya Alan kimi bəzi ekspert alimləri gətirir. Lakin dinozavr rüşeymlərini ələ keçirmək istəyən və rəqib şirkətdən rüşvət alan məmur təhlükəsizlik sistemini sıradan çıxardıqda, azad edilən dinozavrlar adanı qorxutmağa başlayır... Rollarda • Sam Neill - Dr. Alan Qrant • Laura Dern - Dr. Ellie Sattler • Jeff Goldblum - Dr. Ian Malcolm • Riçard Attenboro - Con Hammond • Bob Pek - Robert Muldoon • Martin Ferrero - Donald Gennaro • Cozef Mazzello - Tim Merfi • Ariana Riçards - Lex Merfi • Samuel L. Jackson - Rey Arnold • BD Wong - Henry Wu • Wayne Knight - Dennis Nedry • Gerald R. Molen - Gerry Harding (Jerry Molen ilə) • Migel Sandoval - Juanito Rostagno • Cameron Thor - Lewis Dodgson • Richard Kiley - Jurassic Park tur səsləndirməsi İstehsal Layihə əvvəlcə “Warner Bros.” şirkətinin əlində idi. Tim Burton da filmin rejissoru hesab olunurdu. Ardınca isə film “Sony Pictures Entertainment”ə verilmiş rejissorluq isə Riçard Donnerə təklif edilmişdi. Layihə dayandırıldıqda isə, “20th Century Fox” filmin çəkilişi üzərində işləməyə başladı və filmin rejissorluğu üçün Co Danteyə təklif gəldi. Ancaq yenə film çəkilə bilmədi. O zaman "Hook" filmini yenicə bitirən Stiven Spilberq “Universal Studios” ilə razılaşaraq filmin çəkilişlərinə başladı. Filmin ancaq “stop-motion” texnikası ilə çəkilə biləcəyini düşünən Spilberq, Sten Uinston və komandasının hazırladığı dinozavrlar sayəsində filmi “canlı hərəkət” şəklində çəkmə şansı qazandı. Mükafatları Film “Ən Yaxşı Vizual Effektlər”, “Ən Yaxşı Musiqi Montajı” və “Ən Yaxşı Rekord üçün Akademiya Mükafatı”nı qazanıb. Hüqo mükafatlarından “Ən yaxşı dram əsəri”, Saturn mükafatlarından isə “ən yaxşı rejissorluq”, “ən yaxşı yazı”, “ən yaxşı xüsusi effektlər” və “ən yaxşı elmi fantastika filmi” mükafatlarını qazanıb. Film, həmçinin Bafta Mükafatlarından “Ən Yaxşı Vizual Effektlər” mükafatını da qazanıb. Qazancı Film ilk həftəsonunda 47 milyon dollar, nümayiş etdirildiyi ilk həftədə isə toplamda 81 milyon dollar qazanıb. Filmin 915 milyon dollarlıq qazanc rekordu 1997-ci ildə Ceyms Kemeronun "Titanik" filmi tərəfindən qırılıb.


İstinadlar

Tarix : 26 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.