- Wikisun
Xerus - "Sciuridae" ailəsinə aid gəmirici cins. Bu cinsin ən tanınmış növü "Xerus rutilus"dur. Xerus cinsi, Şərqi Afrika ölkələrində geniş yayılmışdır. Ən çox yayıldığı ölkələrə Cibuti, Efiopiya, Keniya, Somali, Sudan, Tanzaniya və Uqanda daxildir. Onun təbii yaşayış mühitləri quru savanna, tropik və subtropik ərazilərdir. Xüsusiyyətləri Xerus, qəhvəyi yaxud sarımtıl rəngdə olur. Digər oxşar növlərdən fərqli olaraq, bu növün arxa tərəfində uzununa ağ zolaqlar yoxdur. Gözləri ağ tüklərlə əhatə olunub (bütün tüklər sərtdir). Bədən uzunluğu ortalama 225.8 mm, quyruğunun uzunluğu isə 172 mm-dir. Quyruğu düzdür. Bədən çəkisi müxtəlif yaşayış sahələrinə görə 257.7-420 qram arasında dəyişir. Ayağının uzunluğu 35–49, baş hissəsi 24–25 mm, çənəsinin uzunluğu isə 31–34 mm arasında dəyişir. Xerus cinsi, Xerini tayfasının üzvüdür, amma qardaş qrupu olan "Xerus daamsi"dən fərqlənir. Bu növün "vibriss" (bığ) uzunluğu və beyin ölçüsü yerli ağacda yaşayan növlərə nisbətən kiçikdir, amma digər yerdə yaşayan növlər ilə oxşardır. Yaşama sahəsi Xerus Efiopiya, Keniya, Somali, Sudan, Tanzaniya, Cibuti, Efiopiya və Uqanda kimi Şərqi Afrika ölkələrində yayılmışdır. Bu növün təbii yaşayış sahələri savanna, subtropik ya da tropik ərazilərin quru kol bitkiləri yetişən hissələridir. Xerus, həmçinin qardaş qrupu olan zolaqlı növlər ilə Şərqi Afrikanın şimal-şərqində eyni ərazini paylaşır. Əsasən isti və quru mühitlərdə yaşayır, qidalanma müddətindən sonra kölgəyə çəkilir, yerə uzanaraq bədənlərini soyutmağa çalışırlar. Qidalanma Xerus gündüz fəaliyyətdə olan növdür və onun qidalanması omnivordur (hər şey yeyən). Əsasən yarpaqlar, meyvələr, toxumlar, digər bitki materialları və həşəratlar ilə qidalanır. Tədqiqatlar göstərir ki, bu növ zəhərli tərkiblərdən təsirlənmir və müəyyən dərəcədə oksalik turşusu olan bitkiləri də yeyir. Xerus qida tapmaqda çox bacarıqlıdır. Müxtəlif mühitlərdə, o cümlədən qıt və orta qida təminatına malik sahələrdə belə, bu qabiliyyəti qoruyur. Yuvalar Xerus əsasən tək yaşayır. Amma növün yuvalarını paylaşdığı müşahidə edilmişdir. Təhlükə anlarında bu gəmiricilər başqasının yuvalarına sığınır. Xeruslar hətta təhlükədə olan digər gəmiricilərin onların yuvasında gizlənməsinə icazə verirlər. Yuva, əsasən yuxu və qorunma məqsədilə istifadə olunur. Onlar gündüz saatlarının çox hissəsini yuvalarından kənarda keçirir.
https://en.wikipedia.org/wiki/Unstriped_ground_squirrel
https://a-z-animals.com/animals/xerus/
https://animaldiversity.org/accounts/Xerus_rutilus/
https://www.britannica.com/animal/African-ground-squirrel
https://www.gbif.org/species/2437455
https://workingwithwildlife.org/xerus-ground-squirrels/
https://animaldiversity.org/accounts/Xerus_erythropus/
Tarix : 25 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.