- Wikisun
Yövik (Yövikⓘ)—Norveçin İnlandet dairəsində Yövik bələdiyyəsində yerləşən şəhərdir. Şəhər Yövik bələdiyyəsinin inzibati mərkəzidir. O, böyük Myösa gölünün qərb sahilində, Lillehammer şəhərindən təxminən 45 km cənubda və gölün o biri tərəfində yerləşən Hamar şəhərindən təxminən 20 km qərbdə yerləşir. Sahəsi 20,25 km² olan şəhərin 2024-cü ildə əhalisi 28 801 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1422 nəfər təşkil edir. Bu göstəriciyə görə şəhər İnlandet dairəsində Hamar və Lillehammerdən sonra üçüncü ən böyük şəhərdir. Şəhər Hunnselva çayının Myösa gölünə töküldüyü ərazidə yerləşir. Yövik ənənəvi olaraq sənaye şəhəridir və burada O. Mustad & Son da daxil olmaqla bir sıra iri şirkətlər fəaliyyət göstərir. 1902-ci ildə şəhəri təxminən 120 km cənubda yerləşən milli paytaxt Oslo ilə birləşdirən Yövikbanen dəmir yolu xətti inşa edildi. Yövik kilsəsi şəhərdə yerləşir. Yövik Olimpiya Mağara Zalı dağın yamacında inşa edilmiş dünyanın ən böyük idman qurğusudur. O, ilk dəfə yaxınlıqdakı Lillehammerdə keçirilən 1994 Qış Olimpiya Oyunlarının bir hissəsi kimi istifadə olunmaq üçün inşa edilmişdir. Tarixi Tarixən Yövik kəndi Vardal bələdiyyəsinin kilsə icmasının və bələdiyyəsinin tərkibində olmuşdur. 1 yanvar 1861-ci ildə kəndə şəhər statusu verildi. Həmin vaxt kənd yeni şəhər statusuna görə Vardal bələdiyyəsindən ayrılaraq ayrıca bələdiyyə təşkil etdi. Yeni Yövik şəhərinin ilkin olaraq 626 sakini var idi. 1 iyul 1921-ci ildə Yövik şəhərinin kənarında yerləşən Vardal bələdiyyəsinin bir hissəsi (əhalisi: 723 nəfər) şəhərə birləşdirildi. Daha sonra, 1 yanvar 1955-ci ildə Vardal bələdiyyəsinin başqa bir hissəsi (əhalisi: 1372 nəfər) şəhərə verildi. 1960-cı illərdə Şey komitəsinin fəaliyyəti nəticəsində Norveç üzrə çoxsaylı bələdiyyə birləşmələri həyata keçirildi. 1 yanvar 1964-cü ildə Biri bələdiyyəsi, Snertingdal bələdiyyəsi və Vardal bələdiyyəsi şəhərlə birləşdirilərək daha böyük Yövik bələdiyyəsi yaradıldı. Etimologiyası Şəhərin adı qədim Yövik fermasının adından götürülüb. Adın birinci hissəsi qədim nors dilində "dərin" mənasını verən djúpr, ikinci hissəsi isə "körfəz" mənasını verən vík sözüdür. Həmçinin bax Tromsö Oslo Alta Arendal İstinadlar
https://az.wikipedia.org/wiki/Y%C3%B6vik
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Y%C3%B6vik¶ms=60_47_44.9_N_10_41_29.8_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=60.795806,10.691611&q=60.795806,10.691611&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=10.691611,60.795806&pt=10.691611,60.795806&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=60.795806&mlon=10.691611&zoom=12
https://stadnamn.kartverket.no/fakta/494040
https://web.archive.org/web/20241126201832/https://stadnamn.kartverket.no/fakta/494040
Tarix : 29 sentyabr 2026