• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
york-sokolad-pisiyi

York Şokolad pişiyi

York Şokolad Pişiyi - Uzun, tüklü xəzi və ensiz quyruğu olan nadir bir Amerika pişik növü. Tarix Bu növ 1983-cü ildə Janet Chiefari tərəfindən yaradılmışdır. Ata pişik qara uzun tüklü, ana pişik isə qara və ağ rəngli uzun tüklü idi. Onların Siam əcdadları bir balada qəhvəyi rəng yaratdı. "Brownie" həmin yay qara uzun tüklü bir erkək pişiklə cütləşdi və iki pişik doğuldu: şokolad rəngli erkək və ağ-şokolad rəngli dişi. Chiefari xəz və bədən quruluşundakı oxşarlıqları fərq edərək öz yetişdirmə proqramına başladı. Bu növ, Almaniyada yerləşən "World Cat Federation" tərəfindən "York" qısaldılmış adı ilə tanınır və əvvəllər nəşr edilmiş standartlardan bəzi fərqlərə malikdir. Lakin bu standartların çoxu itirilmişdir. Növ "TICA", "CFA" və ya "FIFe" kimi böyük və uzunmüddətli beynəlxalq pişiksevər təşkilatları tərəfindən tanınmır. Hətta "American Cat Fanciers Association" (ACFA) kimi ABŞ milli qrupları da bu növü tanımır. 1990-cı ilin martında "Cat Fanciers' Federation of New England York Şokolad Pişiyini" "eksperimental" pişik irqi kimi tanıdı və 1992-ci ilin martında çempionat statusu verdi, lakin bu gün növ standartı və ya digər məlumatlar nəşr edilmir. 1995-ci ilin martında "Canadian Cat Association" tərəfindən də çempionat statusu verildiyi iddia edilir, lakin 2013-cü il məlumatına görə, bu təşkilat artıq bu növü tanımır. Xüsusiyyətlər York Şokolad pişiyi böyük, əzələli və möhkəm sümükləri olan bir pişikdir. Quruluş baxımından əcdadı olan Siam pişiyinə (köhnə tərzi Siam) bənzəsə də, daha geniş və ağır bədən quruluşuna malikdir. Möhkəm, enerjili, güclü və iri pişikdir. Erkək pişiklər 6,3-7,2 kq, dişilər isə 4,5-5,4 kq çəkiyə malikdir. Balalıq dövründə xəzi daha açıq rəngdə ola bilər, lakin yetkinlikdə zəngin, ipək kimi şokolad rəngli xəzə çevrilir. Bu, York Şokolad pişiyini ənənəvi ferma pişiklərindən fərqləndirir. Yorkun parlaq, yarı uzun xəzi var və alt xəzi yumşaq, lakin yun kimi deyil, dolaşmağa qarşı davamlıdır. Xəz yumşaqdır və bədənə yaxşı yapışır, yaxası (boyun və sinə) və üst ayaqlarında daha qalındır. Quyruğu dolğun və tüklüdür, qoyun yununa bənzər görünüşə malikdir. Ayaqlarının pəncələri arasında kiçik tük dəstələri var və qulaqlarında yüngül tük lələkləri mövcuddur. Gözləri badamşəkilli olub, yaşıl, qızılı və ya fındıq rəngində ola bilər. Bu inöv fəal və parlaq bir pişikdir. Xasiyyət York Şokolad pişiyi enerjili, ağıllı və maraqlı bir pişikdir. Onlar özlərini əyləndirməyi bacarsalar da, daha çox yoldaşlığı üstün tuturlar. Əlbəttə ki, bu yoldaş onları sevən biri olmalıdır. York Şokolad pişikləri qucaq pişikləri kimi tanınır və tüklərinin sevgi ilə oxşanmasından çox zövq alırlar. Bu pişiklər hərəkət edən oyuncaqlara heyran olurlar. Lakin insanlarla oynamağı oyuncaqlardan üstün tuturlar. Həmçinin, York Şokolad pişiyi suyu həqiqətən sevən nadir pişiklərdən biridir. York Şokolad pişiyi digər pişiklərə nisbətən daha çox miyoldayır.


İstinadlar

Tarix : 23 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.