- Wikisun
Jörpeland — Norveçin Rogaland dairəsində yerləşən Strand bələdiyyəsinin inzibati mərkəzidir. Şəhər ölkənin materik hissəsinin qərb sahilində, Idsefyorden sahilində yerləşir və Stavanger şəhərindən təxminən 20 kilometr (12 mil) şimal-şərqdədir. Şəhər 13-cü Norveç Milli yolu üzərində, Tau kəndindən bir qədər cənub-şərqdə yerləşir. Ryfast tunelinin şərq girişi də bu kənddə yerləşir. Şəhərin sahəsi 4,16 km², əhalisi 2025-ci ildə 7815 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1879 nəfər təşkil edir. Jörpeland Preikestolenə ən yaxın şəhər olduğuna görə, "Qaya şəhəri" kimi də tanınır. Preikestolen dünyanın hər yerindən turistləri cəlb edir. Bu, Lysefyordenə baxan nəhəng qayalıqdır və Jörpelanddan təxminən 10 kilometr (6.2 mil) cənub-şərqdə yerləşir. Jörpeland 1 aprel 1998-ci ildə bələdiyyə şurasının qərarı ilə şəhər statusu aldı. Bundan əvvəl isə sadəcə böyük kənd hesab olunurdu. Jörpeland doqquz məhəlləyə bölünür: Leite, Barka, Tunqland, Barkved, Jössanq, Förland, Lanqeland, Grönnevoll və Fyellde. Jörpelandsana çayı şəhərdən keçir və daha sonra şəhərin cənub tərəfində fyorda tökülür. Adı "Jörpeland" adı qədim nors dilindəki bir qədər dəyişdirilmiş "jarpr" sözündən və "land"sözündən yaranmışdır. Jarpr sözü "qəhvəyi", "land" isə "torpaq" mənasını verir. Buna görə ad "qəhvəyi torpaq" mənasını daşıyır. Bu adın yaranmasının səbəbi tarixən daşqınlar zamanı Jörpelandsana çayının suyunun qəhvəyi rəng almasıdır. Görməli yerlər Jörpeland kilsəsi Jörpelands Brug 1883-cü ildə inşa edilmiş və Jörpelandın Voqen ərazisində yerləşən binadır. Jörpelandda turist məlumat mərkəzi, spirtli içki mağazası, kitabxana və kinoteatrın yerləşdiyi mədəniyyət mərkəzi (Torghuset), Voqendə piyada yolu olan liman, müxtəlif restoranlar və ərzaq mağazaları da var. Şəhərdən bir qədər kənarda qolf meydançası və bir neçə düşərgə yeri yerləşir. Jörpeland kilsəsi şəhərə xidmət göstərmək üçün 1969-cu ildə inşa edilmişdir. Şəhərdə üzgüçülük və idman fəaliyyəti üçün əlverişli bir neçə çimərlik də var. Onların arasında xüsusilə Barkavika və Nordlys fərqlənir. Barkavikada iki voleybol meydançası, Nordlysdə isə çimərliyin yanında uşaq meydançası yerləşir. Jörpelandda hər il Strandadagene adlı ənənəvi festival keçirilir. Festival iyunun ilk həftəsonunda təşkil olunur. Coğrafiya Jörpeland çox dağlıq ərazidə yerləşir. Şəhərin ətrafında çoxsaylı dağlar vardır. Bunlardan bəziləri: Preikestolen (hündürlüyü: 604 metr [1,982 ft]) Heiahornet (hündürlüyü: 774 metr [2,539 ft]) Hamrane (hündürlüyü: 401 metr [1,316 ft]) Lanqaberg (hündürlüyü: 455 metr [1,493 ft]) Gramsfyellet (hündürlüyü: 505 metr [1,657 ft]) Krokarfyellet (hündürlüyü: 466 metr [1,529 ft]) Förlansosen (hündürlüyü: 520 metr [1,710 ft]) Tunqlansfyellet (hündürlüyü: 388 metr [1,273 ft]) Barkafyellet (hündürlüyü: 419 metr [1,375 ft]) Öykyafyellet (hündürlüyü: 492 metr [1,614 ft]) Tanınmış şəxslər Espen Fiveland (1974-cü ildə anadan olub) — jurnalist. Jon Gjedebo (1945-ci ildə anadan olub) — ixtiraçı və iş adamı. Stian Heimlund Skyeveland (1973-cü ildə anadan olub) — fiqurativ rəssam və rəssam-qrafik. Trygve Holst (1907–1945) — reklam meneceri və müqavimət hərəkatının üzvü. Tony Knapp (1936–2023) — keçmiş futbolçu və məşqçi. Johnny Lodden (1985-ci ildə anadan olub) — poker oyunçusu. Silje Vige (1976-cı ildə anadan olub) — müğənni. Hugo Mikal Skor (1978-ci ildə anadan olub) — aktyor. Həmçinin bax Oslo Tromsö Förde Qrimstad Yövik Harstad İstinadlar
https://az.wikipedia.org/wiki/Yerpelan
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Yerpelan¶ms=59_1_0_N_6_3_0_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=59.01667,6.05000&q=59.01667,6.05000&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=6.05000,59.01667&pt=6.05000,59.01667&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=59.01667&mlon=6.05000&zoom=12
https://stadnamn.kartverket.no/fakta/730338
https://web.archive.org/web/20260918135258/https://stadnamn.kartverket.no/fakta/730338
Tarix : 29 sentyabr 2026