• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
yuksek-seviyyeli-melumat-baglantisina-nezaret

Yüksək səviyyəli məlumat bağlantısına nəzarət

Yüksək səviyyəli məlumat bağlantısına nəzarət (ingiliscə High-Level Data Link Control -HDLC) – Verilənlərin rabitə kanalları üzərində effektiv və etibarlı şəkildə ötürülməsini təmin edən protokol. Tarix HDLC protokolu 1970-ci illərin əvvəllərində IBM şirkəti tərəfindən SDLC (Synchronous Data Link Control) adı altında yaradılmış və sonradan ISO tərəfindən standartlaşdırılmışdır. HDLC, ilk olaraq sinxron rabitə sistemləri üçün nəzərdə tutulmuşdu və zamanla çoxsaylı cihazları və tətbiqləri dəstəkləmək üçün təkmilləşdirildi. Mahiyyəti HDLC, verilənlərin çatdırılmasında sinxronizasiya, çərçivələmə və səhv (ingiliscə error ) yoxlama kimi funksiyaları həyata keçirir. HDLC protokolunda verilənlər çərçivələr adlanan kiçik vahidlər halında ötürülür. Hər bir çərçivənin əsas komponentləri bunlardır: İşarə sahəsi (ingiliscə Flag Field ) – Çərçivənin başlanğıcını və sonunu bildirir. Bu sahə 01111110 bit ardıcıllığı ilə təmsil olunur. Adres sahəsi (Address Field) – Verilənlərin hədəf cihazına çatdırılmasını təmin edir. Nəzarət sahəsi (Control Field) – Çərçivənin növü və idarəetmə əməliyyatları haqqında məlumat verir. Data sahəsi (Data Field) – Həqiqi verilənlərin saxlanıldığı sahədir. Çərçivə yoxlama ardıcıllığı (Frame Check Sequence -FCS) – Verilənlərin düzgünlüyünü yoxlamaq üçün səhv yoxlama mexanizmini əhatə edir. Sixron çərçivələmə: Sinxron çərçivələmə verilənlərin daimi saat siqnalları üzərində ötürülməsini təmin edir. Bu metodda hər iki tərəf arasında sinxronizasiya qurulur və verilənlərin vaxtında ötürülməsi təmin olunur. Sinxron metod HDLC-nin əsas istifadə prinsiplərindəndir. Asinxron çərçivələmə: Asinxron çərçivələmə saat siqnallarının istifadə olunmadığı halda tətbiq edilir. Bu metodda verilənlər start və stop bitləri vasitəsilə ayrılır. Asinxron çərçivələmə daha sərfəli və sadədir, lakin sinxron metodla müaqisədə daha aşağı effektivliyə malikdir. HDLC struktur baxımından çoxşəkilli idarəetməni əhatə edir. Protokol təklif etdiyi bu strukturlara uyğun olaraq verilənləri tətbiq edir: - Əsas stansiya (ingiliscə Primary Station ) - İkincili stansiya (ingiliscə Secondary Station) - Kombinasiya edilmiş stansiya (Combined Station) HDLC üç növ məlumat ötürmə rejimini dəstəkləyir: Normal cavab rejimi ( ingiliscə Normal Response Mode -NRM), Asinxron cavab rejimi (ingiliscə Asynchronous Response Mode -ARM), Asinxron balanslı rejim (ingiliscə Asynchronous Balanced Mode ABM).


İstinadlar

Tarix : 12 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.