• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
yava-pisiyi

Yava pişiyi

Yava pişiyi - Bəzi qeydiyyat təşkilatlarında "Colorpoint Longhair" adı ilə tanınan, safqan bir ev pişiyi növü. Tarix "Yava pişiyi" terminini 1950-ci illərdə Helen Smith tərəfindən istifadə edilmişdir, lakin o zaman bu ad fərqli bir növ üçün istifadə olunurdu. Bu ad, Şərqi Asiya ölkələrinin və adalarının adlarının Şərq tipli pişik növləri üçün istifadə edilməsi ənənəsindən yaranmışdır. 1978-ci ildə Kanada və ABŞ-da "Balinese" pişikləri yetişdirənləri, ənənəvi rənglərdən fərqli rəng naxışlarına malik pişikləri "CFA" tərəfindən tanınması üçün müraciət etdilər. 1979-cu ildə bu pişiklər "CFA" tərəfindən qeydiyyata alındı, lakin yarışlar üçün icazə verilmədi. "Yava" adı, Balinin yaxınlığında yerləşən Yava adasının adından götürülmüşdür. "CFA" tərəfindən 1984-cü ildə "Müvəqqəti" status verildi və 1986-cı ildə tam "Çempionat" statusu qazandı. 2008-ci ildə "CFA" tərəfindən Yava pişikləri yenidən "Balinese" növünün bir qolu kimi birləşdirildi. Təsnifatı CFA tərəfindən Yava pişiyi, əsasən "Balinese" mənşəli bir pişik növüdür. Buna baxmayaraq tükləri ənənəvi "Balinese" rəng naxışlarına uyğun gəlmir. CFA qaydalarına görə, yalnız ənənəvi rənglər ("seal", "blue", "chocolate" və "lilac") "Balinese" pişiyi kimi qəbul edilir, digər rəng naxışları ("lynx", "tortoiseshell" və s.) isə Yava pişiyi kimi təsnif edilir. Xüsusiyyətləri Yava pişiyi uzun və ipək kimi tüklərə malikdir. Bu tüklər tək qatlıdır və digər uzun tüklü pişiklərdən fərqli olaraq daha yumşaq və bədənə yaxın oturur. Yava pişikləri "point" rəng naxışına malikdir, lakin "Balinese" və Siyam pişiklərində olmayan rənglər və naxışlar da ola bilər. Bu rənglər tünd qəhvəyidən demək olar ki, ağ rəngə qədər dəyişə bilər və təbəqəli, "lynx point", "krem point", "tortoiseshell" (tortie) və digər qeyri-adi kombinasiyalar ola bilər. "CFA" tərəfindən Yava pişikləri üçün 24 rəng kombinasiyası tanınır. Yava pişiklərinin gözləri həmişə mavi rəngdədir. Yava pişiyi 2,3–5,4 kq çəkiyə və 35 sm uzunluğa qədər ola bilər. Bu ölçülər onları orta böyüklükdə pişik növləri arasında yerləşdirir. Onların zərif və incə bədən quruluşu, həmçinin uzun və ipək kimi tükləri onları unikal edir. Davranışı Yava pişikləri zəkalı və "danışqan" pişiklər kimi tanınır. Onlar oyunlar oynamağı, tullanma və insanlarla əlaqə qurmağı çox sevirlər. Sahiblərinin etdiyi işlərə maraq göstərirlər və müntəzəm əyləncə təqdim edilmədikdə depressiyaya düşə bilərlər. Yaxşı siçovul ovçularıdır. Qulluq Pişiyinin tüklərini həftədə bir dəfə yumşaq bir fırça və ya paslanmayan poladdan hazırlanmış daraqla daramaq, tökülən tüklər təmizləyəcək. Həftədə 1-2 dəfə çimizdirilməsi önəmlidir. Qulaqlarda qızarma, iltihab müşahidə edilərsə veterinara müracət etmək lazımdır. Xəstəliklər 1. Göz problemləri: Bu pişiklərdə çəpgözlük və proqressiv retina atrofiyası (PRA) kimi görmə problemləri inkişaf edə bilər. 2. Renal Amiloidoz: Bu, böyrəkləri zədələyən və zülalların toplanmasına səbəb olan bir xəstəlikdir. Müalicəsi yoxdur. 3. Amiloidoz: Bu xəstəlik, amiloid zülalının əsasən qaraciyər kimi orqanlarda toplanması ilə xarakterizə olunur. 4. Diş problemləri: Bütün pişiklər diş əti xəstəlikləri və diş rezorbsiyası kimi ağız sağlamlığı problemləri ilə üzləşə bilər. Onların dişlərini fırçalamaq və veteriner tərəfindən müayinə etdirmək vacibdir. 5. Ürək problemləri: Doğuşdan olan ürək qüsurları və hipertrofik kardiyomiopatiya kimi ürək xəstəlikləri bu növü təsir edə bilər. 6. Anesteziya həssaslığı: Bəzi Yava və "Balinese" pişikləri anesteziyaya qarşı həssas ola bilər. Pişik əməliyyat olmazdan əvvəl mütləq uyğun testdən keçməlidir.


İstinadlar

Tarix : 22 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.